“Müsavat”ın növbəti siyasi fiaskosu...
27.10.2015 [10:03]
Və ya siyasi palitrada “oyundankənar vəziyyət”də qalmış autsayderin 25 oktyabr “mitinq”inin ortaya qoyduğu reallıqlar...
Xarici anti-azərbaycançı dairələrdən maliyyələşən və konkret güclərin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən radikal müxalifətin nümayiş etdirdiyi antimilli fəaliyyət bəhs olunan qüvvələrin, o cümlədən autsayderlər toplusu olan qondarma qurumların nəyə qadir olduğunu və kimlərə xidmət etdiyini aşkar surətdə ortaya qoyur. Dolayısıyla, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir, ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışırlar.
“Mitinq-şou” o qədər sönük keçdi ki, yandaş media öz səhifələrində bircə kütləvi şəkil belə nümayiş etdirə bilmədi
Radikal müxalifət cəbhəsinin autsayderlərindən olan Müsavat Partiyası da özünün tükənmişlik sindromunu ört-basdır etmək və yeni qrant mənbələri tapmaq üçün ənənəvi mövqeyini davam etdirir. Bu sırada “mitinq” taktikasına istinad da xüsusi yer alır. “Müsavatçılıq” ideologiyasını mənimsəyərək müxalifətçiliyi peşə, yaxud ştat vahidinə çevirməyə çalışan bu partiya siyasi texnologiyalar nöqteyi-nəzərindən tükəndiyindən 5-10 nəfərlik “sosial baza”sına “meydan mühazirələri” oxumaqla fəaliyyət göstərdiyini sübuta yetirməyə çalışır. Məhz 25 oktyabr tarixində keçirilən “mitinq”in ortaya qoyduğu reallıqlar da bunu göstərir...
Məsələ ondadır ki, bəhs olunan yığıncaq o qədər sönük keçib ki, artıq “Müsavat” təmsilçiləri “izdihamlı mitinq” nağıllarından da vaz keçərək susmağa üstünlük verirlər. Hətta yandaş media da öz səhifələrində bircə kütləvi şəkil belə nümayiş etdirə bilməyib. Beləliklə, fəaliyyəti yalnız qəzet səhifələrində olan “Müsavat” bu dəfə ondan da imtina etmək məcburiyyətində qalıb, çünki “mitinq-şou” növbəti dəfə total iflasla nəticələnib...
Arif Hacılı və İsa Qəmbərdən etiraf...
Bununla yanaşı, “mitinq-şou”da əks olunan acınacaqlı mənzərə, yəni 5-10 nəfərlik “sosial baza”nın meydana çıxması orada çıxış edən düşərgə təmsilçiləri tərəfindən də acizliklə etiraf olunub. “Müsavat” sədri Arif Hacılı, eləcə də İsa Qəmbər və digər partiya nümayəndələri onların “görüş”ünə gələnlərin say etibarilə az olmasını müxtəlif bəhanələrlə əsaslandırmağa çalışsalar da, sonda öz acizliklərini və ictimai dəstəkdən məhrum olduqlarını etiraf ediblər...
Təbii ki, siyasi palitrada marginal qrup kimi təmsil olunan “Müsavat” və digər radikal müxalifət qruplaşmalarının ictimai dəstək və etimaddan məhrum olmaları təsadüfi deyil. Əvvəla, radikal düşərgə nümayəndələri bu gün Azərbaycan cəmiyyəti tərəfindən tanınmır, öz fəaliyyətlərini anti-Azərbaycan dairələrin direktivləri əsasında davam etdirirlər. Azərbaycan cəmiyyətinin “Müsavat”ın timsalında radikal müxalifətə etimad göstərməməsinin konkret səbəbləri isə birmənalıdır: hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə, ermənilərə və ya erməni lobbisinə ümid bəsləyən, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə çalışan, ictimaiyyəti manipulyasiyaya məruz qoyan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran və bunlar kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən, “vassalın vassalı” statusunda çıxış edən dağıdıcı qüvvələrə, o cümlədən “Müsavat”a Azərbaycan xalqı birmənalı şəkildə etimad göstərməz. Dolayısıyla, Azərbaycan ictimaiyyəti radikal müxalifəti ciddi siyasi qüvvə hesab etmir. “Müsavat”ın sonuncu “mitinq-şou”su bunu bir daha nümayiş etdirdi...
