Aqrar ölkədən sənaye ölkəsinə...
19.04.2023 [10:18]
Türkiyənin son 20 illik inkişafı
Qarşıdan həm region, həm də Türkiyə üçün tarixi əhəmiyyətli hadisə prezident və parlament seçkiləri gəlir. Təbii ki, Türkiyə xalqı əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də öz iradəsini ifadə edərək ən layiqli namizədə və partiyaya münasibətini bildirəcək. Bu mənada Azərbaycan siyasətinin gözü ilə seçki mərhələsinə münasibət bildirməyə davam edirik...
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Mahir Abbaszadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Türkiyənin tarixində son 20 il əvvəlki illərdən kəskin fərqlənir: “Bu bütün sahələrdə belədir. İstər siyasi, istər iqtisadi, istər hərbi, istər regionda gücünün artması nöqteyi nəzərdən yanaşsaq, son 20 il Türkiyə tarixində qürurverici bir tarixdir. Nəzərə alsaq ki, Türkiyə son 20 il ərzində aqrar ölkədən sənaye ölkəsinə çevrilib, Türkiyənin hərbi sənayesi, xüsusilə də müasir silahların istehsalı və satışı ilə bağlı kifayət qədər işlər görülüb. Eyni zamanda, Türkiyə dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələri sırasındadır. Digər tərəfdən, Türkiyənin indiki iqtidarı - Rəcəb Tayyib Ərdoğan ölkənin inkişaf etdirilməsi, beynəlxalq miqyasda söz sahibi olması ilə bağlı kifayət qədər işlər görüb”.
Onun sözlərinə görə, son 20 ildə Türkiyə Azərbaycan münasibətləri də yüksək səviyyədə inkişaf edib: “Hansı ki, bu münasibətlərə zaman-zaman müəyyən mənada problemlər yaradılırdı, ancaq münasibətlərin belə inkişaf etdirilməsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi münasiblətlərinin yüksək səviyyədə olması mühüm rol oynayıb. Bu münasibətlər dostluq, qardaşlıq səviyyəsinə qaldırılıb. Tarixdə ilk dəfə olaraq Azərbaycan xalqının uzun illər gözlədiyi və möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə reallaşdırılan Şuşa Bəyannaməsi imzalanıb. Həmin tarixdə ilk dəfə olaraq Türk ölkəsinin rəhbəri Şuşaya qədəm qoyub. Bütün bu münasibətlərin strateji mütəffiqlik səviyyəsinə qaldırılması, Türkiyədə indiki iqtidarın müsbət əlamətləri kimi qiymətlənirilməlidir. Eyni zamanda, II Qarabağ müharibəsində Türkiyədə indiki iqtidarın, xüsusilə də Rəcəb Tayyib Ərdoğanın tutduğu prinsipial mövqe onun mənəvi və siyasi dəstəyi Azərbaycan xalqının gücünə güc qataraq Vətən müharibəsində qələbəmizin təmin olunmasında mühüm rol oynayıb”.
M.Abbaszadə qeyd edib ki, biz qarşıdakı illərdə, seçkilərdə türk xalqının nə qədər müdrik olduğunu, öz rəhbərinə nə dərəcədə sadiq olduğunu müşahidə edəcəyik: “Təkcə bu da deyil, türk xalqı dünyada Türkiyənin mövqeyinin yüksəldilməsi, sənayesinin, iqtisadiyyatının inkişafı məsələlərinə də adekvat qiymət verəcək. Özünün layiqli oğlunu yenidən Türkiyə Respublikasının Prezidenti kimi seçəcək. Bu, təkcə Türkiyə tarixi üçün yox, dünya, xüsusilə də Azərbaycan üçün əlamətdar hadisə olacaq”.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

