Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “F-16”lar və “F-35”lər Hörmüz boğazına niyə gəlir?

“F-16”lar və “F-35”lər Hörmüz boğazına niyə gəlir?

19.07.2023 [11:55]

Günel ABBASOVA

ABŞ Hərbi Dəniz Donanması ötən həftə İranın Hörmüz boğazı yaxınlığında iki neft tankerini ələ keçirməyə cəhd etdiyini, hətta onlardan birinə atəş açdığı xəbərini yayıb. Rəsmi Vaşinqton Tehranın bu həmlələrinə qarşı təhlükəsizlik tədbirlərini gücləndirəcəyini bildirib.

Politoloq İlyas Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ABŞ-ın Hörmüz boğazına “F-16” və “F-35” qırıcılarını göndərməsi heç şübhəsiz ki, bu ərazidə geopolitik qarşıdurmalarla bağlıdır. Xüsusilə Yaxın Şərq hər zaman böyük güc mərkəzlərinin diqqət mərkəzindədir və zaman-zaman burada müxtəlif eskalasiyalar yaşanır. Ən tez alovlanan problem İsrail-Fələstin münaqişəsi ilə bağlıdır: “Bununla yanaşı, Səudiyyə Ərəbistanın, İranın burada kəsişən maraqları hər zaman diqqət çəkir. Son dövrlər İran ilə Birləşmiş Ərəb Əmirlikləri arasında olan problemlər, enerji və karbohidrogen ehtiyatların bölüşdürülməsi istiqamətində mövqelərin uzlaşdırılmaması müxtəlif problemlərə yol açır. Biz hazırda Amerika Birləşmiş Ştatlarının burada öz mövqelərini gücləndirmək, gövdə nümayişini həyata keçirmək naminə öz strateji arsenalına müraciət etməsini müşahidə edirik”.

Onun sözlərinə görə, “F-16”-lar ilə yanaşı, müasir “F-35”-lərin də Hörmüz boğazına göndərilməsi həm də bir mesajdır, siqnaldır: “Bu Rusiya-Ukrayna müharibəsi fonunda həm Rusiyanın burada olan mövqelərinin zəiflədilməsi, həm digər böyük güclərin son dövrlər artan həmlələrinin qarşısının alınması istiqamətində ismarıc kimi qiymətləndirilə bilər. Çünki biz həm də görürük ki, bir sıra böyük dövlətlər Səudiyyə Ərəbistanı ilə İranı barışdırmağa nail oldu. Hətta bəzi məqamlarda bəzi sənədlər də masaya yönləndirilir - “Diplomatik münasibətlərin təsis edilməsi” haqqında razılaşma da var. Nəhayət, bütün bunların, ən əsas Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ dünyanın digər bölgələrində də öz maraqlarını təmin etmək naminə müvafiq addımlar atır”.

Paylaş:
Baxılıb: 467 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31