“Dənə gəlməyənlər” də oldu
29.07.2023 [13:37]
Murad Köhnəqala
Afrikanın əksər ölkələri Rusiyanın təşkil elədiyi Sankt-Peterburq forumuna qatılmaqdan imtina edib. Bəzi ölkələrin rəhbərliyi isə Moskvanın Qara dəniz boyunca kənd təsərrüfatı məhsullarının tədarükünü təmin edən taxıl sazişindən çıxmaq qərarını tənqid eləyiblər. Rusiyanın bu addımından narazılıq Misir prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən açıq şəkildə bəyan olunub. Keniya hökumətinin yüksək rütbəli rəsmisi isə Rusiyanın “Qara Dəniz sazişi”ni pozmasını quraqlıqdan əziyyət çəkən Afrika ölkələri üçün “arxadan zərbə” adlandırıb.
“Taxıl və gübrə problemi hamını narahat edir”, - Komor adalarının prezidenti, 55 ölkəni əhatə edən Afrika İttifaqının rəhbəri Azali Assoumani Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti-yə müsahibəsində bildirib. O, müsahibəsinə “Bu barədə sammitdə müzakirələr başladacağıq və “Taxıl Razılaşması”nı necə yeniləyə biləcəyimizin yollarını aramaq üçün cənab Putinlə danışıqlar aparacağıq”, - sözlərini də əlavə edib.
Xatırladaq ki, Putin Ukraynanın taxıl və yağlı bitkiləri Qara dənizdəki üç liman - Odessa, Çernomorsk və Cənubi Pivdennı vasitəsilə ixracına imkan yaradan Qara Dəniz “Taxıl Razılaşması”ndan çıxıb. Rusiya Ukraynanın liman obyektlərinə hava zərbələri endirib və dəniz blokadasını bərpa edib. Bununla da ərzaq idxalına ehtiyacı olan, bu marşrutdan qidalanan ölkələri Rusiyadan daha çox asılı vəziyyətə salıb və aclıq riskini artırıb.
Qeyd edək ki, Moskva “Qara Dəniz sazişi”ni dayandırdıqdan sonra ərzaq böhranı yaşayan Afrika qitəsində taxıl məhsullarının qiyməti fəlakətli dərəcədə qalxıb.
Rusiya mediası isə diqqəti sammitdə iştirak edən dövlətlərin sayca az olmasına çəkib. Saytlar yazır ki, Putin birinci Rusiya-Afrika Forumunda 43 Afrika lideri ilə görüşsə də, ikinci toplantıda Afrikadan yalnız 17 lider iştirak edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov tədbirə gələnlərin azalmasının səbəbini ABŞ və onun müttəfiqlərinin “görünməmiş təzyiqləri” ilə əlaqələndirib.
Bəzi ekspertlərin fikrincə, Afrika ölkələrinin passiv iştirakına baxmayaraq bu forum Kreml üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu, Moskvanın hələ də müxtəlif regionlarla əlaqələr saxladığını, beynəlxalq arenada mühüm oyunçu olaraq qaldığını nümayiş etdirməyə imkan verir. Analitiklər hesab edirlər ki, Afrika ölkələrinin nümayəndələri forum zamanı Putini Qara dəniz vasitəsilə taxıl tədarükünü bərpa etməyin zəruriliyinə inandırmağa çalışacaqlar. Bu toplantıdan sonra Moskvanın “Qara Dəniz sazişi”ni yenidən bərpa edəcəyi də gözlənir.
Rusiya rəsmilərinin nikbin çıxışlarına baxmayaraq, bəzi analitiklər Moskvanın Afrikadakı təsirinin get-gedə azaldığını düşünürlər. Məsələn, 2022-ci ilin yekunlarına görə, Rusiyanın qitə ölkələri ilə ticarət dövriyyəsi cəmi 18 milyard dollar təşkil edib. Çinin Afrika ilə ticarət dövriyyəsi isə 282 milyard dollar civarındadır. Bu faktlara baxmayaraq Rusiya prezidenti Vladimir Putin forumda qeyd edib ki, bu ilin birinci yarısında Afrika ilə ticarətin həcmi 35% artıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

