Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ərdoğandan Arda Gülərə təbrik: Gözlərindən öpürəm

Ərdoğandan Arda Gülərə təbrik: Gözlərindən öpürəm

20.06.2023 [14:46]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin Avro-2024-ün seçmə mərhələsində Uelsə 2:0 hesabı ilə qalib gəlməsindən sonra millinin kapitanı Hakan Çalhanoğlu və Arda Gülərə zəng edib.

yeniazerbaycan.com xəbər verir ki, o, yığmanı qələbə münasibətilə təbrik edib.

Əvvəlcə H.Çalhanoğlu ilə danışan Ərdoğan deyib: "Hamınızı təbrik edirəm. Matçı əvvəldən sona qədər izlədim. Bu gecə həqiqətən də bizi qürurlandırdınız. Latviya oyununda çətin anlar yaşadıq, amma bu axşam daha rahat idik. Nəticə yaxşı oldu. Hamıya məndən salamlar. Hamının gözlərindən öpürəm".

Dövlət başçısı daha sonra Uelslə görüşdə komandasının 2-ci qolunu vuran Arda Gülərlə danışıb: "Arda, gözlərindən öpürəm. Həqiqətən də möhtəşəm qol idi. Bunlar istisna qolardır. Çox gözəl qol idi".


Paylaş:
Baxılıb: 403 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31