Boliviyada dövlət çevrilişinə cəhd...
28.06.2024 [10:50]
Luis Arse ölkəsində belə bir halın təkrarlanmasına imkan verilməyəcəyini bəyan edib
N.BAYRAMLI
İyunun 26-da gecə saatlarında Boliviyada hərbi çevrilişə cəhd olub. Həmin gün ölkənin faktiki paytaxtı La-Pas şəhərində hərbçilər hökumət binasını mühasirəyə alıblar. Çevriliş cəhdinə iyunun 25-də ordu komandanı vəzifəsindən azad edilmiş general Xuan Xose Zuniqa başçılıq edib.
Boliviya prezidenti Luis Arse isə hərbçilərin hakimiyyəti ələ keçirməsinə icazə verilməyəcəyini bildirib: “Çevriliş cəhdlərinə və demokratiyamıza zərər vurmaq cəhdlərinə müqavimət göstərməkdə qəti qərarlıyıq”. Ölkə rəhbəri Boliviya vətəndaşları demokratiyanı müdafiə etməyə çağırıb. Boliviya Xarici İşlər Nazirliyi isə beynəlxalq ictimaiyyəti davam edən hadisələr fonunda Prezident Arse hökumətini müdafiə etməyə səsləyib.
Lakin çevriliş cəhdi uğursuz olub, iyun 27-də səhər saatlarında çevrilişin qarşısı alınıb. Dövlət çevrilişinə rəhbərlik edən general Xuan Xose Zuniqa isə saxlanılıb. General Zuniqa polis əməkdaşlarının müşayiəti ilə Baş Qərargahın binasından poli? maşın??a mindirilərək prokurorluğa aparılıb.
Ölkənin daxili işlər naziri Karlos del Kastilyo isə dövlət çevrilişinə cəhddə 9 nəfərin yaralandığını bildirib: “Təəssüf ki, doqquz yaralı haqqında məlumatımız var. Digər xəstəxanalarda da qurbanların olub-olmadığını bilmirik”.
Çevriliş cəhdinin qarşısının alınmasından sonra xalqa müraciət edən Prezident Luis Arse bildirib ki, ölkəsində əsla belə bir halın təkrarlanmasına imkan verilməyəcək: “Bütün çevriliş cəhdlərini məğlub edəcəyik. Onların etdikləri ölkənin beynəlxalq imicinə xələl gətirməkdir. Bu gün beynəlxalq ictimaiyyət və Boliviya xalqı dövlət çevrilişinə cəhdin şahidi oldu. Biz komandamız və nazirlərimizlə demokratiyamızı təhdid edən çevriliş cəhdlərinə qarşı mübarizə aparmaq üçün buradayıq. Heç kim qazandığımız demokratiyanı əlimizdən ala bilməz. Boliviya xalqı bizim demokratiya çağırışımızı cavabsız qoymadı və birlikdə buna qarşı çıxdı. Biz imkan verə bilmərik ki, belə çevriliş cəhdləri bir daha baş versin. Yaşasın demokratiya, rədd olsun çevrilişlər!”.
Boliviya ordusunun yeni Baş Qərargah rəisi təyin olunan Sançes isə küçə və meydanlarda olan bütün
hərbçilərə öz hərbi hissələrinə qayıtmalarını əmr edib: “Biz bu gün böyük bir məsuliyyət altına girdik. Belə bir vəzifəyə layiq görülməkdən qürur duyuram. Bizə güvəndikləri üçün prezidentə və müdafiə nazirinə təşəkkür edirik. Heç kimin görmədiyi görüntülərlə qarşılaşırıq. Ordunun yeni komandanı olaraq, hər hansı bir çevrilişə cəhdə imkan verməyəcəyimizi hər kəsin bilməsini istəyirəm”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21

