Taylı tayını tapar...
29.02.2024 [10:30]
Paşinyanın “Ermənistan KTMT-də üzvlüyünü dondurub” deməsi zamanında “AXC-Müsavat” iqtidarının təmsilçilərinin vəzifələrini “dondurmalarını” yada salır
Məğlub Ermənistanın lideri, baş nazir Nikol Paşinyan siyasətdə Don Kixotluğunu davam etdirir. Bu günlərdə ondan növbəti əcaib-qəraib açıqlama gəldi. Baş nazir özüsayağı populizm nümunəsi ortaya qoyaraq ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü “dondurduğunu” ərz etdi. Ermənistan lideri bu absurd açıqlaması ilə yerli və xarici mediada, siyasi çevrələrdə həm rişxənd obyektinə, həm də sərt qınaq hədəfinə çevrildi. Həqiqətən də, özünü müstəqil dövlət adlandıran Ermənistanın rəhbərinin ölkəsinin regional təşkilatda qalıb-qalmamasına birmənalı münasibət bildirmək əvəzinə, heç bir məna yükü daşımayan, həmçinin beynəlxalq siyasi terminalogiyaya yad olan “üzvlüyün dondurulması” ifadəsini işlətməsi onun tutduğu vəzifənin ranqı ilə bir araya sığmır və gülüş doğurur. Bu, eyni zamanda, baş nazirin siyasi savadsızlığının, beynəlxalq münasibətlər sistemindən bixəbər olmasının göstəricisidir. Yeri gəlmişkən, KTMT-də lokomativ qismində çıxış edən Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov dərhal N.Paşinyanın, necə deyərlər, ağzından vurdu. O bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyün “dondurulması” rejimi mövcud deyil. Sitat: “Müvafiq sənədlərə baxsaq görərik ki, KTMT-nin planında belə rejim mövcud deyil. Təmas saxlayacağıq, aydınlaşdıracağıq”, -deyə Peskov jurnalistlərə bildirib. O əlavə edib ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı mövqeyi də hələ aydın deyil.
Göründüyü kimi, Ermənistan lideri öz ampluasındadır. O, yenə də bir ayağını iki başmağa qoymağa və yaxud eyni zamanda iki çətir altına sığınmağa çalışır. Bir tərəfdən, N.Paşinyan KTMT və bütün parametrlər baxımından asılı olduğu Rusiyadan birdəfəlik qopmağın fəsadlarını göz önünə gətirir və ölkəsinin regional təşkilatda üzvlüyünə xitam verməsini açıq mətnlə dilə gətirməyə özündə cəsarət tapmır. Digər tərəfdən isə özünü onu rəngli inqilab dalğasında hakimiyyətə gətirmiş Qərbin Cənubi Qafqaz coğrafiyasında maraqlarının təmin olunması ssenarisində yer alan kimi göstərmək məcburiyyətindədir. Necə deyərlər, yuxarı tüpürür bığ, aşağı tüpürür saqqaldır. Belə loyallıq və fürsətcillik isə əsl erməni xislətidir ki, var!
Ermənistan liderinin məlum açıqlaması zamanında AXC-”Müsavat” iqtidarının təmsilçilərinin hakimiyyətdən qovularkən işlətdikləri “biz vəzifəmizi dondurmuşuq” ifadəsini xatırladır. AXC-”Müsavat” iqtidarının siyasi korafəhmliyinin Azərbaycana hansı müsibətlər hesabına başa gəldiyi hələ də yaddaşlardan siliməyib. Bu iqtidar cəmi birillik hakimiyyəti dövründə ölkəni vətəndaş qarşıdurması, iqtisadi tənəzzül, sosial gərginlik həddinə gətirdi. Torpaqlarımız işğal altına düşdü, müstəqilliyimizin itirilməsi təhlükəsi yarandı. Məğlub Ermənistanın indiki lideri N.Paşinyan da məhz “AXC-Müsavat” iqtidarının təmsilçiləri ilə assosiasiya olunur. Oxşar diletantlıq, oxşar siyasi iradəsizlik, siyasətdə oxşar qeyri-ardıcıllıq. Zamanında “AXC-Müsavat” iqtidarının təmsilçilərinin “vəzifələrin dondurlması”, aradan təxminən otuz il vaxt ötəndən sonra isə N.Paşinyanın “üzvlüyün dondurlması” ifadələrini işlətmələri onların hətta siyasi leksikonlarının da tam üst-üstə düşdüyünü təsdiqləyir.
