Böyük maarifçi ədib...
21.06.2023 [11:40]
Abbasqulu ağa Bakıxanovun doğum günüdür
İyunun 21-i XIX əsr Azərbaycan ictimai fıkrinin inkişafında müstəsna xidmətləri olan Abbasqulu ağa Bakıxanovun doğum günüdür. Maarifçi-ədəbi mühitdə dərin iz qoyan bu ictimai xadim, şair və alim bütün dövrlərdə xatırlanacaq zəngin irs yaradıb. O, dərin zəkası, ensiklopedik biliyi ilə öz dövründə rus və Avropa alimləri, söz, fikir adamları ilə bir sırada dayanıb.
Doğrudur, Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy, İskəndər bəy Hacınski, Kərim ağa Fateh, Mirzə Əhməd Mirzə Xudaverdi oğlu, Mirzə Kazım bəy kimi şəxslər də tarixçiliyimizin yaranmasında, təşəkkül tapmasında böyük xidmətlər göstəriblər. Lakin bu bir faktdır ki, Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoyub.
Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığındakı Əmircan kəndində zadəgan ailəsində dünyaya göz açıb. Səkkiz yaşına qədər Bakıda yaşayıb. Atası Mirzə Məhəmməd 1802-ci ildə xanlıq taxtı uğrunda mübarizədə əmisi oğlu Hüseynqulu xana məğlub olur və ailə məcburən Qubaya, vaxtilə Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçür. Gənc Abbasqulu ağa yarımçıq qalan təhsilini də məhz burada başa vurur. Ərəb, fars dillərini, ədəbiyyatı və ilahiyyatı dərindən öyrənir. Rusların Qafqazı işğal etməsinin ardından isə Tiflisdə yerləşən canişinliyə xidmətə çağırılır. General Yermolov 1819-cu ildə onu Tiflis şəhərinə-Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcüməçisi vəzifəsinə dəvət edir. O, 26 il bu vəzifədə çalışır.
Bakıxanov məmur olmaqla bərabər, 20 ildən çox səmərəli elmi və bədii yaradıcılıqla məşğul olub. O həm də Azərbaycanda maarifçi realizmin inkişafında mühüm rol oynamış mütəfəkkir ədiblərimizdəndir. Müxtəlif illərdə yazdığı “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri onun ensiklopedik zəka sahibi olduğunu göstərir.
Bakıxanovun birinci elmi əsəri fars dilinin qrammatikasına aid “Qanuni-Qüdsi” (“Müqəddəs qanunlar”) kitabıdır. Əsər kiçik, ancaq dərin məzmunlu girişdən, “Hərflər”, “Kəlmələr” və “Cümlə” adlı üç fəsildən ibarətdir.
Görkəmli alim coğrafiya və astronomiya elmləri ilə də maraqlanıb. Coğrafiya elminə aid “Kəşfül-qəraib” (“Qəribə kəşflər”) və “Ümumi coğrafiya” adlı iki kitab ərsəyə gətirib.
Pedaqoji fəaliyyətlə də məşğul olan Bakıxanov uşaq və gənclərin tərbiyəsi ilə bağlı mülahizələrini “Təhzibül-əxlaq” (“Əxlaqın tərbiyəsi”) əsərində qələmə alıb. Cəmiyyət haqqındakı fikirlərini sistemli şəkildə şərh edən müəllif əsərində gənclər arasında lazımi əxlaq normalarına riayətdən söz açıb. Ədibin ikinci pedaqoji əsəri “Kitabi-nəsihət” və ya “Nəsihətnamə”dir. 102 nəsihətin yer aldığı əsər müəllifin kiçik müqəddiməsindən sonra dini nəsihətlərlə başlanır. Əsərdə dövlət başçısına, ata-anaya, böyüklərə ehtiramın vacibliyindən söz açılır, həyat və məişət məsələləri ilə əlaqədar əxlaqi nəsihətlər verilir.
Bakıxanovun tarix elmimizə bəxş etdiyi ən dəyərli hədiyyəsi isə uzun illər üzərində işlədiyi, 1841-ci ildə başa çatdırdığı “Gülüstani-İrəm” (“Cənnət gülüstanı”) əsəridir. Özünün yazdığı kimi, “Gülüstani-İrəm” uzun illər davam edən məşəqqətli zəhmətin “barı” idi. Məhz bu əsərə görə müəllif Azərbaycanın ilk tarixçi alimi hesab edilir. Akademik Nailə Vəlixanlı görkəmli alimlə bağlı məqaləsində yazır ki, A.Bakıxanov bu qiymətli tədqiqatının fars dili variantını 1841-ci ildə başa çatdırıb. 1844-cü ildə isə onun rus variantını hazırlayıb. Nəşrinin icazəsi üçün rus əlyazmasını Sankt-Peterburqa göndərir. Çar I Nikolay müəllifin 800 manat gümüş pul dəyərində brilyant üzüklə mükafatlandırılması, əsərinin isə Rusiya El?lər Akademiyasına rəyə göndərilməsi barədə əmr verir. Akademiklər M.Brosse və B.Dornun müsbət rəyinə baxmayaraq, əsərin dövlət hesabına deyil, müəllifin şəxsi vəsaiti hesabına çap edilməsinə icazə verilir...
Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən “Gülüstani-İrəm” əsəri olduqca zəngin mənbədir. Müəllif əsəri yazarkən tarixi abidələri, qədim sikkələri, padşah və xanların fərmanlarını, dini kitabları, “Avesta”nı, səyyahların yol qeydlərini və s. dərindən araşdırıb. O, həmçinin gürcü və ləzgi salnamələrinə, qədim yunan, Roma, Azərbaycan, rus alimlərinin əsərlərinə istinad edib. Əsərin müqəddiməsində Azərbaycan və Dağıstan ərazilərinin qısa coğrafi təsviri də verilib. Qədim yunan, ərəb və rus mənbələrinə istinadən bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqda maraqlı məlumatlar təqdim olunub. Əsərdə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dininin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi və s. yer alıb. Rusiya ilə İran arasında bağlanan Türkmənçay (1828) müqaviləsinin bağlanmasına qədər olan böyük bir tarixi dövr əsərdə əhatə olunub. Yeri gəlmişkən qeyd edək ki, A.Bakıxanov Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi də iştirak edib.
Bakıxanov ömrünün sonlarında Yaxın Şərqi səyahətə çıxır. 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat edir və həmin yerdə dəfn edilir.
Xəbər lenti
Hamısına baxDünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33

