İranın ədalətsiz “ədalət”i
17.12.2022 [11:06]
Təbriz klubunun sabiq futbolçusuna edam cəzası
Günel ABBAS
Edam cəzası tarixin qaranlıq səhifələrindən gələn utanc kimi xarakterizə olunsa da, təəssüf ki, dövrümüzdə hələ də tətbiq edilir. Edam cəzası dövrümüzdə BMT-yə üzv olan 102 ölkənin qanunvericiliyindən çıxarılıb. 7 ölkə edam cəzasını yalnız müharibə dövrü cinayətləri üçün tətbiq edir, 50 ölkənin qanunvericiliyində mövcud olmasına baxmayaraq, faktiki olaraq praktikada 10 ildir ki, tətbiq edilmir. 37 ölkənin isə həm qanunlarında, həm də praktikasında edam cəzası mövcuddur. Təsadüfi deyil ki, hazırda dünyada ən çox edam cəzalarının tətbiq olunduğu ölkələr arasında İran ilk yerlərdə dayanır.
Yeri gəlmişkən, son günlər İranda baş verən hadisələr fonunda ölüm cəzaları və hökmləri günbəgün artır. Etirazlara qoşulan gənclər məhkəməsiz-filansız edam edilir. “Traktor” klubunun sabiq futbolçusu Amir Nasr Azadani də İranda baş verənlərə etiraz etdiyi üçün edam cəzasına məhkum olunub. Təbriz təmsilçisi - “Traktor” tvitter hesabında yaydığı məlumatda 26 yaşlı yarımmüdafiəçinin həyatının təhlükədə olduğunu bildirib.
Məsələnin ən acınacaqlı tərəfi odur ki, bu, son aylarda İranda baş verən ilk hadisə deyil. Bundan əvvəl də İran məhkəməsi Tehran vilayətində etirazçılardan biri barəsində ilkin ölüm hökmü çıxarmışdı. Səbəb isə ölkədəki haqsızlığa etirazı idi. İranın bu məsələdə mövqeyi məlumdur, bu ölkədə etirazın cəzası ölümdür.
Əslində, son proseslər göstərir ki, İranın qəbul etdiyi qərarlarda nəzərə çarpan məqamlar təsadüfi deyil. Bu gün İranın güneyli azərbaycanlılara göstərdiyi münasibət, heç şübhəsiz, oyunçularının əksəriyyəti əslən azərbaycanlı olan komandaya qarşı da təzahür edir. Ümumiyyətlə, İran hökuməti Təbriz və Güney Azərbaycan adının hallandığı məsələlərdə “ölüm hökmü” cəzası qədər kəskin mövqe nümayiş etdirir. Bu mənada hökumətin haqq tələb edənlərə ədalətsiz “ədalət” göstərməsi heç kimə sirr deyil.
Bir insana “peşman olmaq” və “özünü islah etmə” imkanı verməyən bu ədalətsiz ölüm cəzası “böyük səhv etdik” deməklə kompensasiya edilə biləcək bir qərar deyil. İranın addımını həm də vəhşilik adlandırmaq olar, çünki günahsız bir insanı dövlət əli ilə öldürmək vəhşilikdir. Bu, dövlətin qatillərlə eyni əxlaqi mövqedə durduğunu göstərir. Şübhəsiz ki, bu cür səhvlərlə məsum insanları ölüm sırasına qoymaq geri dönüşü mümkünsüz xətalara və ədalətsizliyə səbəb olacaq. Aydındır ki, ölüm cəzasının bərpası yoxdur.
Ümumilikdə, İranın timsalında, demək olar ki, edam cəzası bir qisas metodu deyil. Unudulmamalıdır ki, cinayətkarlığı azaldacaq ölüm cəzası deyil, maarifləndirmədir. Yəqin ki, İranın susmuş vicdanını aiddiyyəti qurumlar və təşkilatların əli ilə dindirmək mümkündür.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59

