Pirallahı Sənaye Parkında dərman istehsalı zavodu tikiləcək
31.07.2023 [16:58]
“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Pirallahı Sənaye Parkının ərazisində qabaqcıl texnologiyalara əsaslanan, illik istehsal gücü ilkin mərhələdə 35 milyon qutu təşkil edəcək yeni zavod tikiləcək.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında tərəfdaşlıq və birgə iştirak müqaviləsi imzalanıb.
Bununla əlaqədar təşkil edilmiş tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində bu gün ən yüksək zirvədədir. Siyasi əlaqələrin yüksək səviyyədə olması biznes fəaliyyətinin də gücləndirilməsinə möhkəm zəmin yaradır, birgə təşəbbüslər uğurla reallaşdırılır.
Nazir qeyd edib ki, Azərbaycanda əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir infrastrukturun yaradılması mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə əczaçılıq sənayesinin inkişafı məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında bir sıra güzəştlər tətbiq olunur. Azərbaycan İnvestisiya Şirkəti və Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında Pirallahı Sənaye Parkında əczaçılıq məhsulları zavodunun tikilməsi layihəsi reallaşdıqdan sonra ölkədə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq. Zavodda 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumi 100 növ məhsulun istehsalı nəzərdə tutulub. Layihənin ilkin investisiya dəyəri 35 milyon dollar təşkil edir və layihə çərçivəsində 100-dən artıq daimi iş yeri yaradılacaq.
“Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkətinin Direktorlar Şurasının sədri Abidin Gülmüş təmsil etdiyi şirkətin ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edib, dərman istehsalı ilə bağlı həyata keçirilən birgə layihənin xalqlarımızın rifahına töhfə verəcəyinə əminliyini ifadə edib.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov dərman istehsalı zavodunun tikintisi layihəsi barədə məlumat verib, zavodun ölkəmizdə əczaçılıq məhsullarına olan tələbatın ödənilməsi ilə yanaşı, idxaldan asılılığın azaldılmasında əhəmiyyətli olacağını bildirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də xarici investorlar üçün yaradılmış əlverişli normativ-hüquqi baza barədə məlumat veriblər.
Tədbirdə Pirallahı Sənaye Parkında yaradılacaq dərman istehsalı müəssisəsinə dair videoçarx nümayiş olunub.
Sonra AİŞ və “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən, İnvestisiya layihəsi çərçivəsində Türkiyənin GEN İlaç ve Sağlık Ürünleri A.Ş. ilə birgə Pirallahı Sənaye Parkının 7 hektar ərazisində 11 min 500 kvadratmetr sahədən ibarət və illik istehsal gücü ilkin mərhələdə 35 milyon qutu nəzərdə tutulan dərman vasitələrinin istehsalı zavodu yaradılacaq. Perspektivdə dərman vasitələrinin “Made in Azerbaijan” brendi ilə region ölkələrinə də ixracı planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

