Elektron pul emissiya ediləcək
23.06.2023 [10:41]
Etibarsız təchizatçılar barədə məlumatlar satınalmalar portalına daxil ediləcək
İyunun 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasın gündəliyinə 3 məsələ - “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” və “Dövlət satınalmaları haqqında” yeni qanun layihələri, habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib. Hər üç sənəd birinci oxunuşda müzakirəyə çıxarılıb.
Əvvəlcə, iclasda “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsinə baxılıb. Komitə sədri Tahir Mirkişili məsələ ilə bağlı çıxışında ölkədə ödəniş sistemində innovativ üsullardan istifadə sahəsində mövcud durumdan, bu sahədə fəaliyyət göstərən şirkətlərin həyata keçirdiyi tədbirlərdən, nağdsız ödənişlərin səviyyəsinin artmasından bəhs edib. O, bu fəaliyyət növünün qanunvericiliklə tənzimlənməsinin zəruriliyini qeyd edərək, təqdim olunan qanun layihəsinin əhəmiyyətindən danışıb.
İclasda iştirak edən Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov bildirib ki, dövlət büdcəsinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin, habelə ölkə başçısının 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsalödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar göstərilən istiqamətlərdə hüquqi bazanın təkmilləşdirilməsi çərçivəsində “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim olunub.
Sonra tədbirdə Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov həmin qanun layihəsini təqdim edib.
Bildirilib ki, layihədə elektron pulla bağlı tənzimləmə prosesi, açılmış ödəniş hesabları və ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlumatlandırma şərtləri, ödəniş sərəncamının icrası və tərəflərin məsuliyyəti ilə əlaqədar məqamlar ehtiva olunur. Bununla yanaşı, layihədə ödəniş sistemlərinin təşkili və qaydaları, hesablaşmaların aparılması, lisenziyalaşdırma və qeydiyyata dair tələblər, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti, ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması, hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi və çıxarılması, nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər, dövlət tənzimlənməsi və nəzarəti ilə bağlımeyarlar əks olunub.
Məsələ ətrafında aparılan müzakirələrdə komitənin sədr müavini Əli Məsimli, üzvləri Məşhur Məmmədov, Vahid Əhmədov, Rüfət Quliyev, Mahir Abbaszadə, Məzahir Əfəndiyev bank sahəsində yeni texnologiyaların geniş tətbiqini təqdir edərək, sənədin nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə çalışan şirkətlərin və istehlakçıların hüquqlarının qorunması baxımından önəmli olduğunu bildiriblər. Deputatlar məsələ ilə bağlı bəzi qeyd və təkliflərini də səsləndiriblər. Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov qaldırılan məsələlərə aydınlıq gətirib.
İclasda çıxış edən “GoldenPay” şirkətinin İdarə Heyətinin sədri Naina Mehdiyeva, “PashaPay” şirkətinin İdarə Heyətinin sədr müavini Pünhan Nərimanov da məsələ ilə bağlı fikirlərini açıqlayıblar.
Müzakirələrin yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.
Sonra tədbirdə “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi təqdim olunub. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli məsələ barədə məlumat verərək, qanunun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən etdiyini söyləyib.
Bildirilib ki, qanunda dövlət satınalmalarının əsas prinsipləri, təchizatçıların satınalmalarda iştirakı, saxtakarlıq halları və onların aradan qaldırılması, məxfiliklə bağlı qaydalar müəyyənləşdirilir. Qanun layihəsinin müvafiq maddələrində satınalmalara cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi, təchizatçılarla danışıqların və görüşlərin keçirilməsi, satınalan təşkilatla təchizatçıların bir-birinə göndərdikləri sənədlərin və məlumatların təqdim edilməsi formaları, dövlət satınalmalarına nəzarətin xüsusiyyətləri öz əksini tapıb.
Qeyd olunub ki, layihədə satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub. Sənəddə, habelə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən satınalmanın dayandırılması şərtləri göstərilir.
Qanun layihəsi barədə fikirlərini açıqlayan komitənin sədri Tahir Mirkişili, sədr müavini Əli Məsimli,
üzvləri Vahid Əhmədov, Rüfət Quliyev, Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Aydın Hüseynov sənədi müsbət qiymətləndirərək, onun günün tələblərinə uyğun olduğunu bildiriblər, bəzi qeydlərini diqqətə çatdırıblar.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Xidmətin şöbə müdiri Əhməd Həsənov millət vəkillərinin suallarını cavablandırıblar.
İclasda iştirak edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışında dövlət satınalmaları sahəsində olan pozuntulardan, onların səbəbləri və aradan qaldırılması istiqamətində atılan addımlardan danışıb. O, bu sahədə fəaliyyətin tənzimlənməsi, nəzarət tədbirlərinin keyfiyyətinin artırılmasının vacibliyi ilə bağlı fikirlərini açıqlayıb.
Fikir mübadiləsinin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.
Gündəliyin sonuncu məsələsi - Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar bildirilib ki, adları çəkilən qanunlara Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi ilə əlaqədar uyğunlaşdırma xarakterli bəzi düzəlişlər təklif olunur.
Bu qanun layihəsi də birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

