Siyavuş Novruzov: Hesabat verməyən siyasi partiyalar cərimə olunacaq
04.03.2016 [10:24]
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi
- Siyavuş müəllim, Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclası keçirildi. Prezident İlham Əliyev iclasda bildirdi ki, “Cənub” Qaz Dəhlizi təkcə region ölkələri üçün yox, eyni zamanda, Avropa ölkələri üçün çox mühüm və strateji layihədir. Bəs, siz bu layihənin siyasi əhəmiyyəti barədə nələri söyləyə bilərsiniz?
- Sözün həqiqi mənasında, “Cənub Qaz Dəhlizi” layihəsi strateji əhəmiyyətə malikdir. Azərbaycanda belə bir mötəbər tədbirin keçirilməsi, bir çox ölkələrin nazirlərinin bu tədbirdə iştirakı, cənab Prezidentin çıxışı, layihənin gələcəyi barədə söylədiyi fikirlər ictimaiyyətə də bəllidir. Əlavə olaraq demək istəyirəm ki, “Cənub Qaz Dəhlizi” Avropa İttifaqı çərçivəsində ən iri layihələrdən biridir. Bizim Avropa ölkələri, eləcə də Avropa Birliyinə daxil olan ölkələrlə bu kimi tərəfdaşlıqlarımız olub. Buna misal olaraq, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin çəkilişini və s. göstərə bilərik. “Cənub Qaz Dəhlizi”nin siyasi əhəmiyyəti isə daha genişdir. Çünki regionda, dünyada baş verən hadisələr bu layihənin əhəmiyyətini ikiqat artırır.
Layihə bir çox ölkələri əhatə edəcək. Bu layihə tək Cənubi Qafqaz dövlətləri üçün deyil, eyni zamanda, Avropanın ayrı-ayrı dövlətlərinə və Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək. Gələcəkdə buna qoşula biləcək dövlətlər olacaq və onların sayı çoxalacaq. Artıq bir sıra dövlətlər öz bəyanatlarını verib. İrana tətbiq olunan embarqonun aradan götürülməsi ilə əlaqədar, çox güman ki, bu layihə İranın da maraqlarına xidmət edə bilər. Eləcə də bura Türkmənistan və digər ölkələr də qoşula bilər. Bu, Avropanın böyük bir hissəsinin bir mənbədən asılılığından tamamilə xilası deməkdir.
- Hələ də siyasi partiyalar var ki, onlar Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatı vermirlər. Niyə bu partiyalara qarşı bir ölçü götürülmür?
- Bununla əlaqədar olaraq sabah (bu gün - red.) Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olunacaq. Bildiyiniz kimi, qeyri-hökumət təşkilatları (QHT) öz hesabatlarını Ədliyyə Nazirliyinə təqdim edirlər. Siyasi partiyalar isə hesabatlarını MSK-ya təqdim etməlidirlər. Hər bir məsələ şəffaf olaraq həyata keçirilməlidir. Qanunda da təsbit olunub ki, onlar hesabatlarını təqdim etməlidirlər. Vətəndaş ödədiyi ianənin, üzvlük haqqının hara sərf olunduğunu bilməlidir. Həmçinin də ictimaiyyətin bu barədə məlumatı olmalıdır.
Hesabatı verməyən siyasi partiya, ilk növbədə, cərimə olunacaq. Əgər gələcəkdə belə hallar davamlı olacaqsa, biz növbəti dəfə qanunvericilikdə yeni addımlar atacağıq ki, onlar hesabatlarını təqdim etsinlər. MSK-nın bununla bağlı veb-saytında nəzərdə tutulub ki, istənilən bir vətəndaş istənilən partiyanın xərcləri, gəlirləri barədə məlumat alsın. Bəzi partiyalar var ki, onlar adi bir kağız göndərirlər. Halbuki həmin partiyanın aparatında xeyli sayda insan çalışır, özləri nəqliyyat vasitələrindən, cangüdənlərin xidmətindən istifadə edirlər, amma heç bir hesabat vermirlər. Təbii ki, bu da qaranlıq mənbələrdən xəbər verir. Aydın olur ki, partiyalar Azərbaycanı istəməyən qüvvələr tərəfindən maliyyələşdirilir. Beləcə, məlum olur ki, onlar Azərbaycan dövlətinə, xalqına deyil, həmin qüvvələrə xidmət edirlər.
