Qərbi Azərbaycan İcmasının tarixində bir ilk
12.07.2023 [10:54]
Zamanında indiki Ermənistandan qovulmuş soydaşlarımızı birləşdirən Qərbi Azərbaycan İcmasının (QAİ) beynəlxalq arenada tanınması istiqamətində daha bir uğur əldə olunub. Belə ki, QAİ iyulun 7-də Vyanada ATƏT-in tədbirində təmsil olunub. Qurumdan “Yeni Azərbaycan”a daxil olan məlumatda bildirilir ki, icmanın idarə heyətinin sədr müavini, deputat Ramil Həsən ATƏT-in Milli azlıqlar üzrə ali komissarlığı institutunun yaradılmasının 30 illiyi münasibətilə keçirilən yüksək səviyyəli tədbirdə icma adından iştirak edib.
Beynəlxalq müstəvidə fəaliyyət
Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Ötən il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib. Prezident İlham Əliyev 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Dövlətimizin başçısı bəhs olunan tədbirdəki nitqində icmanın perspektiv fəaliyyəti ilə bağlı fikirlərini ifadə edib və dəyərli tövsiyələrini verib. Prezident İlham Əliyevin verdiyi tövsiyələr icmanın ölkə daxilindəki fəaliyyət istiqamətləri ilə yanaşı, qurumun beynəlxalq müstəvidə görməli olduğu işləri də əhatə edib. “İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Fəaliyyətində dövlət başçısının tapşırıq və tövsiyələrini əsas tutan Qərbi Azərbaycan İcması beynəlxalq arenada fəaliyyətini davamlı olaraq genişləndirir. 2023-cü ilin yanvar ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə 12 yanvar tarixli müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) təqdim edilib. Sözügedən müraciətin BMT rəsmi sənədi kimi yayılması ilə 190-dan çox ölkə məsələ barədə məlumatlandırılıb. Bundan sonra 28 mart 2023-cü il tarixində QAİ-nin Qayıdış Konsepsiyası, 20 may 2023-cü il tarixdə isə QAİ-nin UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı məktubu BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. 20 iyun 2023-cü il tarixində QAİ-nin Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü, AŞ PA-nın İnsan Hüquqları üzrə alt-komitəsinin sədri Kamal Cəfərovun Qərbi Azərbaycan mövzusu ilə bağlı irəli sürdüyü yazılı bəyannamə assambleya üzvlərinin yetərli sayda dəstəyini əldə edərək AŞ PA-nın rəsmi sənədi kimi dərc olunub.
Milli azlıqlar mövzusunda müzakirələr
Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədr müavini, deputat Ramil Həsənin ATƏT-in yüksəksəviyyəli tədbirinə qatılması QAİ-nin tarixində bir ilkdir. ATƏT-in Fəaliyyətdə olan Sədri Buyar Osmanı, ATƏT-in Baş katibi Helqa Şmid, ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı Kayrat Abdraxmanov, ATƏT-in iştirakçı dövlətlərinin nümayəndələrinin iştirak etdiyi tədbirin gündəliyi kifayət qədər geniş olub. Burada o cümlədən, milli azlıqlar mövzusunda ATƏT-in tövsiyələrinin yerinə yetirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
İcmanın sədr müavini R.Həsən müzakirələrə öz töhfəsini verib. Ermənistandan azərbaycanlıların qovulması barədə məlumat verən İcma nümayəndəsi, Ermənistanın hərəkətlərinin beynəlxalq insan hüquqlarının digər aspektləri ilə yanaşı, milli azlıqların hüquqları üzrə beynəlxalq normalara, o cümlədən, ATƏT-in bu sahədəki müvafiq sənədlərinə zidd olduğunu vurğulayıb.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

