Azyaşlı qızların kabusu: can alan erkən nikahlar
25.06.2023 [13:51]
“Ər” evindən məzara...
Bu günlərdə Sabirabad şəhərində yetkinlik yaşına çatmayan qızın intihar xəbəri yayılmışdı. Belə ki,17 yaşlı Z.Q. bir müddət əvvəl qohumu Y.M-ə ərə verilib. Qeyri-rəsmi münasibətin sonu ayrılıq ilə nəticələnsə də, ailədaxili münaqişələr səngimək bilməyib. Nəticədə azyaşlı qız dərman preparatı içərək intihar edib. Faktla bağlı hazırda Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Məlum olduğu kimi, Ailə Məcəlləsinin 10-cu maddəsi qadınlar üçün nikah yaş həddini 18 yaş tamam olduqdan sonra təyin edib. Buna baxmayaraq, ötən il Azərbaycanda 165 erkən nikah qeydə alınıb. Bütün bölgələrdə olduğu kimi, paytaxt Bakıda da məktəb yaşlı qızlar arasında erkən nikah hallarına rast gəlinir. Statistikaya görə, Qaradağ rayonu bu siyahıda birinci yerdə durur. Görəsən, cəmiyyətin ciddi problemlərindən biri olan erkən nikahın bu qədər geniş vüsət almasına səbəb nədir?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva deyir ki, əvvəkli illərlə müqayisədə azalma müşahidə olunsa da, problem kökündən həll olunmayıb: “Son dövrlərdə biz KİV-də və yaxud sosial şəbəkələrdə bu problemlərin şahidi oluruq. Dərhal Dövlət Komitəsi olaraq reaksiyamızı bildiririk. Müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər dövlət qurumları ilə birlikdə həmin ailələrə səfərlər təşkil olunur, ailələrlə maarifləndirici söhbətlər aparılır, profilaktik işlər görülür. Erkən nikah mərasimləri təşkil olunubsa, həmin mərasimlər yerindəcə sonlandırılır”.
Mütəxəssisin sözlərinə görə, erkən nikahların fəsadları da çoxdur. Erkən nikaha daxil olan qızlar əksər hallarda təhsillərini davam etdirmirlər və aldığı təhsil səviyyəsi ilə kifayətlənməli olurlar: “İlk növbədə, öz fiziki sağlamlığını itirir, daha sonra təhsildən yayınır, eləcə də peşəyə yiyələnmək imkanını əlindən buraxırlar. Erkən yaşda ana olaraq övladının da yükünü götürərək psixoloji cəhətdən ciddi travmalar yaşayırlar. Psixoloji vəziyyətin mənfi olduğu bir ailədə doğulan uşaqdan da biz gələcəkdə müsbət davranışlar gözləyə bilmərik. Bəs maarifləndirmə tədbirlərini həyata keçirməklə problemi kökündən həll etmək olarmı? Əlbəttə ki, xeyr! Cəmiyyət üzvlərinin də üzərinə böyük öhdəçilik düşür. Bəzən valideynlər “övlad mənimdir, özüm bilərəm” fikrini ifadə edirlər. Lakin belə deyil. Cinayət Məcəlləsinin 176-cı maddəsində erkən nikaha cəlb etməyə görə 3 ildən 4 ilədək həbs cəzası və 4 min manatadək cərimə nəzərdə tutulur”.
Psixoloq Elmir Əkbər isə deyir ki, qızların yetkinlik yaşına çatmadan ailə qurması nəinki psixologiyasına, eləcə də sağlamlıqlarına ağır zərbələr vurur: “Psixoloji və sosial baxımından onun əqli imkanları buna hazır deyil. Hələ yetkinlik yaşına qədəm qoymayan qız necə uşaq böyüdəcək? Erkən hamiləlik onlara böyük bir zərbədir. Bir baxın, ginekoloji problemlər nə qədər artıb. Bu etapları yaşamış qeyri-yetkin insanların ölkənin sosial həyatında rolu nədən ibarət olacaq? Bu gün boşanmaların sayının artmasında da məhz erkən nikahların böyük rolu var”.
“Bir mənalı olaraq, yetkinlik yaşına çatmayan qızların nikaha daxil olma halı uşağa qarşı törədilən zorakılıqdır. Mən onlara erkən nikahın qurbanları adlandırıram. Kifayət qədər belə qurbana çevrilmiş pasiyentim var. İnsanlar təşvişdən, həyəcandan həyat səmtini itirirlər. Ya evdən qaçırlar, ya da intihar edirlər. Bizim qızlar ailənin nə olduğunu və qurulduğunu 28 yaşından sonra dərk edirlər. Belə olan halda yadımıza Məşədi İbad obrazı düşür”,- deyə vurğulayıb.
Elmir Əkbərin də təbirincə desək, vaxtilə gülərək baxdığımız Məşədi İbad obrazına bu gün real həyatda daha çox rast gəlməyə başlayırıq. Artıq buna bir dur deməyin zamanıdır.
Qoca kaftar, sənə on beş yaş olan qız nə gərək? Qorxmayırsanmı ki, axırda gələ başa kələk?
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

