Prezident İlham Əliyevin Fərmanı məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürüdür
25.01.2017 [08:43]
Prezident İlham Əliyev hər zaman sosial məsələlərin həllini xüsusi olaraq diqqət mərkəzində saxlayır və onların həllinə nail olur. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin vurğuladığı kimi, 2016-cı ildə sosial məsələlər də öz həllini tapıb. Əməkhaqqı və pensiyalar artırılıb, yeni sosial obyektlər istifadəyə verilib, insanları narahat edən problemlər aradan qaldırılıb. Bu gün hər bir vətəndaş dövlətin diqqət və qayğısını hiss edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.
Dövlətimizin başçısının müvafiq Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsinə münasibət bildirən Vüqar Rəhimzadə bunu həyata keçirilən uğurlu sosial siyasətin davamı kimi qiymətləndirib. “Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı daim dövlət siyasətinin əsasında dayanıb. Bu siyasi kursun təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə görüşür, onları düşündürən məsələlərlə yaxından maraqlanır və həlli barədə müvafiq göstərişlər verir. Bu günlərdə dövlətimizin başçısının Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edildi. Məqsəd dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsidir. Hesab edirəm ki, bu Fərman məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürüdür”, - deyə V.Rəhimzadə qeyd edib.
2017-ci ildə də sosial məsələlərin həllinin diqqət mərkəzində olacağını bildirən YAP Siyasi Şurasının üzvü deyib: “Artıq hər birimiz bu sahədə əsaslı islahatların həyata keçirildiyinin şahidiyik. Azərbaycan Respublikasında əhalinin maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Prezidentinin 2017-ci il 21 yanvar tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqı artırıldı. Bununla yanaşı, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında dövlətimizin başçısı müvafiq Sərəncam imzaladı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək tapşırıldı. Göründüyü kimi, qanunvericilik bazası daha da təkmilləşdirilir və əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasına əlverişli zəmin yaradılır. Sosial müdafiəyə ehtiyacı olan hər kəs daim dövlətin qayğısını hiss edir və bundan sonra da edəcək. Bu baxımdan hesab edirəm ki, 2017-ci ildə qarşıda duran sosial məsələlər uğurla icra ediləcək”.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28