Daha bir məqama diqqət yetirək. Söhbət ölkəmizdəki redikül müxalifət düşərgəsində yer alan bəlli simaların - siyahıda Əli Kərimlinin, Cəmil Həsənlinin, filankəs O. qızının, Qənimət Zahidin, Tofiq Yaqublunun, İlqar Məmmədovun, Gültəkin Hacıbəylinin və digərlərinin adlarını çəkə bilərik - son dönəmlərdə sosial şəbəkələr üzərindən idarə olunan “Biz hamımız Paşinyanıq” kampaniyasında yer almalarından gedir. Bir daha xatırladırıq ki, Nikol Paşinyan Qərb dairələrinin layihəsi əsasında Ermənistanda hakimiyyətə gətirilib. Azərbaycanda redikül müxalifət düşərgəsində “lövbər” salan bəlli simiların da maliyyə qaynaqları N.Paşinyanı dəstəkləyən Qərb dairələrinə bağlanır. Hazırda həmin dairələr üçün ölkə daxilində nüfuzunu itirən, Rusiyanın təzyiqləri ilə üzləşən N.Paşinyanın müdafiəsi, onun imicinin yüksəldilməsi çox vacibdir. Qərb dairələri N.Paşinyanın müdafiəsinə hesablanan sifarişlərini həm də Azərbaycandakı redikül müxalifət düşərgəsinə ötürüb. Sonuncular isə yenə də milli xəyanət yolu tutaraq azərbaycanafob dairələrin xorunda yer almağı özlərinə rəva görürlər. Faktlara keçək. Özünü radikal düşərgənin “lideri” adlandıran AXCP sədri Əli Kərimlinin Ermənistan və N.Paşinyan “demokratiyasına”, eləcə də bu ölkənin böyük “bacısı” Fransaya sevgisi bitib tükənməzdir. O vaxtaşırı qüsurlu müqayisələr aparaq belə deyir: “Bizimlə düşmən olan ölkə elə seçkilər keçirir ki, onun nəticələri seçki qutularında müəyyənləşir”. Əli Kərimlinin yalan danışdığı, xaricdəki bəlli dairələrə quyruq buladığı ortadadır. N.Paşinyanın seçkilərdən saxtakarlıqla qalib çıxdığını və hakimiyyətini də polis dəyənəyi ilə qoruduğunu Ermənistan cəmiyyətinin özü etiraf edir. Yayılan videolarda hərbçilərin əvvəlcədən hazırlanmış bülletenləri qutulara atdıqları aydın görünür.
“Biz hamımız Paşinyanıq”təbliğatında xüsusi canfəşanlığı ilə fərqlənən simalaradan biri də Əli Kərimlinin çiyindaşı Cəmil Həsənlidir. Buqələmun kimi cilddən-cildə girən tarixçi alim yaşına və başına məhəl qoymadan belə yazır: “Nikol Paşinyan çox təmiz adamdır. Paşinyanın ailəsi də çox təmiz ailədir”. Əslində, bu ifadə C.Həsənliyə məxsus deyil. O, sadəcə, plagiatlıq edərək N.Paşinyanın qohumlarından birinin ifadə etdiyi bu sözlərin altından öz imzasını qoyub. N.Paşinyanın və ailəsinin “aydan arı, sudan duru” olmasına gəldikdə isə C.Həsənliyə aşağıdakı zəruri xatırlatmaları etmək istərdik: N.Paşinyanın ailəsinin silah, siqaret, qiymətli daş-qaş alveri ilə məşğul olması haqqında Ermənistan mətbuatında işıqlandırılan faktlar indiyədək hakim ailə tərəfindən təkzib olunmayıb. Sən demə, bu ailə əzəldən qaçaqmalçılıqla məşğul olurmuş.
