/ / İnkişaf Tərəfdaşları İqlim Qrupunun 8-ci koordinasiya görüşündə COP29-un nəticələri barədə məlumat verilib
İnkişaf Tərəfdaşları İqlim Qrupunun 8-ci koordinasiya görüşündə COP29-un nəticələri barədə məlumat verilib
05.02.2025 [16:03]
Böyük Britaniyanın Türkmənistandakı səfirliyi və BMT-nin bu ölkədəki nümayəndəliyi tərəfindən təşkilatın binasında diplomatik korpusun iştirakı ilə keçirilən İnkişaf Tərəfdaşları İqlim Qrupunun 8-ci görüşündə 2024-cü ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas nəticələri barədə brifinq təqdim edilib.
Azərbaycanın Türkmənistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfir Qismət Gözəlov COP29-da əldə olunan mühüm nəticələr barədə məlumat verərək, Azərbaycanın beynəlxalq əməkdaşlıq və iqlim dəyişikliyi məsələlərindəki fəaliyyətlərini vurğulayıb. Eyni zamanda, Azərbaycanın iqlim siyasətindəki əsas prioritetlər, regional və qlobal səviyyədə ölkəmiz tərəfindən həyata keçirilən təşəbbüslər və gələcək əməkdaşlıq imkanları barədə geniş məlumat verilib.
Q.Gözəlov bildirib ki, 2024-cü ildə COP29-un məhz Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi 2024-cü ilin ən vacib hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. Bu, Azərbaycanın beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizədəki fəallığını və bu sahədəki liderlik rolunu daha da gücləndirir.
Qeyd edilib ki, Azərbaycan qlobal tədbirə uğurla hazırlıq görüb və cəmi 10 ay ərzində məqsədlərini həyata keçirməyə nail olub. COP29 çərçivəsində baş tutmuş Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində 34 yüksəksəviyyəli tədbir, 250-dən çox xarici tərəfdaşın birgə təşkilatçılığı ilə ekologiya, maliyyə, investisiya, enerji, sülh, elm, texnologiya, qida təhlükəsizliyi, urbanizasiya və gender bərabərliyi kimi mövzular üzrə 100-dən çox tədbir keçirilib. Vurğulanıb ki, COP29-un mühüm qərarlarından biri 1,3 trilyon ABŞ dolları məbləğində yeni iqlim maliyyəsi hədəfinin müəyyən olunması olub. Bu çərçivədə 2009-cu ildə qəbul edilmiş 100 milyard dollarlıq maliyyə öhdəliyi üçqat artırılaraq ən azı 300 milyard dollara çatdırılıb.
Diplomat Azərbaycanın COP29-a Sədrliyi dönəmində iqlim məsələlərindəki mövqeyini daha da möhkəmləndirmək üçün təşəbbüsləri və səyləri davam etdirəcəyini qeyd edib.
Brifinq zamanı sinevizyon vasitəsilə COP29-da qazanılan nailiyyətlər və xronoloji statistik məlumatları ətraflı əks etdirən videoçarx nümayiş olunub.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

