/ / "Azərbaycanlıların timsalında dünyada deportasiya problemi: mövcud vəziyyət və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib
"Azərbaycanlıların timsalında dünyada deportasiya problemi: mövcud vəziyyət və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib
16.12.2022 [17:26]
Məlum olduğu kimi, dekabr ayı tariximizdə həm də azərbaycanlıların Ermənistan SSR-dən deportasiya edilməsi ilə bağlı anım günləri ilə yadda qalır. Bu mövzunu daha geniş işıqlandırmaq və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanlıların deportasiyasına cəlb etmək məqsədilə Bakı Politoloqlar Klubunun təşkilatçılığı, News.az beynəlxalq xəbər agentliyinin mətbuat dəstəyi, Azərbaycan Dillər Universitetinin təşkilati dəstəyi ilə “Azərbaycanlıların timsalında dünyada xalqların deportasiyası problemi: mövcud vəziyyət və problemlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər – Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, İsrail, Mərakeş, Türkiyə, Qazaxıstan, Türkmənistan və Özbəkistan səfirliklərinin yüksək vəzifəli nümayəndələr, yerli və xarici ekspertlər iştirak edib, Azərbaycanlıların ötən əsr boyunca dörd dəfə indiki Ermənistan ərazisindən deportasiya edilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Konfransı giriş sözü ilə açan Bakı Politoloqlar Klubunun direktoru Zaur Məmmədov bildirib ki, xalqların deportasiyası tarix boyunca ən ağır səhifələrdən olub. Təəsüf ki, Azərbaycanlılar da bu bəladan yan ötüşməyib və yaxın keçmişdə bir neçə dəfə deportasiyaya uğrayıblar. Deportasiyanın ağır nəticələri bu gün də həmin insanların həyatında özünü göstərməkdədir.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla qonaqları salamlayaraq ölkəmizdə bütün xalqlara tolerant münasibətdən söz açıb və deportasiyanın dünya tarixinin ən faciəvi səhifələrindən biri olduğunu qeyd edib. Kamal Abdulla tədbirdə iştirak edən xarici və yerli qonaqlara“Həqiqətin onomastikası” adlı ingilis dilində kitab da hədiyyə edib.
Daha sonra tədbir News.az saytının baş redaktoru və Bakı Politoloqlar Klubunun sədr müavini Ülviyyə Zülfiqarın moderatorluğu ilə davam edib.
Tədbirdə çıxış etməsi üçün söz verilən, Doshisha Universiteti (Yaponiya), ADA universitetinin keçmiş professoru Rəhman Şahhüseynli hazırda deportasiya ilə bağlı dünyadakı mövcud vəziyyətdən bəhs edib. Qərbi Azərbaycandakı ata-baba yurdlarımızdan bəhs edən Şahhüseynli öz xatirələrini də bölüşüb.
Konfransa onlayn şəkildə qatılan İsrailli ekspert Mixail Finkel deportasiya ilə bağlı hüquqi məsələlərə toxunub, bu insanlıq əleyhinə cinayət faktı ilə bağlı daşınan məsuliyyətə dair məlumat verib. Fransadan qatılan, hüquqşünas, eyni zamanda deportasiya şahidi olan Zaur Sadıqbəyli bu dəhşətli akt zamanı və deportasiyadan sonra yaşadıqları problemlərdən danışıb.
İnkişaf və Diplomatiya institutunun tədqiqatçısı, eləcə də ADA universitetinin müştərək professoru fransalı ekspert Maksim Qauin 1918-20-ci illərdə Azərbaycanlıların deportasiyası ilə bağlı apardığı araşdırmalardan bəhs edib, Azərbaycanlılara qarşı erməni milliyətçilərinin apardığı etnik təmizləmə siyasəti barədə danışıb, yeni faktlar səsləndirib.
İnsan hekayələri bölümündən əvvəl azərbaycanlıların ötən əsr boyunca uğradıqları deportasiya və kütləvi qırğınlarla bağlı videoçarx izlənilib.
Qərbi Azərbaycan İcmasının mətbuat katibi, News.az saytının baş redaktoru və Bakı Politoloqlar Klubunun sədr müavini Ülviyyə Zülfiqar çıxış edərək 1918-ci ildə Babasının çox kiçik yaşda İrəvandan deportasiya edilməsi, ailəsini itirməsindən bəhs edib. Vurğulayıb ki, bu gün Qərbi Azərbaycanlıların əsas niyyəti öz ata-baba yurdlarına qayıdaraq orda dinc yanaşı yaşamaqdır.
"Yeni Azərbaycan " qəzetinin baş redaktoru Alqış Musayev deportasiya olduqları günlərdə yaşadıqlarını diplomatik korpusların nümayəndələrinin diqqətinəçatdırıb.
Tədbirə yekun vuran Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov diplomatik korpus nümayəndələrinə, yerli və xarici ekspertlərə və media mənsublarına konfransa qatıldıqları üçün təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

