28 May-Respublika Günü Təbrizdə qeyd olunub
27.05.2016 [10:12]
28 May-Respublika Günü Təbrizdə Azərbaycanın bu şəhərdəki baş konsulluğunun təşkilatçılığı ilə keçirilən təntənəli tədbirlə qeyd olunub. Azərbaycanın və İranın dövlət himnləri səsləndikdən sonra baş konsul əvəzi Şahin Əhmədov çıxış edib. O deyib ki, 1918-ci il mayın 28-də Azərbaycan Şərqdə ilk dəfə olaraq öz müstəqilliyini elan edib və demokratik dövlət qurub. Bu dövlət cəmi 23 ay yaşasa da, tarixdə mühüm izlər buraxıb. Azərbaycan xalqı bütün dünyaya göstərib ki, müstəqil və demokratik dövlət qurub onu inkişaf etdirməyə qadirdir.
Azərbaycan-İran əlaqələrindən danışan Ş.Əhmədov bildirib ki, hər iki ölkənin prezidentləri siyasi iradə nümayiş etdirərək əlaqələri inkişaf etdirmək və xalqların maraqlarını təmin etmək qərarını veriblər. Məhz prezidentlərin siyasi addımları nəticəsində bu gün münasibətlər yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər və imzalanan sənədlərin icrası iqtisadi, siyasi, mədəni əlaqələrin yaxınlaşmasına səbəb olub.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və tarixi əhəmiyyəti haqqında danışıb.
O, XX əsrin sonunda Azərbaycan xalqının 70 illik əsarətdən sonra yenidən müstəqilliyə qovuşduğunu, bu müstəqilliyin Ümummilli lider Heydər Əliyevin sayəsində qorunub saxlanıldığını bildirib. Ulu öndərin əsasını qoyduğu hüquqi və dünyəvi dövlət quruculuğu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində böyük nailiyyətlər əldə olunduğu vurğulanıb.
Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi haqqında da məlumat verərək bildirib ki, işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi, beynəlxalq vasitəçilərin ikili standartlardan çıxış etməsi təəssüf doğurur. Azərbaycan nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü bərpa edəcək.
İranın Şərqi Azərbaycan vilayətinin valisinin müavini Səid Şəbüstəri Xiyabanı İran-Azərbaycan əlaqələrinin əhəmiyyətindən, ortaq dəyərlərimizdən söhbət açıb. O, İran tərəfinin təbriklərini Azərbaycan rəhbərliyinə və xalqına çatdırıb.
Sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxış edərək Azərbaycan və İran xalqlarının ortaq tarixi və mədəniyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.
Çıxışlardan sonra Azərbaycanın sosial-iqtisadi inkişafını, turizm potensialını, mədəniyyətini və İranla dostluq münasibətlərini əks etdirən film nümayiş olunub.
Tədbirdə İranın dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48

