Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə Rusiyanı müqaviləyə qaytarır...

Türkiyə Rusiyanı müqaviləyə qaytarır...

24.08.2023 [11:23]

P.İSMAYILOV

Ötən ilin yayında bağlanan “Taxıl sazişi” bu ilin iyulunda başa çatıb və Rusiyanın müqavilədən çıxdığını bəyan etməsi ilə məsələlər dalana dirənib. Bir sıra təklfilər irəli sürülsə də. Rusiya indiyə qədər bu təkliflərlə praktiki olaraq razılaşmayıb. Amma son dövrlərdə Türkiyənin yenidən aktiv şəkildə məsələyə diqqət yetirməsi bu problemin həllinə yol aça bilər. Belə ki, Türkiyə və BMT “taxıl sazişi”nə dair təkliflər hazırlayır. RİA “Novosti”nin bununla bağlı yaydığı məlumatda vurğulanır ki, danışıqlar prosesində iştirak edən mənbə bildirib ki, Türkiyə və BMT Rusiya tərəfi üçün “taxıl sazişi”ni bərpa etmək üçün təkliflər hazırlayır, bəzi problemli məsələlər qalır və onlar əsasən bank prosesləri ilə bağlıdır.

Qeyd edək ki, Kreml sövdələşmənin ləğv olunmadığını, dayandırıldığını vurğulamışdı - Rusiya Federasiyası sənədin digər tərəflərin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəyi halda müqaviləyə qayıtmağa hazır olduğunu qeyd etmişdi. BRİCS sammiti ərəfəsində Prezident Vladimir Putin bu tezisi təkrarlayıb. O, Rusiya qarşısında üzərinə öhdəliklər götürən tərəflərin həmin öhdəlikləri reallaşdıracağı təqdirdə ölkəsinin “taxıl sazişi”nə qayıtmağa hazır olduğunu bildirib.

Bu müqavilənin bütün tərəflər, daha çox isə müharibədə iştirak etməyən dövlətlər üçün nə qədər həyati əhəmiyyət daşıdığı ortadadır. Müqavilənin yenilənməsi uğrunda Türkiyənin çabaları isə xüsusi vurğulanmalıdır. Bu ayın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı da bunu bir daha təsdiqləyir.  İki lider “Taxıl sazişi”, eləcə də regional proseslər barədə müzakirələr aparmışdılar. Prezident Ərdoğan Putinlə görüşündə “sülh körpüsü” hesab etdiyi Qara Dəniz Təşəbbüsünün uzun müddət fəaliyyət göstərməməsinin heç kimin xeyrinə olmayacağını vurğulamışdı və hətta danışıqlardan sonra Türkiyənin alternativ yollar təklif etməsi də bəlli olmuşdu. Məsələn, Prezident Rəcəb Tayib Ərdoğan açıqlamasında Türkiyənin Qara dənizlə Rusiyadan aldığı taxılı una çevirəcəyini və Afrika ölkələrinə göndərəcəyini bildirmişdi. O, Türkiyənin Afrika ölkələrinə taxılın az çatması məsələsində Rusiya ilə eyni mövqedə olduğunu demişdi: “Biz Rusiya ilə eyni tərəfdəyik. Rusiyanın Qara dəniz dəhlizi ilə göndərdiyi taxılı biz üyüdüb un edəcək, daha sonra onu Afrikanın kasıb ölkələrinə, inkişaf etməkdə olan ölkələrə göndərəcəyik”.

Qeyd edək ki, Ərdoğan Rusiya taxılını una çevirərək Afrika ölkələrinə göndərmək təklifini ilk dəfə bu ilin yanvar ayında irəli sürüb. Hətta həmin dövrdə taxılın daha çox inkişaf etmiş ölkələr tərəfindən alınması əsaslı narazılıq yaratmışdı və bu da dünya bazarında çörəyin qiymətinin artmasına yol açmışdı. Beləliklə, Türkiyə yenidən özünün qlobal lider simasını və nüfuzunu ortaya qoyur, çıxış yolu müəyyənləşdirir və ehtiyacı olan ölkələrin nicatına çevrilir.

Paylaş:
Baxılıb: 490 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31