Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Pakistanda silahlı şəxslər hərbi mərkəzə hücum ediblər

Pakistanda silahlı şəxslər hərbi mərkəzə hücum ediblər

12.07.2023 [16:16]

Bu gün səhər saatlarında Pakistanın Bəlucistan əyalətində hərbi mərkəzə hücum edilib.

Pakistan mediası xəbər verir ki, hücum nəticəsində dörd əsgər həlak olub, daha beş nəfər yaralanıb. “Aamaj News” agentliyinin məlumatına görə, hücumun məsuliyyətini yeni yaradılmış “Təhrik-i-Cihad Pakistan” qruplaşması üzərinə götürüb.

Silahlılar əvvəlcə mərkəzin ərazisinə daxil olmağa çalışsalar da, mühafizəçilər onları içəri buraxmayıb. Bundan sonra şiddətli atışma başlayıb. Silahlı şəxslərdən üçü mühasirəyə alınaraq öldürülüb, hərbçilər daha iki nəfəri axtarır.

Dairənin komissarı “Dawn” nəşrinə bildirib ki, atışma zamanı təsadüfən yol keçən bir nəfər də ölüb, bir neçə mülki şəxs yaralanıb.

Paylaş:
Baxılıb: 583 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31