İranın xarici siyasəti yeni regional kontekstdə
07.01.2015 [09:43]
Qlobal miqyasda geosiyasi dinamikanın dəyişməsi İranın xarici siyasətinə öz təsirini göstərir. Tehran üçün bəzi əhəmiyyətli məsələlər getdikcə daha da aktuallaşır. Onların sırasında ölkənin nüvə proqramı ilə əlaqədar aparılan danışıqlar maraq doğurur. Bu istiqamətdə müəyyən irəliləyişlərin olduğu qeyd edilir. Digər məqam kimi Yaxın Şərqdə İslam faktorunun yeni səviyyədə özünü göstərməyə başladığını vurğulamaq olar. Mütəxəssislərin fikirlərinə görə, rəsmi Tehran hər iki amildən yararlanaraq regional miqyasda öz geosiyasi nüfuzunu yüksəltməyə çalışır. Həmin kontekstdə İranın bir sıra dövlətlərlə münasibətlərinin məzmununa yeni çalarlar verməsi maraqlıdır.
İki məqam: Tehran üçün yeni fürsət?
Son zamanlar İranın regional miqyasda geosiyasi nüfuzunun yüksəlməyə başladığı haqqında informasiyalar yayılır. Bu, iki səbəblə izah edilir. Birincisi, Tehranın nüvə proqramına dair danışıqlarda müəyyən razılığın əldə olunması, ikincisi isə İslam amilinin güclənməsi ilə bağlı regional səviyyədə geosiyasi mənzərənin dəyişməsidir (bax: Serqey Demidenko. Reqionalğnaə politika İrana: novoe naçalo? / RSMD, 10 dekabr 2014).
Hər iki amilin əhəmiyyətini azaltmaq olmaz. İran uzun müddət sərt xarici siyasətə üstünlük verirdi. O cümlədən, nüvə proqramı məsələsində Tehran güzəştsiz mövqe nümayiş etdirirdi. Nəticədə, onun Qərblə münasibətləri çox gərginləşdi. Tətbiq edilən sanksiyalar ölkənin iqtisadiyyatına ciddi zərər vurdu. İranın bu vəziyyətdən çıxdığını demək hələ də çətindir. İqtisadi sahədə müşahidə edilən dayanıqsızlıq əhalinin az gəlirli hissəsinin vəziyyətini ağırlaşdırıb.
Hazırda prezident Həsən Ruhani Qərbə qarşı daha mülayim siyasət yeridir. Belə ki, nüvə proqramı məsələsində müəyyən yumşalma hiss olunur. “Altılar”la aparılan danışıqlarda bir sıra məqamlarda ortaq fikrə gəlinib. Ekspertlər bu kimi dəyişikliklərin geosiyasi sferaya da təsir etdiyini bildirirlər. Hətta ABŞ-İran yaxınlaşması barədə söhbətlər dolaşmaqdadır.
Vaşinqton bu məsələyə “dişlərini sıxaraq” (C.Kerri) yanaşır. Yaxın Şərqdə cərəyan edən geosiyasi proseslərin fonunda o, buna sadəcə məcburdur. Çünki Qətər, Səudiyyə Ərəbistanı və Küveytin regiondakı hadisələrə tam təsir edə bilmədiyi getdikcə daha aydın görünür. Xüsusilə Amerikanın bölgədəki nüfuzunun sürətlə düşməsi ABŞ rəhbərliyini narahat edir. İslami faktorun güclənməsindən isə daha çox İran yararlana bilir. Müxtəlif radikal dini qruplar arasında onun nüfuzu və təsir imkanları yüksəkdir. Şübhəsiz ki, hazırkı mürəkkəb geosiyasi şəraitdə Amerika bu məqamdan istifadə etmək istərdi. Rusiya və Çin faktorunun fonunda bu, daha inandırıcı görünür.
Lakin İran məsələsi yalnız dini amillə məhdudlaşmır. Enerji sahəsində dünya miqyasında olduqca maraqlı proseslər gedir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və neftin qiymətinin sürətlə düşməsi faktiki olaraq vəziyyəti dəyişir. İran enerji ixracının həcmini artıra, Qərbin təklif etdiyi layihələrə qoşula bilər. Məsələn, “Nabukko”nun dirçəldilməsi haqqında informasiyaların yayılması, bizcə, təsadüfi deyil (bax: əvvəlki mənbəyə).
Bunlardan Moskva ehtiyatlanır. Rusiya İranın ona qarşı hərəkət etməsini istəməzdi. Lakin Tehran üçün tarixi fürsət yaranıb. Həmin imkandan böyük dövlətçilik təcrübəsi olan bir ölkənin istifadə etməyəcəyi inandırıcı görünmür. Deməli, Tehranın Qərblə münasibətləri inkişaf etdirməyə çalışacağı əsaslı görünür. Bunun fonunda İranın Rusiya və Çinlə münasibətlərinin məzmunu maraq doğurur. Tehranın həmin qüvvələr arasında manevrlər etməsi mümkündür.
Lakin bir məqamı unutmaq olmaz. Çini neftin qiymətinin düşməsi qane edir. Çünki onun üçün daha çox miqdarda enerji daşıyıcısı almaq imkanı yaranır. Sözsüz ki, Pekin bu fürsəti əldən verməz. İrana qarşı sanksiyaların tətbiq edildiyi müddətdə Çin ondan nefti daha ucuz qiymətə alıb. Həmin səbəbdən Qərbin İranla yaxınlaşmasına Pekinin reaksiyası maraqlı olacaq.
Xarici siyasət: düzəlişlərə ehtiyac varmı?
