Qərəzli olmayın!
03.08.2023 [10:55]
Qərbi Azərbaycan İcması Avropa Parlamentinin 3 nümayəndəsinə etiraz etdi
NARDAR
Ermənistanın “humanitar yardım” şousuna bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri dəstək nümayiş etdirir. ?slində, burada təəccüblü bir şey yoxdur. Çünki Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkərkən də həmin qüvvələr ikili standartlardan çıxış edirdilər. Onlar yenə də öz “ənənələrinə” sadiq qalıblar. Həmin beynəlxalq təşkilatlardan biri də Avropa Parlamentidir.
Belə ki, bugünlərdə Avropa Parlamentinin Cənubi Qafqaz ilə əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand, Ermənistan məsələsi üzrə daimi məruzəçi Andrey Kovaçev və Azərbaycan üzrə daimi məruzəçi Jelyana Zovko Qarabağda guya “ciddi humanitar vəziyyət” ilə bağlı bəyanatla çıxış ediblər. Bəyanatda iddia olunur ki, Azərbaycanın Ağdam vasitəsilə yardım göstərmək təklifi Laçın dəhlizi ilə bağlı öhdəlikləri ilə bağlı deyil və buna əməl edilməlidir. Bəyanat müəllifləri “çağırış” ediblər ki, humanitar yardımın bölgəyə daxil olmasına icazə verilməlidir və guya “girişə istənilən maneə beynəlxalq humanitar hüququn pozulmasıdır”.
AP-nin məqsədi regionda
gərginliyi körükləməkdir
Azərbaycan cəmiyyətində isə beynəlxalq təşkilatların təmsilçiləri bu kimi qərəzli bəyanatlara öz etirazını bildirir. Qərbi Azərbaycan İcması da Avropa Parlamentinin nümayəndələrinin sözügedən bəyanatını qınayıb. İcmanın mətbuat xidmətindən bildirilib ki, Avropa Parlamentində Azərbaycana və azərbaycanlılara qarşı qərəz sistemli xarakter daşıyır və hətta nifrət elementlərini ehtiva edir. Avropa Parlamenti, xüsusilə adları keçən üç deputat Azərbaycan ilə Ermənistan arasında fikir ayrılığı doğuran bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə edib, bəzi hallarda onların tutduğu mövqe Ermənistanın mövqeyindən də radikal olub.
Vurğulanıb ki, Avropa Parlamentinin Ermənistanın yoxlanmamış iddialarını dərhal dəstəkləməsi fonunda onun Ermənistan ərazisində aparılmış etnik təmizləmə nəticəsində orada bir nəfər də olsun azərbaycanlının qalmaması, Azərbaycanın mədəni irsinin yer üzündən silinməsi, yer adlarının kütləvi şəkildə dəyişdirilməsi kimi insanlıq əleyhinə cinayətlərə susması açıq-aşkar qərəzdir. Bütün bunlar onu göstərir ki, Avropa Parlamentinin məqsədi insan haqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülhü təşviq etmək deyil, regionda gərginliyi körükləməkdir. “Biz Avropa Parlamentini qərəzli yanaşmasından əl çəkməyə, Ermənistandan qovulmuş azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri, hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmalarına dəstək verməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.
Bəyanat müəllifləri erməni
lobbisinin əlində alətdir
Araşdırmamız nəticəsində hər üç şəxsin erməni lobbisi ilə sıx əlaqələrinin olduğuna dair faktlarla qarşılaşdıq. Marina Kalyurand estoniyalı siyasətçidir və əvvəllər Estoniyada xarici işlər naziri vəzifəsində çalışıb. Bundan əvvəl isə o, Estoniyanın ABŞ, Rusiya, Meksika, Kanada, Qazaxıstan və İsraildəki səfiri vəzifəsində işləyib. Avropa Parlamentinin Cənubi Qafqaz ilə əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand, həmçinin LGBT Hüquqları üzrə Avropa Parlamentlərarası Qrupunun üzvüdür.
Avropa Parlamentinin Ermənistan məsələsi üzrə daimi məruzəçi Andrey Kovaçev isə Bolqarıstan vətəndaşıdır və AP-da Avropa Xalq Partiyasını (EPP) təmsil edir. EPP-in isə ermənipərəst mövqeyi ötən illərin təcrübəsindən məlumdur.
Azərbaycan üzrə məruzəçi Jelyena Zovkoya gəlincə, o, 2016-cı ildən Avropa Parlamentinin Xorvatiyadan olan deputatı kimi fəaliyyət göstərir. AP-nin hər üç üzvü 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarını azad etdikdən sonra Azərbaycana qarşı bir sıra bəyanatlara imza atan şəxslərdən olublar. Nəzərə alsaq ki, Avropa Parlamenti erməni lobbisinin “ruporuna” çevrilib, hər üç siyasətçinin bu lobbinin əlində alət olduğu aydın şəkildə görünür.
Amma kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və ədalətə əsaslanır. Azərbaycan güclü dövlətdir və bu kimi qərəzli bəyanatlar onun iradəsinə təsir edə bilməz!
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

