Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beynəlxalq STEM Olimpiadasında Azərbaycan bayrağı dalğalandı 

Beynəlxalq STEM Olimpiadasında Azərbaycan bayrağı dalğalandı 

24.07.2023 [15:14]

Bu günlərdə Fransanın paytaxtı Parisdə STEM Grand Final proqramı çərçivəsində Beynəlxalq STEM Olimpiadası keçirilib. Olimpiadaya 22 ölkədən 500 iştirakçı qatılıb. Proqramda Azərbaycanı  "Maestro School"un 16 şagirdindən ibarət heyət təmsil edib. 

Qeyd edək ki, STEM Grand Final proqramı Beynəlxalq STEM Olimpiada -  Elm, Texnologiya, Mühəndislik, Riyyaziyyat üzrə beynəlxalq olimpiadadı. Bu, məktəblilərin , gənclərin interaktiv eksperimentləri özündə əks etdirən elm mərkəzlərində imtahana hazırlaşdıqları və imtahan verdikləri STEM əsaslı müsabiqədir.  "Maestro School"un 16 şagirdi bütün fənnlər üzrə yüksək nəticələr göstəriblər.  

Proqramlaşdırma, elm, riyaziyyat üzrə müsabiqələrə qatılan azərbaycanlı şagirdlər qızıl, gümüş, bürünc medalları və fərqlmə sertifikatlarına layiq görülüblər. 9 qızıl,  23 gümüş, 7 bürünc medal, 3 fərqlənmə olmaqla ümumilikdə 42 medalla geri dönən məktəblilərimizin Fransada keçirilən Olimpiadada Azərbaycan bayrağını dalğalandırması  qürurvericidir.

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31