Okeanın o tayında “lövbər” salan filankəs o. qızını da əsl erməni sevdalısı kimi təqdim edə bilərik. Daha doğrusu, onun özü özünü bu cür təqdim edir. Azərbaycanın çörək verib böyütdüyü bu simasız sima belə deyir: “Kaş bizim prezidentimiz Paşinyan olardı”. Filankəs o. qızı kimin, nəyin nostaljisi ilə yaşadığının fərqindədirmi, görəsən? N.Paşinyan ölkəsini dalana salan, siyasi iradəsi, diplomatik bacarığı olmayan, auditoriyalar qarşısında tez-tez çaşıb gülüş hədəfinə çevrilən, mövqeyini dəyişən, yalanlar danışan bir “liderdir”. Aldığı təlimatlar və paralar filankəs o qızının gözünü o qədərmi örtüb ki, o, belə bir avantüristi Azərbaycanın rəhbərliyində görmək istəyir?!
“Biz hamımız Paşinyanıq” təbliğat-müdafiə kampaniyasında yer alanlardan biri də qondarma Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylidir. O, sosial şəbəkə statusunda yazıb: “Paşinyan ermənidir, təbii ki, ilk öncə öz millətinin maraqlarından çıxış edir. Ancaq bizim bəxtimiz gətirib ki, hazırda Ermənistana erməni millətinin çıxarlarını düzgün hesablayan, Ermənistanı Rusiyanın əsarətindən qoparıb Qərbə, Avrointeqrasiya istiqamətində aparmaq, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq istəyən siyasətçi rəhbərlik edir. Paşinyan hətta daha irəli gedərək Ermənistan Konstitusiyasında Türkiyəyə və Azərbaycana qarşı ərazi iddialarının mövcudluğuna publik etiraz etmək cəsarətini özündə tapıb”.
Gültəkin Hacıbəylinin bədnam statusunda yer alan belə absurd fikirlər çoxdur. Gültəkin Hacıbəyliyə xatırlatmaq istərdik ki, Nikol Paşinyanın onu vəcdə gətirən etirafları məğlub ölkənin liderinin özünə bəraət qazandırmaq, ermənilər qarşısında günahlarını yumaq və nifrət dalğasını bəhanələrlə səngitmək cəhdindən başqa bir şey deyil. Görəsən, Gültəkin Hacıbəyli və xorda yer alan digərləri nə üçün anlamaq istəmirlər ki, Ermənistan liderinin bəhs olunan etirafları dilə gətirməkdən başqa çıxış yolu yoxdur. O, 44 günlük müharibədəki sarsıdıcı məğlubiyyətin, ordunun döyüş qabiliyyətinin aşağı olmasının izahını verməlidir. Obyektiv izahat olmayan yerdə N.Paşinyan kimi siyasətçilər demaqoqiyaya üstünlük verirlər. Nikol Paşinyana hayıl-mayıl olan Gültəkin Hacıbəyli onun müharibədən əvvəl keçmiş Dağlıq Qarabağ münaqişəsi, Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı radikal çıxışlarını nə tez unudub?
Sadalanan faktlar, aparılan paralellər Azərbaycanın məşhur “Taylı tayını tapar” zərb-məsəlini yada salır. Paşinyanla Azərbaycandakı redikül müxalifət düşərgəsinin təmsilçiləri korafəhmlik, siyasi səbatsızlıq baxımından necə də bir-birlərinə oxşayırlar, İlahi!
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

