Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr olunan instalyasiya, fotoalbom və film təqdim edilib
15.06.2023 [12:08]
Milli Qurtuluş Günü ərəfəsində - iyunun 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan və bir neçə təqdimatı özündə birləşdirən tədbir keçirilib.
2023-cü il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə yanaşı, həm də hakimiyyətə qayıdışının 30 illiyinə təsadüf edir. Bu əlamətdar tarix münasibətilə Mərkəzdə “Heydər Əliyev – 100” instalyasiyasının, “Böyük insanın ömür anları” fotoalbomunun və “İz” sənədli filminin təqdimatları olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər iştirak ediblər.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, “İz” sənədli filminin ilk təqdimatı “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşada keçirilib. Filmə böyük maraq nəzərə alınaraq, onun Bakıda Heydər Əliyev Mərkəzində də təqdimatı təşkil olunub. Anar Ələkbərov Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanan “Böyük insanın ömür anları” fotoalbomunda isə Ümummilli Lider Heydər Əliyevin bəzi fotolarının ilk dəfə nəşr olunduğunu bildirib. Fotoalbom Ulu Öndərin həyatının və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir.
“Heydər Əliyev – 100” instalyasiyasının müəllifi, Əməkdar rəssam Rəşad Ələkbərov çıxış edərək vurğulayıb ki, əsər XX əsrin ikinci yarısından etibarən beynəlxalq incəsənət məkanında geniş yayılmaqda olan “op-art” cərəyanı ruhunda ərsəyə gətirilib. Altı ay ərzində hazırlanan kompozisiya Ulu Öndər Heydər Əliyevin portretini canlandırır. Əsərdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin rəmzi olaraq bədii vasitə kimi istifadə edilən 100 dirəyin “işığı” dahi şəxsiyyətin əbədiyaşarlılığını ifadə edir.
Sonra “Heydər Əliyev – 100” instalyasiyasının təqdimatı keçirilib.
Təqdimatdan sonra çıxış edən Xalq rəssamı Fərhad Xəlilov əsər haqqında təəssüratlarını bölüşərək deyib: “Bu, çox gözəl, nümunəvi bir əsərdir. Bu əsər Azərbaycanın Ulu Öndəri Heydər Əliyevə yaraşır, müasir sənət əsəri kimi diqqətəlayiqdir”.
Sonra tədbir iştirakçıları “Heydər Əliyev – 100” instalyasiyası və “Böyük insanın ömür anları” fotoalbomu ilə tanış olublar.
Tədbirdə Əməkdar incəsənət xadimi Ayaz Salayev “İz” sənədli filminin ərsəyə gəlməsi barədə fikirlərini bölüşüb. Bildirilib ki, filmdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunur. Ekran əsərinin adı Ulu Öndərin “Bu dünyaya gələn hər bir adam bu dünyadan gedəcək. Ancaq xoşbəxt o kəsdir ki, dünyada böyük iz qoyur” fikrindən irəli gələrək seçilib. Bu baxımdan filmin ideyası Ümummilli Liderin müasir Azərbaycan tarixində qoyduğu izi ehtiva edir.
Daha sonra iştirakçılar Ümummilli Liderin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən hazırlanan “İz” sənədli filminə baxıblar.
Filmin ssenarisi Ümummilli Lider Heydər Əliyevin ayrı-ayrı vaxtlardakı çıxışları əsasında qurulub və Ulu Öndərin müəllifi olduğu müasir müstəqil Azərbaycanın inkişaf konsepsiyasını əks etdirir. Ekran əsərində Ümummilli Liderin həyatı, Vətəninə və xalqına bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində yürütdüyü ardıcıl siyasət əksini tapıb. Eyni zamanda, işğal altındakı torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, bununla da Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin və arzularının reallaşması filmdə yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