“Müsavat”dan AXCP-yə həqarət, yaxud tərəflər arasındakı ənənəvi ziddiyyətlər qarşıdurma formatına transfer olunub
“Müsavat”ın “mitinq-şou”sunda diqqət çəkən məqamlardan biri də partiya təmsilçilərinin düşərgə daxilindəki rəqiblərinə verdiyi ismarıclar olub. Partiya sədri A.Hacılı çıxışı zamanı AXCP-ni nəzərdə tutaraq “bəzi qüvvələr resurslarının və elektoratının yoxluğu səbəbindən seçkilərə qatılmır” fikrini səsləndirib. O, sözlərinə davam edərək AXCP-ni “siyasi proseslərdə iştirak etmək qabiliyyətinə malik olmayan qüvvə” kimi xarakterizə edib. Beləliklə, bu nüans “Müsavat”la AXCP arasındakı qarşıdurma və ziddiyyətləri növbəti dəfə nümayiş etdirib.
Ümumiyyətlə, hər zaman müxtəlif xarakterli qarşıdurmalar və ziddiyyətlərlə gündəmə gələn radikal müxalifət bu dəfə də fərqli oyunların fonunda ortaya çıxmış mürəkkəb kataklizmlərlə çalxalanmaqdadır. Ənənəvi surətdə mövcud olan silsilə uğursuzluqlar, korporativ maraqların təmin olunması uğrunda aparılan pərakəndə mübarizə halları bu gün də bəhs edilən düşərgədə AXCP ilə “Müsavat”ı qarşı-qarşıya qoyub. Siyasi palitrada “oyundankənar” vəziyyətdə olan hər iki tərəf silsilə uğursuzluqların fonunda bir-birinin timsalında “günah keçisi” axtarır ki, bunun da fonunda qarşılıqlı ittihamlar irəli sürməkdədirlər. Artıq iş o həddə çatıb ki, ənənəvi ziddiyyətlər qarşıdurma formatına transfer olunub...
“Azad seçki” “mitinq”i necə təbliğat-təşviqat görüşünə çevrildi?
Parlament seçkilərində növbəti iflasla qarşılaşacağını yaxşı anlayan “Müsavat” bəhs olunan yığıncaqda “yeni siyasi texnologiya”ya istinad edib. Belə ki, partiya 5-10 nəfəri bir araya toplamaq üçün “Azad seçki” şüarı altında “mitinq” keçirdiyini elan edib, amma yığıncağın gedişində əsl məqsəd bəlli olub: “Müsavat”ın namizədlərinin təbliğatını aparmaq...
5-10 nəfərin iştirakı ilə baş tutan bu “mitinq-şou”ya qeydə alınmış partiya namizədlərinin plakatları gətirilib və çıxışlar zamanı da yığıncağın sırf təbliğat məqsədilə təşkil olunması aşkar müşahidə edilib. Əlbəttə, bu yığıncaq konkret olaraq təbliğat-təşviqat məqsədilə təşkil edilsə də, yenə nəticə eyni olub: populist xarakterli cəfəng fikirlərin səsləndirilməsi və sosial bazanın yoxluğunu göstərən acınacaqlı mənzərə...
Bütövlükdə, siyasi palitrada “oyundankənar vəziyyət”də qalmış autsayderin 25 oktyabr “mitinq”i “Müsavat”ın timsalında radikal düşərgənin siyasi fiaskosunu - siyasi sistemdən ixrac olunması və ictimai dəstəkdən məhrum olması reallığını nümayiş etdirdi.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

