Dövlətçilik tariximiz 10 milyon deyil...
12.05.2023 [11:07]
55-60 milyonluq xalqın dövlətçilik tarixidir
Günel ABBAS
Hər bir xalqın arxasında əsrlər, minilliklər boyu formalaşmış yüksək milli-mənəvi dəyərləri, adət-ənənələri var. Bu gün qarşımızda milli məfkurəmizin pak və sağlam niyyətlərlə qorumaq, bütövlükdə cəmiyyətin inkişafına təsir göstərmək, onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi mühüm missiya durur. Bu məsuliyyətli missiyanı Azərbaycanda məhz ulu öndər Heydər Əliyev öz çiyinlərinə götürmüş, xalqımızın milli-mənəvi dəyərlərini sevərək öz varlığında yaşadıb, əməllərində bu dəyərləri müqəddəs, toxunulmaz bir xəzinə kimi qoruyaraq, əbədiyaşarlığını təmin edə bilmişdi. Tarixçi alimlərimizin tədqiqatları bir daha sübut edir ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Sirr deyil ki, tarixin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Qeyd edək ki, adət və ənənələrimiz bizi başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdir. Bunlar bizim yüksək mənəvi dəyərlərimiz kimi nəsillərdən-nəsillərə ötürülüb, varlığımıza hopub. Bundan sonra da xalqımız tərəfindən bu dəyərlərin yaşadılması labüd məsələlərdən biridir. Çünki adət və ənənələr hər bir millətin həyatında əvəzsiz rol oynayır. Bu tarixi adət-ənənələri yaşatmaqla xalqımız özünü hər zaman təsdiq edəcək və yaşayacaq.
Milli Məclisin üzvü Anar İsgəndərov “Yeni Azərbaycan”a açıqlamasında vurğulayıb ki, hələ 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu məsələ öz aktuallığını qoruyub saxlayıb. Onun sözlərinə görə, ötən 30 il ərzində bir çox məsələlərdə olduğu kimi, dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, ümumiyyətlə, elm və mədəniyyətimizin təbliği məsələsində müəyyən işlər görülüb: “Ancaq fikrimcə, bu, yetərli deyildi. Hər halda, qonşu dövlətlərlə və post Sovet məkanına daxil olan bir çox ölkələrlə, o cümlədən Baltikyanı ölkələrlə, Ukrayna, Gürcüstan və başqaları ilə müqayisədə bəzi irəliləyişlərimiz olsa da, bəzi problemlərimiz də az deyildi. Hər halda, bizim bu problemlərimizin qaynağı da bütöv bir xalqa çevrilə bilməməyimizdir. Ən azından biz Quzey Azərbaycan olaraq, 10 milyonluq Azərbaycan xalqı kimi özümüzü ifadə etsək də, 35-40 milyonluq Güney Azərbaycan xalqı da vardır. Mənə elə gəlir ki, biz milli dövlətçilik tariximizin yenidən yazılmasında və onun təbliğində bu məsələni də nəzərə almalıyıq. Yəni, bizim dövlətçilik tariximiz 10 milyon xalqın tarixi deyil. Ən azı 55-60 milyonluq xalqın dövlətçilik tarixidir. Bu anlamda dövlətçilik tariximizin yenidən yazılması, yenidən dəyərləndirilməsi, milli metodologiyaya əsaslanan milli tarix kitablarımızın ortaya qoyulmasına ciddi şəkildə zərurət yaranmışdır”.
Deputat qeyd edib ki, müstəqilliyimizin bərpasından keçən 30 il ərzində müəyyən işlər görülüb: “Yəni, milli dövlətçilik tariximizin yazılması, eyni zamanda, adət-ənənələrimizin təbliği və yenidən adət-ənənələrimizə məhz Azərbaycan xalqının, Azərbaycan türklərinin prizmasından baxışı müəyyən mənada ortaya qoymağa başladı. Fikrimcə, hələlik bunu yetərincə ifadə edə bilməmişdik. Məsələn, əgər Azərbaycanın dövlətçilik tarixindən söhbət gedirsə, bu gün mövcud olan yeddi cildlik Azərbaycan tarixi kitabı buna, yəni bizim dövlətçilik tariximizin əsl mahiyyətini açmağa imkan vermir. Hətta, mən deyərdim ki, müəyyən mənada mövcud olan yeddi cildlik Azərbaycan tarixi Azərbaycan xalqı, Azərbaycan türklərinin əsil mahiyyətini, onun gerçək simasını dövlət başçılarının, tanınmış şəxsiyyətlərin əsil mahiyyətini ifadə etmir. Həmin yeddi cildlik kitabda biz istədiyimiz bir Azərbaycan dövlətçilik tarixindən bəhs etməyimiz bir az çətindir sözün açığı. Çünki həmin yeddi cildlikdə, eləcə də digər bu kimi kitablarda çox təəssüflər olsun ki, Şah Abbas, Ağa Məhəmməd Şah Qacar, Nadir şah Əfşar, Abbas Mirzə və başqa Azərbaycan türklərinin şəxsiyyətləri, onların dövlətləri başqa prizmadan, başqa metodologiya əsasında verilir. Bu anlamda biz hələ milli dövlətçilik tariximizi yetərincə ortaya qoya bilməmişik. Bilirsiniz ki, adət-ənənə min illərdən bəri gələn bir evə bənzəyir. Hər 50-100 ildən bir bu evin bir kərpici kiminsə xoşuna gəlməyib dəyişdirirsə, onda o əvvəlki adət-ənənədən əsər-əlamət qalmaz. Bizimlə dünyanın müxtəlif xalqları arasında hər hansısa bir fərq olmaz. Çünki xalqları fərqləndirən özünəməxsus əsas cəhətlər onun adət-ənənəsi, mentaliteti ilə müəyyənləşir. Bu cəhətdən də hesab edirəm ki, adət-ənənələr çox mühafizəkar olmaqla, ona hədsiz dərəcədə ehtiyatla yanaşılmalıdır. Əlbəttə, biz də 7 və 8-ci əsrdəki bir adət-ənənə hesab eləmirəm ki, tam qalıb. Amma biz müasirliyin də əleyhinə deyilik”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57

