Görməni əngəlləyən xəstəlik...
06.03.2024 [11:00]
Ümumdünya Qlaukoma ilə Mübarizə Günüdür
Məlumdur ki, xarici mühitdəki informasiyanı 90 faiz gözlərimizlə alırıq. Ona görə də görmənin aşağı düşməsinə və itirilməsinə gətirib çıxaran bəzi xəstəliklər insanın həyatının dəyişməsinə və əmək qabiliyyətinin itməsinə səbəb olur. Bu xəstəliklər arasında qlaukoma əsas yer tutur.
Xəstəliyə bütün yaş dövrlərində, əsasən də orta və yaşlı nəsil insanlarda rast gəlinir. Statistik göstəricilərə əsasən, yer üzündə yaşayan insanların 2-3 faizi qlaukomadan əziyyət çəkir. Lakin həmin insanların yalnız yarısının öz xəstəliyi haqda məlumatı var.
“Qara su”...
Gözün xroniki proqressivləşən xəstəliyi olan Qlaukomaya el arasında “Qara su” xəstəliyi də deyirlər. Xəstəlik göz daxili təzyiqin qalxması ilə müşayiət olunur, görmə sinirini zədələyir və görmənin geridönməz şəkildə aşağı düşməsinə və itməsinə səbəb olur.
Müalicəyə çətin tabe olur...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan oftalmoloq Gündüz Abbasov bildirib ki, xəstəlik əvvəlcə simptomsuz başlasa da, vaxtında müalicəsi aparılmayanda görmə dairəsi tədricən daralır, getdikcə gözün nuru zəifləyir və korluğa aparıb çıxarır: “Qlaukoma 60-dan artıq patologiya nəticəsində yaranır. Xəstəliyə bütün yaş dövrlərində rast gəlinsə də, daha çox 40 yaşdan yuxarı insanlar qlaukomadan əziyyət çəkir. Mürəkkəblik ondadır ki, qlaukoma yalnız yüksək dərəcədə inkişaf edəndən sonra üzə çıxır və müalicəyə çətin tabe olur. Beynəlxalq miqyasda Qlaukoma ilə Mübarizə Gününün qeyd olunması həm də xəstəliyin yaranması, risk amilləri, profilaktikası və diaqnozu barədə ictimaiyyətin maariflənməsinə xidmət edir.
Qlaukomanın vaxtında aparılan müalicəsi yalnız gözdaxili təzyiqi endirən damcıların tökülməsindən ibarətdir. Xəstəliyin daha ağır hallarında isə lazer cərrahiyyəsinə və ya operativ müdaxiləyə üstünlük verilir. Bütün hallarda müalicə forması xəstəliyin tipi, dərəcəsi və xəstənin yaşı nəzərə alınaraq aparılır. Müasir texnologiyalar müalicə prosesini maksimum dərəcədə təhlükəsiz və uğurla aparmağa imkan verir, hətta əksər hallarda onun müalicəsi üçün stasionar şəraitdə qalmaq tələb olunmur”.
Erkən diaqnoz vacibdir
Oftalmoloq qeyd edib ki, statistikaya görə, hazırda dünyada 80-90 milyon Qlaukoma xəstəsi var: “Qlaukoma nəticəsində görməsini itirmiş gözün yenidən görməsini bərpa etmək, təəssüf ki, mümkün olmur. Buna görə də korluğa səbəb olan xəstəliklərin önündə gələn Qlaukomaya erkən qoyulan diaqnoz mövcud görmənin qorunub saxlanması və zədələnməmiş sinir liflərinin yaşaması üçün çox önəmlidir. Bir sözlə, erkən diaqnoz insanı kor olmaqdan xilas edər. Müalicəsi mümkün olan xəstələrin korluğunu dərmanlarla və ya əməliyyatla əngəlləmək olar”.
Qeyd edək ki, bu gün dünyanın bir sıra ölkələrində Ümumdünya Qlaukoma ilə Mübarizə Günü kimi qeyd olunur. Qlaukoma ilə Mübarizə Günü 2008-ci ildən Ümumdünya Qlaukoma Cəmiyyətləri və Ümumdünya Qlaukomalı Xəstələr Assosiasiyalarının təşəbbüsü ilə martın 6-da keçirilir.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

