Bakıda Koreya Kino Festivalı başlanıb
28.11.2014 [09:48]
Noyabrın 27-də Nizami Kino Mərkəzində Koreya Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Koreya Kinosu Festivalının açılış mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri mərasimi açan SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova festivalın əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan-Koreya əlaqələrinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Koreya Respublikası prezidentinin ölkəmizə və Prezident İlham Əliyevin Koreyaya rəsmi səfərindən sonra bu əlaqələr daha da genişlənib.
Qeyd olunub ki, 2004-cü ildən fəaliyyət göstərən SEBA Assosiasiyası indiyədək mədəniyyət, elm, səhiyyə sahələrində bir sıra layihələr reallaşdırıb. 2005-ci ildə isə Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə ilk dəfə ölkəmizdə Koreya Kinosu Günlərini keçirib.
SEBA Assosiasiyasının fəaliyyətinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyini vurğulayan R.Heydərova bildirib ki, assosiasiyanın işlərinin keyfiyyətli və nəticəli olması da məhz bu səbəbdəndir.
Diqqətə çatdırıb ki, ildən-ilə genişlənən Azərbaycan ilə Koreya arasında əlaqələr artıq ikinci dəfə keçirilən Koreya filmlərinin nümayişinə də öz təsirini göstərib. 2005-ci ildən fərqli olaraq, bu il nümayiş etdirilən Koreya filmlərinin sayı 10-a çatdırılıb. Festival SEBA Assosiasiyası və Koreya Fondu arasında oktyabr ayında imzalanmış əməkdaşlıq memorandumundan sonra reallaşan ilk birgə tədbirdir. Həmçinin festivalın Koreyanın Baş naziri Çanq Honqvonun Azərbaycana rəsmi səfəri gününə təsadüf etməsi də çox sevindirici haldır. Ruhəngiz Heydərova festivalın işinə uğurlar arzulayıb.
Mərasimdə çıxış edən Koreya Respublikasının xarici işlər nazirinin birinci müavini Ço Taeyonq deyib: “Koreya ilə Azərbaycan arasında münasibətlər olduqca sürətlə inkişaf edir. Lakin bu inkişafa baxmayaraq, yerdə qalan və hələ də gerçəkləşməyən böyük potensial vardır. Yaxın gələcəkdə bu potensialı ərsəyə gətirərək həm Koreya, həm də Azərbaycan xalqı üçün bir sıra faydalı işləri reallaşdıracağıq”.
Festivalın böyük əhəmiyyət daşıdığını bildirən qonaq SEBA Assosiasiyasının Koreya mədəniyyətinin Azərbaycanda tanınmasında fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, mədəniyyət illər keçdikcə bu iki xalqı bir-birinə daha da yaxınlaşdıracaq.
Mərasimdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Koreya Kinosu Festivalının ölkəmizdə daha bir mədəniyyət bayramı olduğunu deyib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev xalqımızın mədəniyyətinin dünyada tanıdılması istiqamətində böyük işlər görür. Həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən müvafiq istiqamətdə irimiqyaslı layihələr reallaşdırılır. Bu baxımdan Koreya Kinosu Festivalının təşkili də iki ölkə arasında münasibətlərin genişlənməsində növbəti bir addımdır. Bu festival Azərbaycan tamaşaçısına Koreya mədəniyyəti və insanları ilə daha yaxından tanış olmaq və onları daha yaxşı anlamaq üçün geniş imkanlar yaradacaq.
Koreyanın ölkəmizdəki səfiri Çoi Suk-İn Koreya Kinosu Festivalına Baş nazir Çanq Honqvonun təbrik ismarıcını çatdırıb.
Sonra 2005-ci ildə keçirilmiş Koreya Kinosu Günləri barədə qısa film göstərilib.
Tamaşaçılara təqdim olunan festivalın ilk filmi isə - rejissor Lee-Yonq-Junun “Memarlıq 101” adlı ekran əsəri olub.
Koreya Kinosu Festivalı noyabrın 30-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

