Mediada dini təhlükəsizliyin təmini...
06.07.2023 [10:46]
Azərbaycan mətbuatı bu işi uğurla yerinə yetirir
Media məkanımız dini təhlükəsizliyin qorunması üçün bütün prioritetlərini müəyyənləşdirib
Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmini hüquqi dövlət quruculuğu prosesinin mühüm amili rolunda çıxış etməkdədir. Hər zaman hüququn aliliyinin qorunduğu ölkəmizdə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulub. Ötən müddət ərzində Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görüb. Azərbaycan hakimiyyəti tərəfindən qətiyyətli və davamlı şəkildə aparılan dövlət siyasəti demokratik vətəndaş cəmiyyətinin inkişafını şərtləndirib.
Din bəşəri dəyər olaraq qorunur, inkişaf etdirilir, yad və mənfur təsirlərə məruz qalmaması üçün mühüm addımlar atılır. Eyni zamanda, din cəmiyyətin inkarolunmaz ideoloji sütunudur - dinin cəmiyyətin inkişaf tendensiyasındakı rolu danılmazdr. Bu mənada, müasir dünyada dünyəvilik və dini təmayül arasındakı paralel inkişaf xətti həssas sayılır. Kataklizmlərlə dolu dünyamızda din bəzən birləşdirici, bəzən ayırıcı funksiyalarla izah edilir - təəssüf ki, qaranlıq məqsədlərə çatmaq üçün din faktorundan istifadə halları olduqca geniş yayılıb.
Beynəlxalq münasibətlər sisteminin formalaşmasında belə din amili öz sözünü deyir - dünyanın bir sıra təşkilatları və ya birlikləri ən mühüm məsələlərə münasibətdə bu faktoru əsas “predmet” sayırlar. Bu baxımdan, dinin özündə belə təbii və ya qeyri-təbii yolla təmayülləndirmə prosesi gedir. Başqa sözlə, yaranan yeni cərəyanlar, sektalar, hər hansı bir məqsədə və ya amala xidmət edən qruplaşmalar pərdə arxasında dinə münasibətdə fərqliliyi ortaya çıxarır. Beləliklə, fərqli dünyalar, fərqli sivilizasiyalar, fərqli baxış bucaqları formalaşır - dinə məhz fərqli aspektlərdən qiymət verilməsi zərurəti yaranır...
Dinin fərqli maraqların təsir vasitəsinə çevrilməməsi üçün...
Dünyanın tolerantlıq nümunəsi sayılan Azərbaycan dövlətində vətəndaşların vicdan azadlıqları yüksək səviyyədə qorunur. İstər dini, istərsə də milli dözümlülüyə görə dünyada ən tolerant dövlətlərdən sayılan Azərbaycanın 1995-ci ildə qəbul olunan ölkə Konstitusiyasında da qeyd olunduğu kimi ölkəmizdə din dövlətdən ayrıdır, ölkəmiz dünyəvi dövlətdir. Demokratik prinsiplər üzərində bərqərar olan Azərbaycan dövlətçiliyi öz inkişaf konsepsiyasında və apardığı daxili-xarici siyasətdə bunu hər zaman nümayiş etdirir. Amma qeyd edildiyi kimi, din inkarolunmaz bir faktordur və günümüzün ən mühüm təsir vasitələri arasında yer alır. Bu mənada, mənfi tendensiyalardan qorunma üçün, neqativ yüklənmələrin qarşısının alınması istiqamətində mütləq tədbirlər qaçılmaz xarakter daşıyır. Dinin ideoloji axardan çıxaraq fərqli maraqların təsir vasitəsinə çevrilməməsi üçün dövlət və cəmiyyət birgə vəhdət nümayiş etdirməlidir.
