Milli Məclisin plenar iclasında...
17.11.2022 [10:17]
Baş Nazir müstəqillik tarixinin ən böyük büdcəsi üçün Parlamentə gəldi
Fransa Senatının Azərbaycana qarşı qətnaməsi ilə bağlı bəyanat qəbul edildi
Günel ABBAS
Noyabrın 16-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Baş Nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər. Sahibə Qafarovanın sədrliyi ilə noyabrın 16-dan 18-dək keçirilməsi nəzərdə tutulan toplantıların gündəliyinə 18 məsələ daxil edilib.
Əvvəlcə deputatlar Kamran Bayramov, Vahid Əhmədov, Tural Gəncəliyev, Hikmət Məmmədov, Cavanşir Feyziyev, Ziyafət Əsgərov, Elnur Allahverdiyev, Ramin Məmmədov, Zahid Oruc, Ceyhun Məmmədov və Elşən Musayev Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə və qərəzli münasibəti ilə bağlı fikir bildiriblər.
Sonra “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Spiker Sahibə Qafarova 2023-cü il dövlət büdcəsinin müzakirəsi zamanı bildirib ki, gələn ilin dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri müvafiq olaraq 33,7 milyard manat və 33,3 milyard manat məbləğində müəyyən edilib.
Qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. O bildirib ki, təqdim edilmiş layihədə 2023-cü ildə Ümumi Daxili Məhsulun real artım tempinin 2,7 faiz, qeyri-neft-qaz sektorunda Ümumi Daxili Məhsulun real artım tempinin isə 4,5 faiz olacağı, artımın əsasən qeyri-neft sektoru hesabına təmin olunacağı, qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsulda payının 70 faizə, orta aylıq əməkhaqqının 898 manata çatacağı, vergi Tədiyyə Balansının Cari Əməliyyatlar Hesabının və Xarici Ticarət balansının profisitlə olacağı proqnozlaşdırılıb. Növbəti ildə dövlət büdcəsinə hesablanmayan vergi və gömrük rüsumları üzrə azadolmaların həcmi 7,8 milyard manatı keçəcək.
Ardınca Maliyyə naziri Samir Şərifov çıxış edib. O bildirib ki, müstəqillik tariximizin ən böyük büdcə xərclərinin 25,3 faizi və yaxud 8 milyard 419 milyon manatı dövlət sərhədlərimizin bərpası və etibarlı mühafizəsinin daha da möhkəmləndirilməsi, Ordumuzun müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daim gücləndirilməsi, silah arsenalının yenilənməsi və müasir hərbi infrastrukturların, təchizatların yaradılmasının təmin edilməsi, Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma tədbirlərinin maliyyə təminatının yaradılması üçün nəzərdə tutulub.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan bölgə və Avropa üçün dayanıqlı enerji təchizatçısına çevirib. “Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizin dəyişən dünyada dayanıqlı enerji təchizatçısı rolunun artırılması məqsədilə Energetika Nazirliyinin koordinasiyası ilə Azərbaycanda bərpaolunan enerji mənbələrindən istehsal edilən enerjinin Avropa İttifaqına çatdırılması üçün mühüm işlər həyata keçirilir. Bütün bu işlər ölkənin xarici ticarət balansında böyük müsbət saldo yaradır. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 23 milyard ABŞ dolları təşkil edib”.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, İqtisadiyyat Nazirliyinin müvafiq xidmətinin təqdim etdiyi məlumata əsasən, cari ilin 9 ayında müsabiqə əsaslı satınalmaların məbləği 2,6 milyard manat təşkil edib: “Bu, keçən ilin illik məbləği səviyyəsindədir. İlin sonuna bir rübün hesabatlığının qaldığını nəzərə alsaq, bu yaxşı göstəricidir”.
Büdcə müzakirələrindən sonra parlamentin plenar iclasının gündəliyinə Fransa Senatının Azərbaycana qarşı qətnaməsi ilə bağlı bəyanat daxil edilib.
Sahibə Qafarova bildirib ki, Fransanın icra və qanunverici orqanlarının Azərbaycana qarşı qərəzli mövqeyi dəfələrlə müşahidə edilib: “44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamalar, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlər qəbul etdirməyə çalışdığını yaxşı xatırlayırıq. Son iki ildə Fransa parlamenti ölkəmiz barədə ədalətsiz mövqeyini bir neçə dəfə nümayiş etdirib. Fransa Senatının dünən qəbul etdiyi sənəd də Azərbaycana qarşı bədxah və çirkli niyyətli siyasi aksiyadır”.
Bəyanatın mətnini deputat Ramin Məmmədov oxuyub. Bəyanatda deyilir:
“Azərbaycan Fransanı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sərhədlərə hörmət etməyə çağırır. 30 il işğala göz yuman, səs verdiyi qətnamələri Ermənistandan tələb etməyən Fransa bu gün Ermənistanın ərazi bütövlüyünün pozulduğunu bildirir. Fransa Senatının bu kimi çıxışları Cənubi Qafqazda sülhə mane olmaq niyyəti daşıyır.
Müstəmləkə illərində Fransanın törətdiyi soyqırımıları hər kəsə məlumdur, bu hadisələrdən hələ də əziyyət çəkən xalqlar var. Bu kimi hadisələr təbii ki, Fransanın siyasi tarixindən silinməyəcək. Əlcəzairdə bir milyondan çox insan Fransa tərəfindən qətlə yetirilib.
Eyni zamanda hələ də mina xəritələrini Fransa Əlcazairə düzgün təqdim etməyib. Bu gün dünyada minadan əziyyət çəkən ölkələrdən biri də Əlcəzairdir. Fransanın rolunu hazırda Cənubi Qafqazda Ermənistan davam etdirir. Bu gün Ermənistan hələ də düzgün mina xəritələrini Azərbaycana təqdim etməyib. Qondarma dövlətdə əhalinin insan hüquqlarını tələb edən Fransanın hüquqdan danışmağa haqqı yoxdur. Fransada irqçi, müsəlmanlara qarşı fobiyanın olması hər kəsə məlumdur”.
Deputatların bəyanat ətrafında çıxışından sonra bəyanat səsverməyə qoyularaq qəbul edilib.
Beləliklə, parlamentin payız sessiyasında keçirilən növbəti plenar iclası başa çatıb.
Qeyd edək ki, büdcə zərfinə daxil olan və digər qanun layihələrinin müzakirələri parlamentin 17 noyabr tarixli plenar iclasında davam edəcək.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

