Paşinyanın əsassız iddiaları...
22.07.2023 [16:46]
Ermənistanın baş naziri 8 aydır ki, eyni yalanları təkrarlayır
Nardar BAYRAMLI
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Belə ki, o, iyulun 20-də hökumətin iclasında çıxışı zamanı iddia edib ki, guya Laçın dəhlizinin “qanunsuz blokadası” nəticəsində Qarabağda “humanitar böhran” günü-günə daha da ağırlaşır. Paşinyan deyib ki, iyulun 15-də Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyev ilə Brüsseldə keçirilən üçtərəfli görüş Laçın dəhlizinin açılması və Qarabağda “humanitar böhranın” aradan qaldırılması baxımından heç bir konkret nəticə verməyib.
XİN: Azərbaycanın Xarici İşlər Nazirliyi N.Paşinyanın iddialarını əsassız hesab edib
Bu barədə nazirliyin bəyanatda bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın iyulun 20-də hökumətin iclası zamanı çıxışında, Brüsseldə liderlər səviyyəsində keçirilmiş görüşə istinadən Laçın yolu ilə bağlı son 8 ay ərzində təkrarladıqları iddianı bir daha xüsusi vurğulaması Ermənistan tərəfinin bu məsələdən siyasi məqsədləri üçün istifadə etməklə yanaşı, son zamanlar irəliləməkdə olan sülh müqaviləsi danışıqlarına maneçilik törətmək niyyətini nümayiş etdirir. Qeyd edilib ki, Vətən müharibəsindən sonra Laçın yolunda Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyət sübut olunaraq, bu fəaliyyətin dayandırılmasına Azərbaycan tərəfindən çağırışlar edildiyi hər kəsə məlumdur. Bu fəaliyyətə məhəl qoyulmaması nəticəsində Azərbaycan tərəfi beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycan qanunvericiliyi çərçivəsində Laçın sərhəd-buraxılış məntəqəsini yaradaraq son bir neçə ay ərzində həm yüklərin, həm də erməni sakinlərin şəffaf və tənzimlənən qaydada keçidini təmin edib. Bu xüsusda, məntəqənin mövcudluğunun yolun bağlanması kimi təqdim edilməsi tamamilə yanlış yanaşmadır. Hətta Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul tarixli qərarı ilə Ermənistan tərəfinin məntəqənin aradan qaldırılması ilə bağlı müraciətini yekdilliklə rədd edərək, bu iddianın əsassız olduğunu təsdiqlədiyi məlumdur. Ermənistan tərəfinin 15 iyun tarixində məntəqəni atəşə tutması, Azərbaycan sərhədçisini yaralaması, qaçaqmalçılıq cəhdləri etməsi Ermənistanın son 30 ildə Azərbaycan ərazilərinə qarşı təcavüzü və qeyri-qanuni fəaliyyəti davam etdirmək niyyətini göstərib, bununla Laçın məntəqəsinin labüdlüyü bir daha təsdiqlənib.
“Ağdam-Xankəndi” yolunun əhəmiyyəti
“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan tərəfindən təklif olunan “Ağdam-Xankəndi” yolunun yüklərin daşınması üçün vacib olduğu fikrinə məhəl qoymayan Ermənistan tərəfinin hər vəchlə bu yoldan imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının əsassız olduğunu və Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyəti davam etdirmək niyyətini sübuta yetirir. Azərbaycanın bölgədə “etnik təmizləmə” həyata keçirmək istiqamətində addımlar atdığı barədə Ermənistan tərəfinin iddiası olduqca yanlış və təhlükəlidir. Azərbaycanlılara qarşı kütləvi qırğınlar və deportasiyalar həyata keçirən Ermənistandan fərqli olaraq, Azərbaycan heç zaman erməni sakinlərə qarşı etnik təmizləmə siyasəti həyata keçirməyib. Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Ermənistanın baş naziri erməni sakinlərin Azərbaycana reinteqrasiyasını təşviq etmək əvəzinə, dialoqun hansı formada həyata keçirilməsinə dair şərtlər irəli sürməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı addım kimi qiymətləndirilir və qəbuledilməzdir”,-deyə bəyanatda vurğulanıb. Diqqətə çatdırılıb ki, Azərbaycan və Ermənistanın sərhədləri hansı çərçivədə delimitasiya etməsindən asılı olmayaraq, Ermənistanın erməni silahlı qüvvələri tam olaraq Azərbaycan ərazisindən çıxarılmaq öhdəliyini yerinə yetirməməsi, əraziyə maliyyə dəstəyini davam etdirməsi və ərazi iddialarını müxtəlif məktublarda, bəyanatlarda və çıxışlarda vurğulaması şəraitində prosesin uğursuzluğa düçar olmasına çalışdığı hər kəsə aydındır və bu istiqamətdə manipulyasiyalar əsassızdır. Azərbaycan tərəfi yuxarıda qeyd edilən istiqamətlər üzrə Ermənistan ilə sülh prosesinin təşəbbüskarı kimi bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır, eyni zamanda, danışıqlar prosesində fəal tərəfdir. Ermənistan tərəfi sülhdə maraqlıdırsa, sülh prosesinə maneçilik törədən səylərdən əl çəkməlidir.
Xarici İşlər Nazirliyinin də bəyanatından göründüyü kimi, Azərbaycan regionda sülh, sabitlik və inkişafa sadiqdir. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması təhlükəsiz və sabit Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparmaq və münaqişədən zərər çəkmiş ərazilərdə sakinlərin reinteqrasiyasını həyata keçirməklə yanaşı, bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı əsasda tanıma və hörmət əsasında Ermənistan ilə dövlətlərarası münasibətlərin normallaşdırılması prosesini davam etdirir.
Azərbaycan təxribatlara lazımi cavab verəcək
Azərbaycanın dəfələrlə Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Eyni zamanda, ölkəmiz dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən beynəlxalq nəqliyyat şəbəkəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin yaradılması istiqamətində səylər göstərir. Son aylar ərzində Ermənistan və Azərbaycan arasında birbaşa dialoq da daxil olmaqla təmaslarda dinamikanın artmasına baxmayaraq, Ermənistan, görünür, danışıqların imitasiyasına dair keçmiş təcrübəsinə sadiq qalır və öhdəliklərini vicdanla yerinə yetirmək əvəzinə, tez-tez təxribatlara əl atır, gərginlik yaradır və Azərbaycanla davam edən normallaşma prosesinə xələl gətirir. Bütün bunların fonunda Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarının təhlükəsizliyinə qarşı hər hansı təhdidləri dəf etməkdə qətiyyətlidir. Ona görə də, Ermənistan sülh prosesinə xələl gətirən addımlardan çəkinməlidir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31

