/ / Şamil Ayrım: “Azərbaycanlıların 31 Mart qəddar soyqırımına nəruz qalmasının tarixdə bir daha təkrarlanmayacağına əminəm”
Şamil Ayrım: “Azərbaycanlıların 31 Mart qəddar soyqırımına nəruz qalmasının tarixdə bir daha təkrarlanmayacağına əminəm”
31.03.2023 [12:56]
“31 mart soyqırımı azərbaycanlılara qarşı törədilən qəddar bir siyasətdir. Qüdrətlənən Azərbaycan Qarabağ zəfəri ilə 200 il boyunca davam edən belə vəhşi davranışlara son qoydu. Əminəm ki, güclü lider, xalq və ordu birliyi ilə Azərbaycan 31 Mart qəddar soyqırımının tarixdə bir daha təkrarlanmasına yol verməyəcək gücdədir”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin Ankara bürosuna açıqlamasında Türkiyəli millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib.
“Tarixə baxdığımız zaman Azərbaycan türkləri 1905, 1918, 1930, 1948, 1992-ci ildə soyqırıma məruz qalıb” deyə bildirən millət vəkili 31 mart 1918-ci ildə Azərbaycan türklərinin soyqırıma məruz qalmasının simvolik bir tarix olduğunu qeyd edib: “Bu qanlı hadisələr 1918-ci ildə yalnız 31 martda Azərbaycanda baş verən bir proses deyildi. Türkiyədə Ərzurum, Ərzincan, Qars ilə eyni vaxtda Lənkəranda, Qubada bu qırğınlar törədilmişdi. Bakıda, Şamaxıda, Zəngəzurda - təkcə bu 3 ərazidə 30 minə yaxın müsəlman türkləri qətlə yetirilmişdi. Bu qırğınlar beləcə 5-6 ay davam etmişdi.
Bu qanlı cinayətlərin tarixə keçməsi, yeni nəslin yaddaşlarında qalması və hər zaman ayıq-sayıq olmamız üçün Ulu Öndər Heydər Əliyevin daha bir müdrik addımı ilə - 26 mart 1998-ci il tarixli Sərəncamı əsasında 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olundu.
Məlumdur ki, bu qətliamlar ermənilərin əli ilə edilib, sonradan müxtəlif dövlətlərdən də bu qanlı cinayətlərdə iştirak edənlər olub. Azərbaycan Türklərinə qarşı edilən bu soyqırım hadisələrində onları öz ata-baba torpaqlarına bu yolla çıxarma cəhdləri də vardı. Hazırda Qarsda, İğdırda əksəriyyət insanlar İrəvan əsillidir. Bununla da erməni silahlıların əli ilə 80 faizdən çoxu müsəlman türkü olan İrəvanın demoqrafik qurluşunu dəyişdirdilər”.
Şamil Ayrım onu da bildirib ki, Türkiyədə mütəmadi olaraq Azərbaycanla bağlı həqiqətləri, o cümlədən 31 Mart Azərbaycanlıların soyqırımı mövzusunu dilə gətirir: “Türkiyədə hər il bu mövzu ilə bağlı müvafiq dairələrdə çıxışlar edilir. 31 mart hadisələri zamanı həyatını itirən bütün Azərbaycan türklərini, o cümlədən Çanaqqalada şəhid olan azərbaycanlıları ehtiramla yad edirəm, Allahdan rəhmət diləyirəm”.
Azərbaycan Ordusunun Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürməsi ilə bağlı dünən yayılan rəsmi məlumatdan qürur hissləri yaşadığını bildirən Azərbaycan əsilli millət vəkili deyib ki, tolerant ölkə olan və regionda böyük gücə cevrilən ölkəmizdə bir daha belə soyqırım hadisələrinin yaşanmayacağına inanır: “Çox millətləri özündə birləşdirən Azərbaycan doğru, haqlı bir yolu ilə Qafqazda parlayan bir ulduza çevrilib. Qarabağın Azərbaycan torpaqları olmasını döyüş meydanında da, diplomatik müstəvidə də, xalqının sözü ilə də bildirdi. 110 gündür Azərbaycanlı aktivistlər Laçın yolunda iradə nümayiş etdirir. Artıq güclü bir Azərbaycan var. Cənab İlham Əliyev də dəfələrlə söylədi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan qanunları çərşivəsində yaşamaq hüququna malikdirlər, istəmirlərsə Azərbaycanın tarixi Qarabağ torpaqlarını tərk etməlidirlər. Qərbin əli ilə Qarabağın münqaişə yuvasına çevrilməsinə bir daha yol verilməyəcək. Bütün dünyaya nümunə olan Azərbaycan-Türkiyə müttəfiqliyi, güclənməkdə olan dünya türk biliyi bunun qarşısını alacaq. 200 il boyunca zülmə, soyqırıma, didərginlik həyatına məruz qalan Azərbaycan türkləri bir daha qəddar haqsızlıqlarla üzləşməyəcək. Çünki Azərbaycan 2020-ci ildə qazandığı şanlı Zəfər ilə zülmə son qoydu”.
Sevil Hilalqızı Ünal, Ankara
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

