Beşinci köç...
12.09.2023 [10:35]
Füzulidə məskunlaşanların sayı 441 oldu!
Y.BAYRAMOVA
Doğma torpaqlarımız düşmənin pəncələrindən artıq üç ilə yaxındır ki, azad olunub. Vətəndaşlarımız yavaş-yavaş 30 il əvvəl gözü yaşlı çıxdıqları dədə-baba torpaqlarına bu gün sevinc hissi ilə qayıdır. Qarabağda, sözün əsl mənasında həyat yenidən canlanıb. Görülən işlər, aparılan islahatlar bu gün özünü büruzə verir. Doğma torpaqlarımızın yenidən canlanması uzunmüddətli, lakin şərəfli bir yoldur. Ölkə başçımız üçün Qarabağdakı əhalinin hüquqlarını qorumaq və ərazi bütövlüyünü təmin etmək hər zaman prioritet olub. Qarabağ bölgəsində həyata keçirilən bərpa-quruculuq işləri regionda sabitliyin və inkişafın qorunmasına mühüm zəmin yaradır. Yeni sağlamlıq mərkəzləri, təhsil ocaqları, sosial təminat müəssisələri inşa edilir.
Dünən Füzuliyə növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 92 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 119 ailənin, yəni 441 nəfərin daimi məskunlaşması təmin edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Füzulilər bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.
Sevincimizin həddi-hüdudu yoxdur...
Füzuliyə qayıdan keçmiş məcburi köçkün Elnarə Həsənova təəssüratlarını bölüşüb: “Çox xoşbəxtik, sevincimizin həddi-hüdudu yoxdur. Çünki doğulduğumuz el-obamıza qayıdırıq. Bu gün Füzuli sakinlərinin otuzillik arzularının reallaşdığı gündür. Düzdür, yurd həsrəti ilə dünyadan köçən yaxınlarımız da oldu, amma bu gün onların ruhu şaddır.
Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda çoxlu şəhidlər vermişik, sağlamlıqlarını itirənlər olub, onların haqqı ödənməz. Şəhidlərimizin, qazilərimizin sayəsində torpaqlarımızda azad və firavan yaşayacağıq”.
E.Həsənova həm məcburi köçkünlük dövründə, həm də hazırkı vaxtda onlara yaradılan şəraitə görə Prezident İlham Əliyeva və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Çətin günlər geridə qaldı
Digər sakin Fəridə Əliyeva bildirib ki, bu gün 30 illik ayrılıqdan sonra öz yurdlarına qayıdan füzulililərin ən xoş günüdür: “Çünki bu gün yurd həsrəti sona çatır. Ermənilərin təcavüzü nəticəsində 37 yaşımda üç uşaqla Füzulidən köçməyə məcbur qalmışdıq. Çox çətin və məşəqqətli günlər idi. Sevinirik ki, həmin çətin günlər geridə qaldı, hazırkı vəziyyəti sözlə ifadə etmək çətindir”.
O, bildirib ki, Azərbaycan Ordusunun tarixi Qələbəsi hər zaman yaddaşlarda qalacaq, gələcək nəsillər tərəfindən fəxarətlə xatırlanacaq: “Biz xoşbəxtik ki, bu tarixin bir hissəsiyik və bundan sonra doğma yurdda - işğaldan azad edilmiş yerlərdə yaşayacağıq. Arzu edirəm ki, azad Azərbaycanın bayrağı hər zaman yüksəklərdə dalğalansın, düşmənlərimiz də baxıb xar olsunlar”.
Qeyd edək ki, bu, Füzuliyə beşinci köç karvanıdır. İlk köç avqustun 18-də baş tutub. Bu mərhələdə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailə - 90 nəfər doğma yurduna qayıdıb. Avqustun 21-də 24 ailə (68 nəfər), avqustun 22-də 23 ailə (89 nəfər), sentyabrın 7-də 25 ailə (102 nəfər) dədə-baba torpaqlarına qovuşub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34

