Rediküllərin xəyanət serialının AŞPA bölümü...
02.03.2024 [10:30]
Kərimli hər zaman olduğu kimi milli maraqlarımıza qarşıdır
Redikül müxalifətin maraqlı bir azarı var - xalqdan heç bir dəstək ala bilməyən rediküllər kimlərinsə “cibində yaşamağa”, kimlərinsə “çətirinə sığınmağa”, kimlərinsə “rənginə bürünməyə” ikiəlli hazırdırlar. Xüsusilə AXCP sədri Əli Kərimli ötən illər ərzində Azərbaycana qarşı “cəbhə açan”, milli maraqlarımıza qarşı “səlib yürüşü” keçirən, ermənipərəst, Azərbaycanafob mövqe nümayiş etdirən dairələrin xidmətində, qulluğunda dayanıb, onların əlaltısına çevrilib. Misallar onlarla, bəlkə də yüzlərlədir. Ötən dövr ərzində Azərbaycanın milli maraqlarını hədəf alan bütün “planlar”ın “dəstəkçisi” məhz Əli Kərimli olub. Bir ucu Qərbin “maliyyə institutları”, bir ucu Soros fondu deyibən bütün qapıların kandarını yağır edən Kərimli üçün əsas olan maddiyyatdır - xalq və ya dövlət anlayışı isə bu şəxsin nitqində, “siyasi karyerasında” xəyanətini daha “effektiv hala” gətirmək üçün lift və ya tramplin rolunu oynayır. Onun üçün qazanacağı pul və ya əldə edəcəyi maddi gəlir dövlətinin və ya xalqının mənafeyindən qat-qat üstündür.
Əli ətəyindən uzun redikülçü bu dəfə də ənənəsinə xilaf çıxmayıb. Məlumdur ki, son aylarda Qərbdə, xüsusilə Avropanın bəzi siyasi təsisatlarında aktiv anti-Azərbaycan kampaniyaları başladılıb. Bunun səbəbi isə Azərbaycanın öz milli maraqlarına istinad edərək regionda yeni siyasi-iqtisadi, hərbi reallıqlar formalaşdırmasıdır. Yaranmış bu situasiya isə başda Fransa olmaqla ermənipərəst mənafenin himayəçilərin Azərbaycanı bu və ya digər şəkildə hədəfə alması ilə nəticələnir. Azərbaycana qarşı aparılan haqsız və beynəlxalq hüquqa zidd bu kimi kampaniyaları ciddi şəkildə “izləyən” Kərimli Avropa Şurası Parlamentlərarası Assambleyanın ermənipərəst qərarından “kərim ummağa” çalışır. Bəlli olduğu kimi, son dövrlərdə daha çox “Makronun adamı” kimi anılmaq istəyən Kərimli artıq istiqaməti AŞPA-ya tərəf çevirmək niyyətinə düşüb. Özünü Avropa Şurasının “sözçüsü” hesab edən sözdə “siyasətçi” hesab edir ki, anti-Azərbaycan kampaniyası başlatmış quruma lazım olan “əlaltı” məhz özüdür. Bu səbəbdən də əlini, qolunu çırmayıb başlayıb AŞPA-nı “savunmağa”. Kərimli bu qurumun anti-Azərbaycan mövqeyini sosial şəbəkələrdə təbliğ etmək üçün dəridən-qabıqdan çıxır. Sanır ki, bunun üçün ona babat qonorar yazılacaq.
Göründüyü kimi, Kərimli özünün “xəyanət serialının” növbəti bölümünün ştrixlərini məhz AŞPA üzərində qurmağa başlayıb. Ən maraqlısı isə odur ki, Avropanın bir neçə ölkəsi, hətta aparıcı beynəlxalq təşkilatları belə sübutla, arqumentlə və faktla AŞPA-ya beynəlxalq hüququ pozduğunu söyləyir, konvensiyalardan misallar gətirir, həqiqətin üzərinə işıq tutur. Avropanın tanınmış siyasətçiləri AŞPA-nı bu qərəzli davranışdan əl çəkməyə, dolayısı ilə ermənipərəst siyasətin “başını buraxmağa”, Cənubi Qafqazda sülhə və sabitliyə, əməkdaşlığa hədəflənmiş yeni reallıqları qəbul etməyə çağırır. Yəni hətta Avropanın aparıcı dövlətləri və parlamentlərinin nümayəndə heyətləri də etiraf edirlər ki, AŞPA özünün korporativ maraqlarından çıxış edərək Azərbaycana qarşı haqsız mövqe nümayiş etdirir. Amma...
Kərimli isə “fərqli düşünür”. Daha doğrusu, pul xatirinə baş verənləri ermənipərəst mətbəxlərdə hazırlanan tezislər üzərindən “izah etmək” cəhdi göstərir. Bu fakt özlüyündə onun nə qədər “milli”, nə qədər “azərbaycanlı” olduğunun göstəricisidir.
Bəli, bu fakt ilk deyil, son da olmayacaq. Bu dəfə də fərqli heç nə olmadı - “siyasi mövqeyini” piştaxta arxasında alver predmetinə çevirən, hər pul verəninin “işlətdiyinə” çevrilən, nəhayət, Azərbaycan dölətinə və xalqına qarşı düşmən olanların “adamı” olmaq üçün əl-pəncə dayanan Əli Kərimlinin iç üzü bir daha cəmiyyətə təqdim olundu. Onun siyasi mahiyyəti isə xəyanət, satqınlıq və xainliklə paralel assosasiya edilir...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