Ölkəmizdə bütün dinlər birləşdirici funksionallığını qoruyur
Bu amil özünü dini təbliğat və ya dini maarifləndirmə məsələsində daha qabarıq göstərir. Bəzən siyasi və dini ekspertlər bu iki məsələni eyniləşdirir - hətta dini təbliğatın dini maarifləndirmənin tərkib hissəsi sayanlar belə tapılır. Amma bu iki xəttin fərqli cəhətləri çoxdur. Onların sırasında ən əhəmiyyətlisi isə dinin təhlükəsizliyə təhdid yaratması ehtimalıdır. Başqa sözlə, bəzi hallarda dini maarifləndirmənin dini təbliğatla “əvəzlənməsi” mənfi yüklənməyə yol açır.
Ölkəmiz siyasi-coğrafi baxımdan olduqca həssas bir “ünvanda” yerləşir - sivilizasiyaların qovşağı, mədəniyyətlərin sintezi, multikulturalizmin ehkama çevrildiyi məkan olaraq xarakterizə edilən Azərbaycan bütün mənalarda diqqət mərkəzindədir. Regionun siyasi-iqtisadi aktoru, Cənubi Qafqazın təhlükəsizliyinin əsas qarantlarından biri sayılan Azərbaycanda dini tolerantlıq ən yüksək səviyyədədir. Bu ölkədə məscidlər, kilsələr, sinaqoqlar və digər dini məkanlar insanların birliyini təbliğ edir - bütövlükdə bütün dinlər birləşdirici funksionallığını qoruyur, inkişaf etdirir. Belə bir mənzərə müasir dövrümüz üçün nadir hadisə sayılsa da, Azərbaycan bunu bacarıb. Respublikamızda fəaliyyət göstərən hər bir dini icmaya sərbəst şəkildə, maneəsiz fəaliyyət göstərmək üçün şərait yaradılıb. Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinə olan diqqət və qayğı Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir.
Din-dövlət münasibətləri mediada da özünü ən gözəl parametrləri ilə əks etdirir
Dinin təhlükəsizliyə təhdid yaradan amil kimi çıxış etməsinin qarşısının alınmasında ən əsas vasitə isə media, KİV, sosial şəbəkələr, televiziyalar və internet resurslarıdır. Bəlkə də bu yöndə ən böyük iş məhz medianın üzərinə düşür. Çünki qeyd edildiyi kimi, vacib məsələ olan dini maarifləndirmənin düzgün aparılması, onun dini təbliğata çevrilməməsinin ən böyük yükü media nümayəndələrinin üzərindədir. Təsadüfi deyil ki, IV hakimiyyət sayılan medianı informasiya əsrinin əsas gücü adlandırırlar. Bu əbəs yerə deyil. Müasir media maarifləndirmə, təbliğat kimi funksiyaları ilə yanaşı, ictimai rəyin formalaşmasında mühüm element kimi də çıxış edir. Media tribunası vətəndaş-dövlət, vətəndaş-ictimai sektor, vətəndaş-din münasibətlərinin inkişafında, onun sağlam təməllər üzərində qurulmasında mühüm rol oynayır. Dünyaya tolerantlıq nümunəsi kimi təqdim olunan Azərbaycanda mühüm dəyərlər üzərində bərqərar olan, inkişaf edən din-dövlət münasibətləri mediada da özünü ən gözəl parametrləri ilə əks etdirməkdədir. Azərbaycanın media məkanı dini təhlükəsizliyin qorunması üçün bütün prioritetlərini müəyyənləşdirib. Bu konsepsiya ilə də inkişafını təmin etməkdədir...
