Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rəşad Məcid: "Fransada AzTV-nin çəkiliş qrupuna hücumu pisləyirik"

Rəşad Məcid: "Fransada AzTV-nin çəkiliş qrupuna hücumu pisləyirik"

29.06.2023 [12:07]

"Mətbuat Şurası "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücumu kəskin şəkildə pisləyir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

Onun sözlərinə görə, jurnalistlərə qarşı təzyiq yolverilməzdir: "Biz baş verən hadisədən narahatıq. Mətbuat Şurası yaxın saatlarda bununla bağlı bəyanat yayacaq".

Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

Paylaş:
Baxılıb: 575 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31