Bütün bunlar Tehranın regional siyasətinə təsir göstərir. Həmin kontekstdə onun Suriya, İraq, Fələstin, Türkiyə, Cənubi Qafqaz, Rusiya istiqamətində yeritdiyi siyasətin məzmununda yeni çalarların meydana gəlməsi diqqəti çəkir.
Hər şeydən əvvəl, Suriya Tehran üçün çox önəmli ölkədir. İran Bəşər Əsədi müdafiə edir. Müxalifətin dini dairələrlə bağlı olmayan hissəsinin sülh danışıqlarında iştirakını qəbul etmir. Bunun əsas səbəbinin Suriya üsyançılarının həmin kəsiminin Səudiyyə Ərəbistanına yaxın olmasından qaynaqlandığı zənn edilir.
Təsadüfi deyil ki, 2014-cü ilin əvvəllərində Montredə keçirilmiş beynəlxalq konfransda İran ali dini rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti Suriyada keçid dövrü hökumətinin formalaşmasında iştirak etməyəcəklərini, “Suriyanın qanuni təmsilçiləri ilə kənardan maliyyələşdirilən terrorçuların bir masa arxasında oturması”nın düzgün olmadığını bildirmişdi.
Tehran bu mövqeyində israrlıdır. Mütəxəssislərin rəyinə görə, İran sona qədər Suriyanın indiki hakimiyyətini dəstəkləyəcək. Burada dini məzhəbin əsas faktor olması fikri də var. Bu baxımdan məsələ artıq Suriya sərhədləri ilə məhdudlaşmayıb, bütövlükdə regionu əhatə edir. Bu səbəbdən İranın digər ölkələr istiqamətində yürütdüyü siyasətə də nəzər salmaq lazımdır.
İraq Tehranı çox maraqlandırır. Əl-Maliki hakimiyyətinin iflasından sonra burada vəziyyət daha da həssaslaşıb. Ancaq bu, İranın həmin ölkədə nüfuzunun azalması anlamına gəlmir. Bir sıra mənbələrin yaydığı informasiyaya görə, İraqda İran hərbçiləri yerləşdirilib. Onlar İŞİD-ə qarşı mübarizə aparırlar. Amerika ilə münasibətlərin yaxşılaşmasına bu məqamın da təsir etdiyi vurğulanır.
Ekspertlərin diqqətini daha çox İranın Fələstin siyasətində müşahidə edilən dəyişikliklər çəkir. Uzun müddət “Həmas”la pis münasibətlərdə olan Tehran indi həmin təşkilatla yaxınlaşmaqdadır. Təşkilatın lideri Xalid Məşəl bəyan edib ki, İranla əlaqələri “müharibəyə qədərki” səviyyəyə yüksəldəcəklər (bax: Harriet Sherwood. Hamas and Iran rebuild ties three years after falling out over Syria / “The Guardian”, 9 yanvar 2014).
Maraqlıdır ki, ənənəvi olaraq bir-birinə yaxın olan Rusiya və İranın hazırkı münasibətlərində çətinliklər yaranıb. Bu həm Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə, həm də Tehranın təcriddən xilas olmaq üçün Qərblə enerji sahəsində əməkdaşlığa maraq göstərməsi ilə əlaqələndirilir (bax: Serqey Demidenko. Reqionalğnaə politika İrana: novoe naçalo? / RSMD, 10 dekabr 2014). Buna baxmayaraq, hər iki ölkənin rəhbərliyi ortaq geosiyasi maraqlara sahib olduqlarını və bu müstəvidə daha sıx əməkdaşlıq edəcəklərini bəyan edirlər. Bu sırada Xəzərin hüquqi statusunun müəyyənləşməsində tərəflərin ortaq mövqeyə gələ bilməsi mümkün hesab edilir.
Tehranın Ankara ilə əlaqələrə xüsusi diqqət yetirməyə başladığı sirr deyil. Yaxın Şərq və Cənubi Qafqazda təsiri olan ölkə kimi Türkiyə İranın maraq dairəsindədir. Sünni və şiələr arasında müşahidə edilən gərginlik, separatizm və terror təhlükəsi aspektlərində də bu iki dövlətin əməkdaşlığının zəruriliyi göz önündədir. Burada Qərbin region istiqamətində siyasətinin ziddiyyətliliyi və enerji faktoru unudulmamalıdır. Bu mənada İranla Türkiyənin kəskin qarşıdurmaya getməyəcəklərini proqnozlaşdırmaq olar. Bu prizmadan Tehranın Cənubi Qafqaz siyasətində yeniliklərin ola biləcəyi istisna edilmir.
İran prezidentinin Azərbaycana səfəri zamanı əldə olunan razılaşmalar bu kontekstdə ümidləri artırır. Eyni zamanda, onu da deyək ki, Tehran İrəvanla sıx əlaqələrindən imtina etmir. Hətta bu sahədə onlar daha çox qabağa gediblər.
Nəhayət, İranın xarici siyasətində Səudiyyə Ərəbistanı faktoru ciddi yer tutmaqdadır. Bu ölkə ilə münasibətlərdə problemlər az deyil. Hər iki ölkə bir-birinə qarşı siyasi, geosiyasi və iqtisadi addımlar atır. Ər-Riyadın Qətəri regionda sıxışdırması ikincini Tehranla yaxınlaşmağa sövq edir. Bu prosesin nə dərəcədə uzaqlara gedəcəyini demək çətindir.
Belə çıxır ki, İranın regional miqyasda geosiyasi əhəmiyyəti, həqiqətən də, artmaqdadır. Burada mürəkkəb oyunların aparıldığına şübhə yoxdur. Lakin İran böyük dövlət kimi addımlar atır. Onun öz geosiyasi nüfuzunu əldən verməyəcəyi də hiss olunur.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

