Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MEDİA Agentliyi ilə Azərbaycan Dillər Universiteti arasında görüş keçirilib

MEDİA Agentliyi ilə Azərbaycan Dillər Universiteti arasında görüş keçirilib

29.11.2022 [21:35]

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla arasında görüş keçirilib.

Görüş zamanı Əhməd İsmayılov tədris prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi və yeni media mühitinin tələblərinə cavab verən kadr potensialının artırılmasının önəmini vurğulayıb, ali təhsil müəssisələri ilə media sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla media sahəsində islahatlar prosesinin geniş vüsət aldığını qeyd edərək əməkdaşlığın jurnalist kadrların yetişdirilməsi istiqamətində faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib, qarşılıqlı inkişaf perspektivləri barədə fikirlərini diqqətə çatdırıb.

Universitetin tələbə və müəllim heyətinin iştirak etdiyi görüşdə Medianın İnkişafı Agentliyinin Layihələr şöbəsinin müdiri Ləman İsgəndərova “MEDİA Lab” layihəsinin təqdimatını edib, layihənin təşkili mexanizmləri müzakirə olunub.

Paylaş:
Baxılıb: 523 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31