/ / Aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti barədə müşavirə keçirilib
Aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti barədə müşavirə keçirilib
30.03.2016 [11:16]
Martın 29-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar səyyari müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak edib.
Müşavirədə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov çıxış edərək deyib ki, cəmiyyətin fəaliyyəti dövründə muxtar respublikaya 1717 ədəd texnika və texnoloji avadanlıq gətirilib, onlardan 1305-i lizinq yolu ilə sahibkarlara satılıb, 137-si rayon bazalarına icarəyə verilib. Muxtar respublikamızda əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatını ödəmək, eyni zamanda qaramalın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülüb, 1927 baş damazlıq cins mal-qara xarici ölkələrdən alınaraq muxtar respublikaya gətirilib və lizinq yolu ilə fermerlərə satılıb. Hazırda muxtar respublikada aqrar sahədə fəaliyyət göstərən sahibkarların, fermerlərin, kənd əməkçilərinin sifarişləri əsasında “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əkin, səpin, becərmə, məhsul yığımı da daxil olmaqla ümumilikdə 22 adda müxtəlif xidmətlər göstərilir. Cəmiyyətin sədri muxtar respublikada aqrolizinq xidmətinin nümunəvi təşkili üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: “Muxtar respublikada aqrolizinq xidməti fəaliyyətə başladıqdan sonra kənd təsərrüfatının inkişafı sahəsində ciddi dönüş yaranmışdır. Ötən dövrdə yeni kənd təsərrüfatı texnikalarının gətirilərək lizinq yolu ilə torpaq mülkiyyətçilərinə verilməsi daha çox torpaq sahələrinin əkilməsinə və bol məhsul istehsalına səbəb olmuşdur”.
Ali Məclisin Sədri deyib: “Bu gün inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sahəsində yeni innovasiyaların tətbiqinə və müasir texnikalardan istifadəyə geniş yer verilir. Ona görə də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yeni innovasiyaların tətbiqinə xüsusi diqqət yetirməli, müasir kənd təsərrüfatı texnikalarının kataloqu yaradılmalı və onlar alınaraq muxtar respublikaya gətirilməli, torpaq mülkiyyətçilərinin yeni texnikalardan istifadəsi ilə bağlı müvafiq maarifləndirmə tədbirləri görülməlidir.
Kənd təsərrüfatının inkişafında vacib məsələlərdən biri də meliorasiya və suvarma tədbirlərinin vaxtlı-vaxtında aparılmasıdır. Ona görə də müasir suvarma metodlarından istifadə, əkin sahələrinə suyun qrafik əsasında verilməsi təmin edilməli, şoranlaşmanın qarşısı alınmalı və su itkisinə yol verilməməlidir. Əkinçilikdə məhsuldar toxum sortlarından və mütərəqqi əkin üsullarından istifadə diqqət mərkəzində saxlanılmalı, muxtar respublikanın iqlim şəraitinə uyğun qədim toxum sortları bərpa olunmalıdır”.
Qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının sığortalanması vacib məsələdir. Artıq ölkəmizdə bu sahə üzrə müvafiq qanunvericilik bazası yaradılıb. Muxtar respublikada da əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının sığortalanması təmin edilməlidir. Bundan başqa aid təşkilatlar kənd təsərrüfatı yönümlü kreditlərin verilməsinə, kiçik fermer təsərrüfatlarının yaradılmasına köməklik göstərməli, bu məqsədlə layihələr hazırlanmalıdır. Torpaqlardan düzgün istifadə kənd təsərrüfatının inkişafında başlıca şərtdir. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada torpaqlar özəlləşdirilib. Ona görə də torpaqlardan təyinatına uyğun istifadə olunmalı, qanunsuz istifadənin qarşısı alınmalıdır.
“Kənd təsərrüfatı sahəsində nəticə əldə etmək üçün aid təşkilatlar tərəfindən kompleks tədbirlər görülməlidir”, - deyən Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına və 2016-cı ilin yaz əkinlərinin uğurla başa çatdırılacağına əminliyini bildirib, bu işdə muxtar respublikanın kənd təsərrüfatı işçilərinə uğurlar arzulayıb.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, kənd təsərrüfatı naziri Elşad Əliyev, Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə müvafiq sahələr üzrə kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlər barədə məlumat veriblər.
Sonra Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxıb.
Bildirilib ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2016-cı ildə 53 ədəd texnika alınaraq muxtar respublikaya gətirilib. Bu texnikalardan 6-sı Avropa istehsalı olan “New Holland” markalı traktor, 47-si isə 12 adda müxtəlif kənd təsərrüfatı texnikalarıdır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli Fərmanına uyğun olaraq lizinqə götürüləcək kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Həmçinin 2015-ci ildə Türkiyə Respublikasından 3 dəst damcı və 2 dəst yağış üsulu ilə suvarma sistemləri alınaraq muxtar respublikaya gətirilib. Bu da muxtar respublikada kartof, soğan, bostan bitkilərinin daha mütərəqqi üsullarla suvarılmasına, su itkisinin qarşısını almağa və yüksək məhsul götürməyə imkan verəcəkdir.
Ehtiyat hissələri və gübrə anbarlarına baxış zamanı bildirilib ki, əkinçiliyin inkişafında başlıca şərtlərdən biri də torpaq mülkiyyətçilərinin gübrə təminatını vaxtlı-vaxtında həyata keçirməkdir. Ona görə də bu məsələ muxtar respublikada daim diqqət mərkəzində saxlanılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2015-ci ildə 6283 ton gübrə alınaraq muxtar respublikaya gətirilib. Ölkə Prezidentinin müvafiq fərmanına uyğun olaraq gətirilmiş gübrələr məhsul istehsalçılarına 70 faiz güzəştlə satılır.
Ali Məclisin Sədri muxtar respublikanın torpaq xüsusiyyətlərinə uyğun gübrələrin və lizinqə verilən kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin alınması barədə tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

