Səfərbər olaraq təbiəti qoruyaq!
22.08.2023 [12:24]
Günel ABBAS
Ətraf mühitin mühafizəsi və ekologiyanın qorunması üçün bütün dünya dövlətləri səfərbər olub və demək olar ki, bütün ölkələrdə BMT-nin Dayanıqlı İnkişaf Konsepsiyasına uyğun olaraq, ətraf mühitin qorunması ilə bağlı xüsusi dövlət proqramları icra edilir. Azərbaycan da bu mənada istisna deyil, dövlət siyasətinin əsas prioritet sahələrindən biri də yaşıllıq ərazilərin çoxaldılması, ekoloji cəhətdən çirklənmiş torpaqların bərpa edilərək yenidən istifadəyə qaytarılması, nəsli kəsilməkdə olan heyvanların qorunması, qoruqların mühafizə sisteminin yaxşılaşdırılması və orada yaşayan heyvanların, flora və faunanın təkmilləşdirilməsidir. Mövcud problemlə bağlı bizi ən çox narahat edən məsələ isə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ekoloji vəziyyətdir. Nəzərə almaq lazımdır ki, otuz ilə yaxın müddətdə Ermənistan tərəfindən nəzarətdə saxlanılan həmin ərazilərdə hərbi cinayətlərlə yanaşı, ekoloji fəlakətlər də törədilib, meşə massivi, demək olar ki, tamamilə məhv edilib, faydalı qazıntılar istismar olunub, relyefə ciddi ziyan vurulub. Hazırda həmin ərazilərdə yenidən meşə massivinin yaradılması və ətraf mühitin əvvəlki vəziyyətə qaytarılması üçün ciddi tədbirlər həyata keçirilməlidir”.
Bu fikirləri “Yeni Azərbaycan”a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Anar Məmmədov bildirib.
Deputat qeyd edib ki, Ermənistan, həmçinin, su hövzələrini çirkləndirib və təəssüf ki, bu gün də Araz çayı, Oxçuçay və digər su hövzələrinə çirkli maddələr və tullantılar axıdırlar: “Həmin çaylar çirklənir və oralarda yaşayan canlılar məhv olur. Bütün bunlara baxmayaraq, biz ətraf mühitin mühafizəsi ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işini gücləndirməyə çalışmalıyıq. Təəssüf ki, son illər, misal üçün, binaların həyətlərində əkilən ağacların suvarılmasında problemlər yaşanır. Bunu mütləq qeyd etmək lazımdır. “Azərsu” bütün növ su istifadəsinə görə sayğac qoşub və ona görə də vətəndaşlar ümumi istifadə üçün nəzərdə tutulan həmin ağacları, adətən, suvarmırlar. Üstəlik, belə ağaclar nə bələdiyyələr, nə də kommunal idarələrin balansında deyil. Nəticə etibarilə, ağacların taleyi xüsusilə yay aylarında çox acınacaqlı olur. Bununla əlaqədar vətəndaşlar, müxtəlif icmalar müvafiq həll yolları düşünsələr də, bu, problem olaraq qalır. Məhz buna görə də biz vətəndaşları ümumi istifadə üçün nəzərdə tutulmuş ağacların suvarılmasında aktiv fəaliyyətə və müxtəlif bitkilərin qorunmasına dəstək olmağa çağırırıq. Həmçinin qeyd etmək yerinə düşər ki, dünyada, eləcə də Azərbaycanda içməli su problemi hər zaman var. Şükürlər olsun ki, torpaqların işğaldan azad edilməsi ilə bu problem müəyyən qədər həllini tapıb. Nəzərə almaq lazımdır ki, Suqovuşan artıq bizim nəzarətimizdədir və bu, istər dənli bitkilərin suvarılması, istərsə də içməli su probleminin müəyyən mənada aradan qaldırmaq gücünə malikdir. Bununla paralel olaraq, Kürdə su qıtlığının mövcudluğu müəyyən fəsadlar törədir. Dövlət bununla bağlı xüsusi konsepsiya və fəaliyyət planı hazırlayıb və hökumətin bu problemi həll edəcəyinə ümid edirik. Ümumilikdə, biz vətəndaş olaraq sudan qənaətlə istifadə etməyə çalışmalıyıq, çünki hər il vəziyyət daha da çətinləşir, içməli su problemi artır. Ona görə də sudan təkrar istifadəyə və daha az itkiyə nail olmaq lazımdır. Bu mənada, vətəndaşları təşviq etmək və maarifləndirmək vacibdir. İstənilən halda, ölkədə ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlər ürəkaçandır. Təki hər birimiz səfərbər olaraq təbiəti bərabər şəkildə qoruyaq”.
Xəbər lenti
Hamısına baxİdman
17 May 10:45
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05

