TDT-nin gücü - birliyin rəmzi...
08.10.2025 [10:37]
Qəbələdə Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib
Türk Dövlətləri Təşkilatı mühüm regional faktor kimi uğurla inkişaf etməkdədir. Demək olar ki, bütün sahələr üzrə əməkdaşlığı özündə əks etdirən təşkilatın fəaliyyət istiqamətləri türkdilli dövlətlərin inteqrasiyasında mühüm rol oynayır. Xüsusi olaraq vurğulanmalıdır ki, qarşıdakı dövrdə təşkilatın bir sıra yeni istiqamətlər üzrə əməkdaşlıq kriteriyalarının formalaşdırılması, funksionallığının artırılması belə hədəflənir. Yeri gəlmişkən, oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib. İclas TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşü çərçivəsində baş tutub.
Avropa və Asiya arasında körpü...
Toplantıda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT-yə üzv ölkələr arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamımız üçün təkcə qürur mənbəyi deyil, həm də gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır. “Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinləyəcəyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının 2-yə çatdırılması əməkdaşlıq imkanlarımızın çevik, dərin və ətraflı müzakirəsi üçün fürsət yaradıb”, - deyə nazir əlavə edib.
Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişinin son dərəcə vacib olduğuna diqqət çəkən C.Bayramov qeyd edib ki, formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında TDT-nin gücü birliyin rəmzi kimi daha mühüm rol oynamaq potensialına malikdir. “Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb”, - deyə o bildirib.
Nazir diqqətə çatdırıb ki, TDT-yə üzv dövlətlər coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xətlərini təşkil edərək, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır. “Təşkilat bu istiqamət üzrə nəhəng imkanlara malikdir. Bu xətt, eyni zamanda, Orta Dəhlizin ayrılmaz parçasıdır. Vaşinqton Zirvə görüşü çərçivəsində Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək TRIPP marşrutunun bəyan edilməsi regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır”.
XİN başçısı deyib ki, ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan müqaviləsi ilə təməli qoyulan təşkilatımız çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxilində 35-dən çox sahədə əməkdaşlıq inkişaf edib.
Mühüm qərarlar qəbul olunub...
TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı işini müzakirələrlə davam etdirib. Toplantıda bir sıra vacib sənədlər təsdiq edilib. Belə ki, Türk Akademiyasının Prosedur Qaydalarının 1-ci və 4-cü maddələrinə düzəliş edilməsi haqqında qərar qəbul olunub. Bundan başqa, Türkmənistana Türk Akademiyasında müşahidəçi statusunun verilməsi də təsdiqlənib. Nazirlər Şurası Türkmənistana həmçinin Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusunun verilməsi haqqında qərara imza atıb. Eləcə də, TDT Katibliyinin 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə), TDT Katibliyinin 2024-cü il üzrə maliyyə hesabatının təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə), Türk Akademiyasının 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə), Türk Mədəniyyəti və İrsi Fondunun 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə) ilə bağlı qərar verilib.
Yeni dövrdə...
Beləliklə, Qəbələdə keçirilən toplantı, səslənən təhlillər, təkliflər və yeni ideyalar türk dünyasının gələcək inkişaf strategiyasının hazırlanmasında əsas baza rolunu oynayacaq deyə bilərik. Çünki TDT üzvü dövlətlərin qarşılıqlı əməkdaşlığı yalnız nəzəri çərçivədə deyil, praktiki siyasət proseslərinə də təsir göstərir. Beləliklə, verilən qərarlar türk dövlətlərinin həm milli maraqlarını müdafiə etməyə, həm də qlobal səhnədə vahid mövqeyini gücləndirməyə xidmət edir. Çünki Türk Dövlətləri Təşkilatının gələcəyi böyük imkanlar və perspektivlərlə bağlıdır:
- İqtisadi əməkdaşlığın genişləndirilməsi;
- Vahid nəqliyyat-logistika şəbəkəsinin formalaşdırılması;
- Enerji resurslarının birgə istifadəsi inteqrasiyanın əsas sütunlarını təşkil edir. Bununla yanaşı, mədəni-humanitar sahədə də əməkdaşlığın gücləndirilməsi türk xalqları arasında birliyi daha da möhkəmləndirir. Gələcəkdə vahid iqtisadi məkanın yaradılması, gömrük və ticarət mexanizmlərinin sadələşdirilməsi təşkilatın effektivliyini artıracaq. Təhlükəsizlik sahəsində əməkdaşlıq, müdafiə sənayesində qarşılıqlı layihələrin həyata keçirilməsi də TDT-nin qlobal aktor kimi rolunu möhkəmləndirə bilər. Burada Azərbaycanın təşəbbüsləri, Türkiyənin hərbi-siyasi gücü, Orta Asiya dövlətlərinin iqtisadi potensialı və strateji mövqeyi birləşərək güclü inteqrasiya modelini formalaşdırır.
Türk dünyası həm geosiyasi, həm də geoiqtisadi baxımdan böyük imkanlara malikdir. Əgər bu imkanlar düzgün istiqamətə yönləndirilərsə, TDT yaxın gələcəkdə yalnız regional deyil, həm də qlobal miqyasda nüfuzlu güc mərkəzinə çevrilməyi hədəfləyir. Bu isə həm təşkilat üzvlərinin milli maraqlarına xidmət edəcək, həm də beynəlxalq münasibətlərdə yeni balans yaradacaq.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40

