Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan bir daha dünyaya göstərir ki...

Azərbaycan bir daha dünyaya göstərir ki...

13.07.2023 [13:51]

Günel ABBAS

İyulun 11-də Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntuları aşkarlamışdı. Məlumata görə, təşkilatın nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək bölgədə faktiki qaçaqmalçılıq fəaliyyəti göstəriblər. Nəticədə zəruri istintaq tədbirləri həyata keçirilənə qədər BQXK-ya məxsus avtomobillərin Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçidi müvəqqəti olaraq dayandırılıb.

Məsələ ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən deputat Arzu Nağıyev bildirib ki, Xankəndi istiqamətində gedən Ermənistan vətəndaşları Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərindən istifadə edilərək qanunsuz yüklər daşıyırlar: “Ermənilər hər bir vasitədən istifadə edərək əraziyə qanunsuz yüklərin daşınmasını davam etdirirlər. Laçında sərhəd buraxılış məntəqəsinin açılması qaçaqmalın, eyni zamanda, qanunsuz hərbi birləşmələrin Azərbaycana keçməsinin qarşısını alan effektiv üsuldur. Buna baxmayaraq humanitar yüklər adı altında daşınmaların həyata keçirilməsi bir daha göstərdi ki, ermənilər hər bir vasitədən istifadə edərək əraziyə qanunsuz yüklərin daşınmasını təmin etməyə çalışır. Bu kimi hallar əvvəl də var idi. Ermənistan vətəndaşları məhz Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərindən istifadə edərək Xankəndinə daşımalar həyata keçirirdi. Heç kim zəmanət verə bilməz ki, uzun müddətdir davam edən qaçaqmalçılıq fəaliyyəti zamanı bu təşkilatın vasitəsilə Azərbaycan ərazisinə Ermənistandan silah-sursat da daşınmayıb. Təbii ki, Azərbaycan Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi bununla bağlı müvafiq qərarlar qəbul edəcək. Əməliyyat-istintaq işləri icra olunacaq”.

A.Nağıyev indiyə kimi humanitar yardımların daşınması adı ilə fəaliyyət göstərən bu qaçaqmalçıların qarşısının hər dəfə alındığını vurğulayıb: “Azərbaycan bu qeyri-qanuni daşımaların üstünü açmaqla bir daha dünyaya göstərir ki, sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya və demarkasiya məsələsinin aparılması, eyni zamanda sərhəd buraxılış məntəqələrinin fəaliyyətə başlaması çox mühüm əhəmiyyət kəsb edir. Bu vaxta qədər fərqli adlar altında həyata keçirilən “humanitar yardımlar”ın daşınmasının altında nələrin yatdığını gördük. Düşünürəm ki, Azərbaycan tərəfi dəqiq qərarlar qəbul edir və edəcək. Azərbaycan öz ərazilərini, suverenliyini qorumaq iqtidarındadır. Hansısa bu cür qeyri-qanuni əməllər ortaya çıxacaqsa, bunun cavabı veriləcək”.

Paylaş:
Baxılıb: 325 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31