Azərbaycan mətbuatı qara məqsədlər üçün vasitəyə çevrilmir
Məsələ ilə bağlı fikirlərini bölüşən “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, butövlükdə mediada dini təhlükəsizliyin təmini məsələsi günün ən aktual məsələlərindəndir. Onun fikrincə, Azərbaycanda dinə münasibət hər zaman xüsusi və fərqli cəhətləri ilə seçilib. Bütün sferalarda elmi yanaşmalara üstünlük verən əksər Azərbaycan oxucusu dinə münasibətdə də analoji tələbi ilə seçilir - dinin elmi-maarifləndirmə xəttindən uzaqlaşmamasını istəyir: “Bir sözlə, sosial sifariş bu yöndədir. Bu fakt günümüzün əsas reallığına çevrilmiş sosial şəbəkələrdə də öz əksini tapır. Mətbuat bu mənada həm də qoruyucu funksiya daşıyır. Cəmiyyətin və dövlətin yad təsirlərə məruz qalmaması üçün təbii qalxan vasitəsinə çevrilən media böyük bir yükü üzərinə götürür. Müasir dünyada gedən proseslər prizmasından bu olduqca ağır bir yükdür. Media təhlükəsizlik arxitekturasına zərər gəlməməsi üçün bütün səylərini ortaya qoyur”.
Baş redaktor vurğulayıb ki, mediada dini təhlükəsizliyin qorunması məsələsi bircinsli deyil - bu, yeni internet mediada ənənəvi çap mediası qədər effektivlik daşımır. Onun sözlərinə görə, bəzi hallarda ölkəmizdə yaradılan tolerant mühitə, sabitliyə paxıllıq edənlər və bəzi qaranlıq məqsədlərə düşənlər də tapılır: “Ölkəmizdə dinə elmi cəhətdən yanaşılmasını qəbul edə bilməyən, cəmiyyəti hər vəchlə dini xürafata doğru sürükləməyə çalışan, yalnız bu çərçivədə təbliğat aparan qüvvələr virtual məkanda mənasız polemikalar açmaqla, qeyri-qanuni yollara əl atmaqla cəmiyyətin bütövlükdə dinə münasisibətinə kölgə salmağa çalışırlar. Hətta bir sıra məqamlarda xarici mənbələrdən qidalananların dini ritualizmin daha da kəskinləşməsi ücün çalışdığına da rast gəlinir. Sevindirici haldır ki, Azərbaycan mətbuatı bu kimi qara məqsədlər üçün vasitəyə çevrilmir. Dövlətə sevgi, inam və etimad bu kimi dindən fərqli şəkildə - hətta terror vasitəsi kimi istifadə etməyə niyyətlənənlərin arzularını ürəklərində qoyur. Əlbəttə ki, burada qanunvericiliyin təkmil olması da böyük əhəmiyyətə malikdir. Yeni qəbul edilmiş “Media haqqında” qanunun 14-cü maddəsinin müvafiq bəndlərində mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblər sırasında irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunmaması, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməsi xüsusi olaraq qeyd olunur. Eyni zamanda, yeni qanunda göstərilir ki, terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir”.
A.Quliyev onu da bildirib ki, ölkəmizdə din-media münasibətlərində hər hansı bir problemdən söhbət gedə bilməz. Azərbaycan mediası hər zaman yaşam tərzlərinə, əqidələrə, bütün dini inanclı kəsimlərə hörməti təbliğ edir. “Təbii ki, burada qırmızı xətt mövcuddur. Bu dini inanclar, əqidələr Azərbaycanın bütövlüyünə xələl gətirməməlidir. Ölkəmizdə yad təsirlərə məruz qalmış təbliğat aparıla bilməz. Bu qanunvericiliklə də qadağandır və düşünürəm ki, vacib məsələdir. Media cəmiyyətin inkişafında mühüm rol oynayan, cəmiyyəti yönləndirən ictimai institutdur. Əgər kimsə fanatizmdən, məzhəb ayrı-seçkiliyindən istifadə edərək cəmiyyəti səhv istiqamətə yönləndirməyə cəhd edərsə, buna qarşı Azərbaycan mediasının da mövqeyi birmənalı və kəskindir”, - deyə baş redaktor əlavə edib.
Pərviz SADAYOĞLU
“Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”
Xəbər lenti
Hamısına baxElm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15

