Dünya Azərbaycanın sülh gündəliyini alqışlayır
14.11.2025 [10:54]
Zəfər qüruru, güc nümayişi, dost sevinci
Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı parlaq Qələbə hər bir azərbaycanlının sonsuz qürur mənbəyidir. Bu müharibədə Azərbaycan təkcə işğalçı Ermənistanı məğlub etmədi, həm də ikili standartlar ortaya qoymaqla bu ölkənin müdafiəsinə qalxan xarici güclər və dünya erməniliyi üzərində qələbə çaldı. Qələbəni heç kim bizə hədiyyə etməyib, onu Müzəffər Liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımız misilsiz şücaətləri ilə qazanıblar. Buna görə də tariximizdə əbədi qalacaq Qələbənin sevincini yaşamağa xalqımızın mənəvi haqqı var.
Azərbaycan şanlı Zəfərimizin 5 illiyini noyabrın 8-də Azadlıq meydanında keçirilən əzəmətli hərbi paradla təntənəli şəkildə qeyd etdi. Paradda müxtəlif qoşun növlərinin, o cümlədən də xüsusi təyinatlıların keçidi baş tutdu, ordumuzun silahlanmasına cəlb olunan müasir silahlar nümayiş etdirildi, şahinlərimiz əsrarəngiz çıxışlar etdilər. Parada, həmçinin qardaş ölkələrin - Türkiyənin və Pakistanın hərbiçiləri qatıldılar. Tədbirdəki çıxışında Prezident İlham Əliyev Qələbəmizin tarixinə ekskurs etməklə bir sıra mesajlarını da diqqətə çatdırdı.
Parad bir tərəfdən xalqımızın Qələbə sevincinin ifadəsi idi. Digər tərəfdən də, dünya Azərbaycanın gücünün bir daha şahidi oldu. Bir çoxları düşünürdülər ki, Azərbaycan Vətən müharibəsindəki Qələbə ilə kifayətlənəcək, daha Ordusunun gücləndirilməsi qayğısına qalmayacaq. Belə olmadı, müharibə başa çatandan sonra da Azərbaycan dayanmadı və ölkəmizdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında ordu quruculuğunun yeni mərhələsi başladı. Parad bir daha göstərdi ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclü və qüdrətlidir.
Azadlıq meydanında keçirilən hərbi parad daha bir reallığı ortaya qoydu. Bu reallıq da güclü orduya və güclü Liderə malik Azərbaycanın dünyada qazandığı böyük nüfuzdur. Paradda Pakistan və Türkiyə ali nümayəndə heyətlərindən əlavə, bir sıra digər ölkələrdən gələn yüksəksəviyyəli qonaqlar da iştirak etdilər. Bu sırada Slovakiya Baş nazirinin müavini - müdafiə naziri, Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini, Serbiyanın Baş qərargah rəisi, Qırğızıstanın müdafiə naziri, Qazaxıstanın müdafiə naziri, Özbəkistanın müdafiə nazirinin müavini və başqaları yer alırdılar. Bu o deməkdir ki, dost ölkələr Azərbaycanın ədalətli müharibədə qazandığı Qələbəyə sevinirlər və dünya ölkəmizin sülh gündəliyini qəbul edir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18

