Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəkidə azyaşlıların ölümü ilə nəticələnən qəza baş verib

Şəkidə azyaşlıların ölümü ilə nəticələnən qəza baş verib

19.12.2022 [21:59]

Şəkidə ağır yol qəzası baş verib, iki azyaşlı hadisə yerində ölüb, daha altı nəfər xəsarət alıb. 

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb

Qəza zamanı avtomobildə olan və hələki şəxsiyyəti dəqiqləşməyən iki azyaşlı hadisə yerində ölüb. Daha 6 nəfər isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir

Paylaş:
Baxılıb: 409 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31