Polşanın yeni dövlət başçısı kimdir?
03.06.2025 [09:21]
Karol Navrotski Tramp administrasiyası ilə əlaqələrin gücləndirilməsinin tərəfdarıdır
Polşada iyunun 1-də keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən müxalif Hüquq və Ədalət Partiyasının namizədi, Milli Yaddaş İnstitutunun rəhbəri Karol Navrotski qalib gəlib. Polşa Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident seçkilərinin ikinci turunda bülletenlərin 100 faizinin hesablanmasından sonra Karol Navrotski 50,89 faiz səslə dövlət başçısı seçilib. Onun rəqibi, hakim koalisiyanın dəstəklədiyi Varşava meri Rafal Tşaskovski isə 49,11 faiz səs toplayıb.
Xatırladaq ki, seçkilərin birinci turu mayın 18-də keçirilmişdi. Prezidentlik uğrunda 13 namizəd mübarizə aparsa da, ikinci tura ən güclü namizədlər olan Navrotski və Trzaskovski qalmışdı. Birinci turda Varşava meri Rafal Trzaskovski kiçik fərqlə müxalifət olan rəqibi Navrotskidən öndə idi. Lakin ikinci tur müxalif “Hüquq və Ədalət” partiyasının namizədinin qələbəsi ilə yekunlaşdı.
Rusiya yeni prezidenti axtarışa verib?
Bəs Polşanın yeni dövlət başçısı kimdir? Qeyd edək ki, Karol Navrotski 3 mart 1983-cü ildə Qdansk şəhərində anadan olub. Gəncliyində futbol və boksla məşğul olub. O, “Ex Siedlce” və “KKS Gedania” futbol komandalarında oynayıb. 2004-cü ildə Polşa Kuboku uğrunda Zonal Boks Turnirində birinci yeri qazanıb. 2003-cü ildə doğma şəhərində Ali Biznes və İdarəetmə Məktəbini, 2008-ci ildə isə Qdansk Universitetinin Tarix İnstitutunu bitirib. Karol Navrotski tarixçi kimi Polşada anti-kommunist müqaviməti mövzusunu araşdırıb. 2013-cü ildə tarix üzrə humanitar elmlər doktoru elmi dərəcəsi alıb, dissertasiyasının mövzusu “1976 - 1989-cu illərdə Elblag Voyevodalığında kommunist hökumətinə qarşı sosial müqavimət” olub.
K.Navrotski 2021-ci ildə Milli Yaddaş İnstitutunun rəhbəri seçilib. Həmin il o, Polşanın tarixi və tarixi haqqında həqiqətlərin sənədləşdirilməsindəki xidmətlərinə görə gümüş “Xidmət Xaçı” ordeni ilə təltif edilib. 2024-cü ildə isə Polşada “Qırmızı Ordu”nun abidələrinin sökülməsində iştirak etdiyinə görə Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.
Navrotski katolik dəyərləri və milli kimliyi müdafiə edən bir siyasətçidir. Onun siyasi xətti daha çox dövlət suverenliyinə, ənənəvi ailə modelinə və Avropa İttifaqının daxili siyasətinə qarşı ehtiyatlı münasibətə əsaslanır. Navrotski Brüsselin Polşaya hüquqi və ideoloji diktə etməsinə qarşı çıxır və milli qanunların Avropa hüququndan üstün olduğunu bildirir. Eyni zamanda, K.Navrotski ABŞ Prezidenti Donald Trampa və onun siyasi fəlsəfəsinə müsbət yanaşır. O, hələ Trampın birinci hakimiyyəti dövründə ABŞ-Polşa münasibətlərinin zirvə yaşadığını qeyd edir və bu xəttin davam etdirilməsinin tərəfdarıdır. Hərbi sahədə ABŞ-la əməkdaşlığı gücləndirməyi və NATO çərçivəsində birbaşa Amerikanın dəstəyinə söykənməyi prioritet hesab edir.
Navrotskinin Ukrayna ilə bağlı mövqeyi...
Ukrayna məsələsinə gəlincə, K.Navrotski daha çox milli təhlükəsizlik və sərhəd müdafiəsi prizmasından yanaşır. Onun fikrincə, Polşanın şərq sərhədləri Rusiyanın işğal siyasəti fonunda təhlükə altındadır və bu səbəbdən Ukraynaya hərbi və texniki dəstək artırılmalıdır. Bununla yanaşı, Navrotski Ukraynadan gələn qaçqınlarla bağlı siyasətin sərtləşdirilməsini, onlara yalnız müvəqqəti qoruma rejimi çərçivəsində yardım göstərilməsini zəruri hesab edir. Yeni dövlət başçısı Ukraynaya edilən yardımın Polşanın strateji maraqları ilə şərtləndirilməsinin tərəfdarıdır. Navrotski hesab edir ki, Polşanın ABŞ-la müdafiə sahəsində əməkdaşlığı Ukraynaya yardımla paralel aparılmalı və Polşanın öz təhlükəsizlik maraqları ön planda saxlanmalıdır.
Sağçılar Baş nazir Donald Tuskun istefasını tələb edir
Yeri gəlmişkən, Polşada prezident seçkilərinin ikinci turunda müxalif Hüquq və Ədalət Partiyasının namizədi Karol Navrotskinin qələbəsindən sonra sağçılar Baş nazir Donald Tuskun istefasını tələb edirlər. Bu tələbi ilk səsləndirənlərdən biri Hüquq və Ədalət Partiyasının Seymdəki (parlamentin aşağı palatası) nümayəndəsi Anjey Slivka olub. Deputatın sözlərinə görə, seçkilərdə Karol Navrotskinin əsas rəqibi Varşavanın meri Rafal Tşaskovski deyil, Donald Tusk olub. “Rafal Tşaskovski Donald Tuskun göstərişlərinin icraçısıdır və Tusk uduzub”, - deyə Anjey Slivka bildirib. Onun fikrincə, Karol Navrotskinin qələbəsi “hökumət üçün qırmızı vərəqə”dir.
Polşanın Baş naziri Donald Tusk isə bu həftə öz kabinetinə etimadsızlıq votumunu Seymə təqdim edəcək. Bildirilir ki, Tuskun təşəbbüsünün əsas məqsədi növbədənkənar parlament seçkilərinin elanı ilə bağlı bütün şayiələri dayandırmaqdır. Nazirlər Kabinetinə etimadsızlıq səsverməsi hakim “Vətəndaş Koalisiyası” partiyasının rəqibi olan Karol Navrotskinin prezident seçkilərində qalib gəlməsindən sonra aktuallaşıb. Hələ Navrotskinin qələbəsindən əvvəl Tusk prezident seçkilərindən sonra nazirliklərin sayını azaltmaqla hökuməti yenidən təşkil edəcəyini açıqlamışdı. Yeni prezidentin Tusk hökumətinə müxalif olması isə Nazirlər Kabinetində daha ciddi dəyişikliklərin baş verəcəyini istisna etmir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

