/ / ŞKTR Ticarət Palatasının prezidenti: Azərbaycanla bütün sahələrdə əlaqələri inkişaf etdirməyə çalışırıq
ŞKTR Ticarət Palatasının prezidenti: Azərbaycanla bütün sahələrdə əlaqələri inkişaf etdirməyə çalışırıq
20.07.2023 [14:16]
Turqay Deniz: Biz faktiki olaraq "üç dövlət - bir millət"ik
Şimali Kipr Türk Respublikası Azərbaycanla əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır.
Bu barədə Şimali Kipr Türk Respublikası Ticarət Palatasının prezidenti Turqay Deniz region plus-a müsahibəsində bildirib.
“Əməkdaşlıq üçün əsas fəaliyyət sahəsi təbii ki, ilk olaraq turizm sahəsidir, gözəl çimərliklərimiz var, iqlimimiz çox əlverişlidir. Ölkəyə investisiya yatırmaq baxımından qış aylarında yaşlılar üçün sağlamlıq pansionatları şəbəkəsi yaratmaq üçün geniş imkanlarımız var. Bu pansionatlara dünyanın bir çox ölkələrindən, xüsusilə Şərq və Avropadan yaşlı şəxslərin cəlb edilməsi planlaşdırılır.
Şimali Kipr Türk Respublikası tam kəşf olunmamış istiqamətlərdən biri hesab olunur ... Bu kontekstdə «first come, first serve» prinsipi burada uyğundur, yəni "kim birinci gəlsə, qazanacaq”, - deyə o bildirib.
Ticarət sahəsində əməkdaşlıq perspektivlərinə toxunan Turqay Deniz qeyd edib ki, süd məhsullarının Azərbaycana idxalı mümkündür: “Hellim" pendir çeşidimiz var. Bu, dünyada odda əriməyən yeganə pendir növüdür və bu gün dünyanın bir çox mətbəxlərində öz layiqli yerini alır. Biz istəyirik ki, o, Azərbaycanda da tanınsın. Azərbaycanda da müxtəlif növ pendirlər var. Yeməklərimizin, şirniyyatlarımızın, qida sənayesinin məhsullarının kifayət qədər oxşar olduğunu nəzərə alsaq, onların qarşılıqlı təchizatı ilə məşğul ola bilərik”.
İkitərəfli əməkdaşlıq üçün mümkün sahələrdən biri də onun fikrincə, gəmilərin təmiri və servis xidməti ola bilər.
“Biz Türkiyə ilə geniş ticarət dövriyyəsi qurmuşuq. Belə ki, ticarət dövriyyəmizin 60% - dən çoxu Türkiyənin payına düşür. Uzaq Şərq ölkələri ilə ticarət dövriyyəsi 9%, Avropa ilə isə 15% təşkil edir. Bəs niyə Azərbaycanla ticarət əlaqələrimiz yoxdur? Axı, geniş istifadə olunan "bir millət, iki dövlət" ifadəsi var. ŞKTR– nin də türk ölkəsi olduğunu nəzərə alsaq, biz faktiki olaraq "üç dövlət-bir millət"ik. Odur ki, biz Azərbaycanla bütün sahələrdə yaxınlaşmağa çalışırıq.
Qeyd edək ki, Turqay Deniz 1958-ci ildə yaradılmış Şimali Kipr Türk Respublikası Ticarət Palatasının prezidentidir. Palata bu gün 3500-dən çox üzvü birləşdirən və Şimali Kipr Türk Respublikasının ən böyük və ən əhəmiyyətli təşkilatıdır, Beynəlxalq Ticarət Palatasının (ICC) və bir çox digər təşkilatların üzvüdür. Bundan başqa, Palata "Yaşıl xətt" haqqında müddəaların həyata keçirilməsində Avropa İttifaqı Komissiyasının yeganə korporativ tərəfdaşı və Avropa kiçik biznes Alyansının (ESBA) üzvüdür.
Turqay Denis iyulun 15-17-də İslam Ticarət-Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 18-ci iclasında iştirak etmək məqsədilə Bakıya gəlib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10

