Gənc sahibkarlar üçün yeni layihə başlayır
15.03.2023 [11:17]
Martın 14-də “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün “New Generation 3.0 (Yeni nəsil 3.0)” layihəsinin təqdimatını keçirmişdir. New Generation 3.0 layihəsi “Coca-Cola” Fondu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı çərçivəsində həyata keçiriləcək. Ölkənin 7-dək regionunu əhatə edəcək bu təşəbbüs vasitəsilə 3000 gənc müxtəlif biznes təlimlərində iştirak edəcək, təlimləri uğurla bitirənlər isə öz startaplarını qurmaq üçün müsabiqəyə qatılacaq.
Fairmont Baku hoteldə keçirilən tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, “Coca-Cola” Şirkətinin Qafqaz regionu üzrə direktoru İlker Sermen, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin sədri Ülviyyə Axundova, müxtəlif qurumların rəhbər nümayəndələri, sahibkarlıq, startap fəaliyyəti ilə məşğul olan və ya bu sahədə marağı olan gənclər iştirak edib.
Açılış nitqini edən DVC İctimai Birliyinin sədri Ülviyyə Axundova tədbir iştirakçılarını salamlayıb, “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının fəaliyyəti və “Yeni nəsil 3.0 (New Generation 3.0)” layihəsini təqdim edib, dövlət və özəl qurumların ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafına, gənclərdə bu sahəyə marağın yaradılmasına verilən dəstəyin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva və “Coca-Cola” Şirkətinin Qafqaz regionu üzrə direktoru İlker Sermen gənclərin startap və sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi, bu sahədə əldə olunan nəticələr və “Youth Inc.” Sahibkarlıq Proqramının fəaliyyətinin önəmini qeyd ediblər.
Rəsmi çıxışlardan sonra Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, “Coca-Cola” Şirkətinin Qafqaz regionu üzrə direktoru İlker Sermen və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundovanın iştirakı ilə əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb.
Tədbirin sonunda xatirə şəkli çəkilib, şəbəkələşmə üçün çay fasiləsinə keçid edildi.
Qeyd edək ki, DVC-nin “Youth Inc.” Sahibkarlıq Proqramının rolu gənclər və gənc sahibkarlar arasında təşəbbüsləri dəstəkləmək, sahibkarlıq haqqında məlumatlılığı artırmaq, gənclər və qadınlara sahibkarlıq təhsili verərək onların cəmiyyətdəki və iqtisadi inkişafdakı rolunu artırmaqdır. “Youth Inc.” Sahibkarlıq Proqramı fəaliyyət göstərdiyi 10 il ərzində +18000 gənci əhatə etmiş, 46 biznes layihənin dəstəkçisi olmaqla yanaşı, 31 biznes layihənin fəaliyyətə başlanmasına və 200-dən çox iş yerinin yaranmasına nail olmuşdur.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59

