/ / Turizm xalqlar, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa, tolerantlığa mühüm töhfələr verə bilər
Turizm xalqlar, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa, tolerantlığa mühüm töhfələr verə bilər
19.05.2015 [09:43]
Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dünya Turizm Təşkilatı (DTT) tərəfindən keçirilən seminar “Xalqlar, mədəniyyətlər və sivilizasiyalar arasında tolerantlıq, anlaşma və dialoqun təşviqi naminə bir vasitə kimi turizmin imkanlarından yararlanmaq” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, seminara moderatorluq edən DTT-nin turizm və sülh məsələləri üzrə Yaxın Şərq üzrə regional direktoru Əmir Abdel Qaffar mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, dünyada genişlənən turizmdən böyük miqdarda gəlir eldə edilir. Turizmin inkişafı mədəniyyətlərarası dialoqa, tolerantlığa mühüm töhfələr verə bilər. Turistlər və onları qəbul edən ölkələr arasında mədəni əlaqələrin inkişafı, münaqişələrin yaranma ehtimalının aradan qaldırılmasına müsbət təsir göstərə bilər. Bununla bağlı DTT müvafiq strategiyaların hazırlanmasına xüsusi önəm verir.
Sonra mövzu ilə bağlı çıxışlar dinlənilib.
Myanmar Turizm Federasiyasının davamlı turizmin inkişafı üzrə müşaviri Nikol Hausler müvafiq sahə üzrə təcrübəsini bölüşüb. Bildirib ki, təmsil etdiyi qurumun məqsədi Myanmarı turizm məkanı kimi təbliğ etmək, turizmin davamlı inkişafına yardım göstərmək, investorlarla əlaqələrə önəm vermək, turizm sahəsi ilə bağlı mütəxəssislər yetişdirməkdir. Qeyd edib ki, federasiya qarşıya qoyulan məqsədlərə çatmaq istiqamətində yerli icmalara xüsusi önəm verir.
Qlobal Davamlı Turizm Şurasından turizm və inkişaf məsələləri üzrə müşavir Nataliya Naranxo Ramos təmsil etdiyi qurumun Ekvador və Kolumbiya ilə bağlı təcrübəsini bölüşüb. Bildirib ki, müvafiq ərazilərlə bağlı həyata keçirilən layihənin əsas hədəfi ekoturizmin inkişafı və bu istiqamətdə icmaların fəaliyyətinə imkanların yaradılması, onların maraqlarının uzlaşdırılmasıdır. Layihə həyata keçirilərkən icmaların təşəbbüsləri nəzərə alınıb və uğurlu nəticələr əldə edilib.
Niderlandın Breda Universitetindən turizm üzrə baş mühazirəçi Rami İsaak Fələstin və İsrail arasında münasibətlərə turizmin təsiri imkanlarından, bu sahədə fəaliyyət göstərən təşkilatların həyata keçirdiyi layihələrdən danışıb. Vurğulayıb ki, əsas məqsəd qarşılıqlı sülhün bərqərar olması, hər iki tərəfdən insanların birgə fəaliyyətə cəlb edilməsidir.
“Swisspeace” biznes və sülh proqramının nümayəndəsi Rina Alluri bu layihənin əhəmiyyətindən, habelə bu və ya digər ölkədə münaqişə, soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidələrə turistlərin maraq göstərdiyini bildirib. Qeyd edib ki, belə abidələr oxşar faciələrin baş verməməsi üçün insanların həmrəy olmasına kömək edir.
Avropa Şurasının Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişinin icraçı katibi Penelop Denu qeyd edib ki, turizm münaqişələrin qarşısının alınmasında mühüm rola malikdir. Münaqişələrin aradan qaldırılmasında müxtəlif qurumlar arasında təcrübə mübadiləsi aparılmasının əhəmiyyəti böyükdür.
Seminarda çıxış edən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov mədəni diplomatiyada turizmin rolundan söhbət açıb. Bildirib ki, bu gün turizm daha geniş sahəni, o cümlədən mədəniyyəti, incəsənəti və adət-ənənələri əhatə edir. Vurğulayıb ki, Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan regionda mədəni diplomatiyanın inkişafında mühüm təsir göstərir. Azərbaycan Turizm və Menecment Universitetində turizm və mədəniyyətin qarşılıqlı əlaqələri istiqamətində bir neçə tədqiqat aparılıb. Bu il özünün 10 illik yubileyini qeyd edəcək universitetin məzunları brend otellərdə və şirkətlərdə çalışırlar. Bu ildən etibarən menecment sahəsi də kurikuluma daxil ediləcək. Turizm və Menecment Universiteti Azərbaycanda ilk ali təhsil ocağıdır ki, burada Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə birgə ikili diplom proqramı həyata keçirilir.
Sonra çıxış edən DTT-nin əlaqələr və resursların səfərbərliyi proqramının əlaqələndiricisi Kordula Volmuter vurğulayıb ki, turizmin sülhün bərqərar olmasında rolu böyükdür. İnternetdə “İnternational Handbook on Tourism and Peace” kitabının yerləşdirildiyini diqqətə çatdıran K.Volmuter qlobal cəmiyyətdə insanların bir araya gəlməsinin vacibliyini vurğulayıb.
Sonda çıxışlar ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49