- Özləri böhran vəziyyətində olan bəzi partiyalar “antiböhran” koalisiyası yaradıblar. Sizcə, bu, təəccüb doğurmur?
- Hər bir siyasi partiyanın vəzifələrindən biri də müxtəlif alternativ layihələri təqdim etməkdir. Bu layihələr isə ondan ibarətdir ki, hökumətin görə bilmədiyi tərəfləri, ola bilsin ki, onlar görsünlər və yaxud ona alternativ olaraq layihə təqdim etsinlər. Lakin bu partiyaların heç biri yazılı formada hər hansı bir proqram, layihə təqdim etməyiblər. Sadəcə olaraq, toplantılar keçirib hökumətin ünvanına tənqidi fikirlər söyləyənlərdən iqtisadi, maliyyə əsası olan heç bir proqram gözləməyə də dəyməz. Çünki onlarda belə bir potensial yoxdur. Bu şəxslər özlərini ictimaiyyətə canıyanan kimi göstərməyə çalışırlar. Biz elan etmişik ki, istənilən partiya öz layihələrini təqdim edə bilər. Bu günə qədər nə Prezident Administrasiyasına, nə Yeni Azərbaycan Partiyasına, nə də Milli Məclisə həmin partiyaların heç birindən bir vərəqlik də olsa təklif verilməyib. Belə olan halda axı hansı “antiböhran” koalisiyasından danışmaq olar? İkincisi, Azərbaycan iqtidarı, hökuməti bununla bağlı addımlarını atır. Milli Məclisə cənab Prezident İlham Əliyev tərəfindən 20-dən artıq iqtisadi bloku əhatə edən qanun layihəsi təqdim olunub. Bu layihələr həm sahibkarlığın inkişafına, həm də sahibkarlığa maneçilik törədə biləcək halların aradan qaldırılmasına, o cümlədən ayrı-ayrı sahələrdə maliyyə nəzarətinin gücləndirilməsinə həsr olunub. Hətta fevralın 3-də cənab Prezident bununla bağlı Sərəncam imzalayıb. Artıq qanun layihələri tam şəkildə hazırlanıb və Milli Məclisə təqdim olunub.
- Yeri gəlmişkən, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılının arzu və istəklərinin əksinə olaraq, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt onlarla görüşdən imtina etdi. Bunu həmin şəxslərə mənfi münasibətin göstəricisi hesab etmək olarmı?
- Artıq onlar da bilirlər ki, Azərbaycan siyasi həyatında bu şəxslərin heç bir rolu və əhəmiyyəti yoxdur. Burada partiya adından danışmaq olmaz. Çünki partiya bir neçə yerə bölünüb. Partiya rəhbərliyinə hər tərəfdən iddialılar var. Məsələn, “Müsavat” iki hissəyə bölünüb. Partiyanın yaradıcıları bir tərəfdə qalıb, partiyaya haradansa saxta yolla üzvlər toplayaraq qurultay keçirib partiyanın möhürünü, atributlarını ələ keçirən qrup isə başqa tərəfdə qalıb. Eyni vəziyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da yaşayır.
O baxımdan da xaricdən gələn hər bir şəxs, beynəlxalq təşkilatların nümayəndələri də başa düşürlər ki, artıq bu partiyalarda heç bir islahat getmir, söz azadlığı boğulur, fikir plüralizminə imkan verilmir. Əgər kimsə hansısa tənqidi fikir söyləyirsə, dərhal partiya sıralarından xaric olunur. Belə olan halda bu cür insanlarla, bu cür antidemokratik və diktatura formasında idarə sistemi yaradan insanlarla hansı söhbətlər aparmaq olar? Onlar, sadəcə olaraq, partiyanı gəlir mənbələrinə çeviriblər. Bu insanlar 5-10 nəfər adamı ətraflarına toplayaraq bu qanunsuz işlərlə məşğuldurlar. Digər partiya üzvləri isə nə idarəçilikdə, nə də digər məsələlərdə iştirak etmirlər.
- Bəzi yerli və xarici qüvvələrin dini zəmində qarşıdurma yaratmaq planları alt-üst oldu. Amma ötən gün baş verən hadisələrə əsasən demək olar ki, hələ də müəyyən qüvvələr Nardaranda məkrli planlarını yerinə yetirməyə cəhd göstərirlər. Ümumiyyətlə, bu qüvvələr kimlərdir?
