/ / Heydər Əliyev Mərkəzində “Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman” adlı sərgi açılıb
Heydər Əliyev Mərkəzində “Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman” adlı sərgi açılıb
14.05.2015 [09:53]
Mayın 13-də Heydər Əliyev Mərkəzində “Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman” adlı sərginin açılış mərasimi keçirilib. Bakıda ilk dəfə təqdim olunan bu sərgi Türkiyə Respublikasının Mərkəzi Bankı ilə birgə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin bu gün yeni bir layihəsini təqdim etdiyini bildirib. “Heydər Əliyev Mərkəzində keçirilən çoxsaylı tədbirlər həm Bakının sakinləri, həm də paytaxtımızın qonaqları tərəfindən çox sevilir. Son vaxtlar biz bir neçə böyük layihəni təqdim etmişik və həmin layihələri ilin sonunadək davam etdirmək niyyətindəyik”, - deyən Anar Ələkbərov bugünkü sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar Heydər Əliyev Mərkəzinə də çoxsaylı qonaqların gələcəyini bildirən Anar Ələkbərov bu məkanın bir mədəni obyekt kimi artıq qəbul edildiyini söyləyib və təqdim olunan sərgidən hər kəsin zövq alacağına ümidvar olduğunu deyib.
Sərginin açılış mərasimində çıxış edən Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun Heydər Əliyev Mərkəzinin, Türkiyə və Azərbaycan Mərkəzi banklarının rəhbərliyinə, habelə sərgiyə gələnlərə təşəkkürünü bildirib. Səfir diqqətə çatdırıb ki, Türkiyə Mərkəzi Bankı ildə bir dəfə kolleksiyasını ölkədən kənarda nümayiş etdirir. Bakıda belə gözəl məkanda sərginin təşkilindən qürur duyduğunu deyən səfir, Heydər Əliyev Mərkəzinin təkcə Azərbaycanın deyil, dünya memarlığının ən gözəl nümunələrindən biri olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu layihənin Heydər Əliyev Mərkəzində reallaşdırılmasının olduqca böyük rəmzi məna daşıdığını bildirib. O, Ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycanın memarı və qurucusu olduğunu vurğulayaraq Ümummilli liderin “Bir millət, iki dövlət” kəlamının Azərbaycan və Türkiyə dövlətləri arasında strateji əməkdaşlığın başlıca prinsipinə çevrildiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirən Elman Rüstəmov ölkəmizdə çox böyük tədbirlərin həyata keçirildiyindən də söhbət açıb.
Qeyd edilib ki, bu gün Azərbaycan dünyada multikulturalizm məkanı kimi tanınır. “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrlik etdiyini diqqətə çatdıran Elman Rüstəmov Azərbaycanın bu tədbiri yüksək səviyyədə keçirəcəyinə əminliyini vurğulayıb.
Qardaş ölkələrimizin iqtisadi əməkdaşlığından söhbət açan Elman Rüstəmov qeyd edib ki, Azərbaycan və Türkiyənin Mərkəzi bankları arasında əlaqələr hələ müstəqilliyimizin ilk illərindən mövcuddur. Ötən illərdə Türkiyə Mərkəzi Bankı Azərbaycanda bank sektorunun inkişafına, o cümlədən Mərkəzi Bankın formalaşmasına olduqca mühüm dəstək göstərib. Həmçinin Azərbaycan Mərkəzi Bankı da belə xarakterli layihələr həyata keçirir. Ölkədə şahmatın inkişafından danışan Elman Rüstəmov son beş ildə şahmatçılarımızın böyük uğurlar qazanaraq, Azərbaycanı idmanın bu növü üzrə beynəlxalq yarışlarda layiqincə təmsil etdiklərini söyləyib. Mərkəzi Bank təhsil, səhiyyə sahələrində də layihələr həyata keçirir, habelə milli ordu, qaçqın və məcburi köçkünlərlə bağlı sosial layihələrə daim dəstək verir və bu istiqamətdə işlər davam etdiriləcək.
Daha sonra çıxış edən Türkiyə Mərkəzi Bankı sədrinin müavini Necati Şahin təmsil etdiyi qurumun fəaliyyətindən, ölkə iqtisadiyyatında rolundan söhbət açıb, sərginin bu məkanda təşkilindən qürur duyduğunu bildirib.
Sərginin kuratoru Mümtaz Saqlam Türkiyə müasir rəsm sənətinin inkişaf yolundan söhbət açıb. Diqqətə çatdırıb ki, müasir türk təsviri sənətinin təməli 1860-1870-ci illərdə qoyulub. İkinci Dünya müharibəsindən sonra isə türk təsviri sənəti daha yaradıcı və sərbəst istiqamət alıb. Həmin vaxtdan etibarən rəssamlar düşüncələrini sərbəst şəkildə ifadə etməyə başlayıblar.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə 28 rəssamın 35 əsəri yer alıb. Sənətsevərlər ekspozisiyada Türkiyənin rəsm sənətinin inkişaf və dəyişmə dinamikasını izləyiblər.
Qeyd edək ki, Türkiyənin Mərkəzi Bankı respublikanın qurulduğu ilk illərdə mədəniyyət və incəsənətin inkişafına dəstək məqsədilə sənət kolleksiyası yaratmağı qərarlaşdırmışdı. 1930-cu illərin ikinci yarısından etibarən formalaşdırılan kolleksiya bu günümüzə qədər Türkiyə rəssamlığının görkəmli nümayəndələrinə aid əsərlərlə zənginləşdirilib. Kolleksiyadakı əsərlərin sayı artıq 900-ə çatıb və onların əksəriyyəti rəsmlərdən ibarətdir.
2003-cü ildən indiyədək 16 ölkədə kolleksiyadakı əsərlərdən ibarət 18 sərgi təşkil olunub.
Sənət kolleksiyasındakı seçmə əsərlərdən ibarət olan “Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman” sərgisi Heydər Əliyev Mərkəzində iyulun 31-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21

