Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəhid Mirzəyev Elmin Əvəz oğlunun anım günüdür

Şəhid Mirzəyev Elmin Əvəz oğlunun anım günüdür

22.02.2022 [09:08]

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini Mirzəyev Elmin Əvəz oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir.
Tədbirdə YAP Xocavənd rayon təşkilatının rəhbərliyi, aparat işçiləri, rayon ictimaiyyəti iştirak ediblər.
 Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini qeyd etmişdir.
Qeyd edək ki, Şəhid Mirzəyev Elmin Əvəz oğlu 20 fevral 1995-ci ildə Xocavənd rayonu Əmirallar kəndində anadan olmuş, orta təhsilini Salakətin kənd tam orta məktəbində başa vurmuşdur. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 2015-ci ildən 181 saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi hərbi xidmətini davam etdirmişdir. Mirzəyev Elmin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində aktiv iştirak etmiş, son döyüşü 2 oktyabr 2020-ci il tarixdə olmuşdur. O, Füzuli istiqamətində gedən ağır döyüşdə qəhrəmancasına Şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" “Cəbrayılın azad olunmasına görə” “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Ailəli idi iki övladı yadigar qalmışdır.

Paylaş:
Baxılıb: 562 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30