- Azərbaycan həmişə dini tolerantlıq məkanı olub. Burada heç zaman dini qarşıdurma olmayıb. Ölkəmizdə bütün dinlərə hörmətlə yanaşılıb. Hazırda bu münasibət dəyişməz olaraq qalır. Azərbaycanda bu ilin “Multikulturalizm ili” elan olunması bunun bariz nümunəsidir. Əgər keçmişdə başqa üsul və vasitələrdən istifadə edirdilərsə, indi həm Yaxın Şərqdə, həm də ayrı-ayrı dövlətlərdə din faktorundan geniş istifadə edib dini cərəyanlar arasında qarşıdurma yaratmaqla orada öz məkrli niyyətlərinə nail olmaq istəyən qüvvələr var. Lakin Azərbaycanda bu mövcud deyil. Azərbaycan xalqı çox müdrik xalqdır. Hətta Sovetlər birliyi dövründə, dinin qadağan olunduğu vaxtda da Azərbaycan xalqı dini dəyərlərə üstünlük verib, dini adət-ənənələri davam etdirib. Təbii ki, bu gün də bu proseslər davam olunur.
Amma təəssüflər olsun ki, bəzi xaricdə təlim keçmiş və Nardarana heç bir aidiyyəti olmayan insanlar başqa-başqa yerlərdən gəlib orada inanclı insanların inamından sui-istifadə edərək müxtəlif təxribatlar törətməyə cəhdlər göstərirlər. Nəticədə hüquq-mühafizə orqanları tərəfindən bunların hamısı aradan qaldırılır. Hesab edirəm ki, həm təhlükəsizlik, həm də hüquq-mühafizə orqanları bu məsələlərlə ciddi məşğuldurlar. Bizim dini təbliğatımız çox düzgün istiqamətdə gedir. Bu yaxınlarda “Dini ekstremizmə qarşı mübarizə” haqqında qanun qəbul olundu. Eləcə də “Dini etiqad azadlığı” haqqında qanuna da əlavə və dəyişikliklər etdik ki, bunların da hər biri dindən düzgün istifadənin tələblərini, şərtlərini ortaya qoyur. Yəni Azərbaycan dünyəvi dövlətdir. Bütün bunlar Azərbaycan Konstitusiyasında da təsbit olunub. Azərbaycanda hər hansı bir dini dövlətin yaradılması, ölkəmizin dövlət quruluşunun dəyişdirilməsi haqqında kiminsə nəsə fikri, düşüncəsi varsa, o, çox səhv yoldadır.
- Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşlərdə iştirak etmiş erməni komandirlərindən biri və hazırda Kanadada yaşayan general Vasili Stardiyan etiraf edib ki, Xocalıdan və Qarabağdan əsir götürülmüş 170 uşağın böyrək və prostatını əməliyyat etdirərək götürüb Amerikada, Avropada satdırıb. Azərbaycan məhz bu faktdan istifadə edərək beynəlxalq təşkilatlar qarşısında iddia qaldıra bilərmi?
- Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Xocalı faciəsində, qətliamında iştirak etmiş həm ermənilər, həm də o dövrdə orada yerləşən sovet ordusunun zabitlərinə qarşı cinayət işi var. Hərbi Prokurorluq bununla bağlı bütün dünya ölkələrinə müraciət edib. Hesab edirəm ki, biz gələcəkdə onların məsuliyyətə cəlb olunmasına nail olmalıyıq. Bu proses mütləq baş tutmalıdır. Hərbi cinayətkarlar müharibə qanunlarını tamamilə pozaraq dinc sakinləri, qocaları, uşaqları qətlə yetirməklə yanaşı, eyni zamanda, onların bir hissəsinin orqanlarının satılmasında və yaxud da onların uzun müddət narkotik plantasiyalarında qul kimi istifadə olunmasında yaxından iştirak ediblər. Hələ xeyli sayda insan itkin düşmüş hesab olunur. Təbii ki, bunlar hamısı faktdır. Məhz bu faktların nəticəsi olaraq da erməni terrorçusu Zori Balayandan başlayaraq buna ideya verən bütün canilər, hesab edirəm ki, ədalət məhkəməsi qarşısında dayanmalıdırlar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37

