“20 Yanvar - Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib
20.01.2017 [09:55]
Yanvarın 19-da Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “20 Yanvar - Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, ölkəmizdəki dini konfessiyaların rəhbərləri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri, eləcə də dini təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər.
Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Konfransda çıxış edən Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev 20 Yanvar hadisəsinin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı roldan danışıb. Dövlət müşaviri 20 Yanvarda Azərbaycanın istiqlaliyyəti uğrunda müxtəlif millətlərin nümayəndələrinin şəhid olduğunu, bunun Azərbaycan xalqının mübarizəsini əks etdirdiyini söyləyib. Kamal Abdullayev çıxışında Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisəsindən sonra Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinin binasında bu qanlı hadisəni qətliam adlandırmasının tarixi addım olduğunu diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 20 Yanvarın xalqımızın yaddaşına qəhrəmanlıq salnaməsi kimi həkk olunduğunu vurğulayıb. Bu qətliama əsl qiyməti Ulu öndər Heydər Əliyevin verdiyini və Onun hadisəni ört-basdır etmək istəyən imperiya rəhbərliyinin Azərbaycan əleyhinə xəyanətkar siyasətinə qarşı çıxaraq ölkəmizin haqq səsini müdafiə etdiyini vurğulayan M.Qurbanlı bildirib ki, 20 Yanvardan sonra Azərbaycan xalqının ictimai şüurunda da böyük dəyişiklik baş verib - xalqımız milli azadlıq hərəkatına başlayıb: “Bir sözlə, 20 Yanvar şəhidlərinin qanı hədər getməyib”.
Bakı şəhəri dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev dünyada Günəşə və ölümün gözünə dik baxmağın mümkün olmadığını qeyd edib. O deyib ki, məhz qəhrəmanlar ölümün gözünə dik baxaraq ömürlərini taleyə çevirirlər. Nə qədər ki, müstəqil Azərbaycan var, onun qəhrəmanları yaşayacaq.
Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete bildirib ki, 20 Yanvar Azərbaycan tarixinə şəhidlərin qanı ilə yazılan gündür. Eyni zamanda, bu, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin şərəfli qəhrəmanlıq salnaməsidir.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi keşiş Konstantin deyib ki, Azərbaycan xalqı öz tarixini, mədəniyyətini, milli kimliyini dərk edərək müstəqillik uğrunda mübarizə aparıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev çıxışında 20 Yanvar günü baş verənlərlə bağlı acı gerçəkləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycan xalqının 20 Yanvarda öz suverenliyi və azadlığı uğrunda mübarizə apardığını vurğulayıb.
Sonda şəhidlərin ruhuna dualar oxunub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57

