Osman Mert: Türk dünyasının ortaq əlifbasına dair ilk mühüm qərarlar qəbul olunub
10.09.2024 [12:25]
Biz türk dövlətlərini vahid əlifbaya keçirmək üçün buraya toplaşmışıq. Artıq bu məsələyə dair ilk mühüm qərarlar qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 10-da Bakıda keçirilən Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasının ikinci günündə Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert deyib.
“İlk növbədə, əlifbada yalnız semantik, fonemik dəyər daşıyan səslərin təyin edilməsi qərara alındı. Bu, o deməkdir ki, əlifbada yalnız fonemik məna daşıyan səslər öz əksini tapacaq.
İlkin mərhələdə verdiyimiz başqa bir qərar bütün türk dillərində hər bir səsi, hər fonemi mümkün qədər bərabər təyin etmək idi. Bu da bizim prioritet həllərimizdən biridir. Ancaq burada xüsusilə vurğulamaq istəyirəm ki, niyyət ən əsas amildir. Biz özümüzü Bilge Kağan, Bilge Tonyukuk, Oğuz Kağan və Dədə Qorqudun nəslindən hesab ediriksə, deməli, bizim əcdadlarımız, xalqlarımız qarşısında borcumuz var. Hazırda bu məqsədə doğru irəliləyirik və ona mütləq nail olacağıq”, - deyə Osman Mert bildirib.
Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasının ikinci günündə də fəal müzakirələr aparıldığını qeyd edən Osman Mert əlavə edib: “İclasımız davam edir. Hazırda 23-24 hərf üzərində işi başa çatdırmışıq. Bu məsələni uğurlu nəticəyə çatdırmaq üçün eyni səbirlə və öz prinsiplərimiz çərçivəsində müzakirələri davam etdirəcəyik. Ürəkdən inanıram ki, bu görüşdə bir nəticə əldə edə biləcəyik. Bu, xüsusilə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. 1926-cı ildə keçirilən birinci Türkoloji Qurultayda əsas vəzifələrdən biri ortaq əlifbanın yaradılması idi və bu, Bakıda baş verdi. Bu gün isə həmin prosesə yekun vuracaq iclas da Azərbaycan paytaxtında keçirilir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03

