Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib
02.03.2017 [09:40]
Martın 1-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, komitə sədri Bahar Muradova gündəliyə daxil olan məsələlər barədə məlumat verib.
Komitə sədri bildirib ki, əvvəlcə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi təqdim olunacaq. Qeyd edilib ki, Azərbaycanda dövlət üçün prioritet olan insan hüquqlarının qorunması sahəsində xeyli işlər görülüb. Ölkəmizdə 15 ildir ki, Ombudsman institutu səmərəli fəaliyyət göstərir. İnsan hüquqlarının qorunması sahəsində təqdirəlayiq işlər həyata keçirir. Milli Məclislə Ombudsman Aparatı arasında əməkdaşlıq yüksək səviyyədə qurulub. Eyni zamanda, insan hüquqları komitəsi ilə əlaqələr daha da genişlənir.
Diqqətə çatdırılıb ki, məruzə ön söz, giriş, iki fəsil, nəticə və tövsiyələrdən ibarətdir. Sənəddə müvəkkilin insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti, o cümlədən vətəndaşların mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi, bu sahədə müvafiq qurumlarla əməkdaşlıq, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunması, maarifləndirmə işinin aparılması, beynəlxalq əlaqələr, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq məsələləri əks olunub. Məruzədə vətəndaşlar tərəfindən daxil olan müraciətlər, orada əhatə olunan sahələr barədə məlumat verilir.
Sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Azərbaycanda 2016-cı il üzrə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında məruzədə əks olunan məsələlər barədə ətraflı danışıb. Bildirilib ki, 15 illik fəaliyyəti dövründə insan hüquqları üzrə müvəkkilin ünvanına ümumilikdə 148750, o cümlədən ötən il 18740 müraciət daxil olub. İl ərzində müvəkkil tərəfindən 3636 şəxs qəbul olunub. Şikayətlərin 57,4 faizinin baxılmasından obyektiv səbəblərdən imtina edilib, 42,6 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların 63,6 faizi təmin olunub. Müvəkkilə müraciətlərin asanlaşdırılması üçün Gəncə, Quba, Şəki və Cəlilabad rayonlarında 4 regional mərkəz yaradılıb, eyni zamanda, “Uşaq qaynar xətti” və işgəncələrə qarşı “qaynar xətt” fəaliyyət göstərir.
Qeyd edilib ki, 2016-cı il sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda müvəkkil və Ombudsman Aparatının əməkdaşları müxtəlif seçki məntəqələrində müşahidəçi qismində fəal iştirak ediblər. Ombudsman institutu qanunvericiliyin təkmilləşdirilməsi sahəsində də səmərəli fəaliyyət göstərir, insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı qanunvericilik aktlarına təkliflərlə çıxış edir. Ötən il Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Asiya Ombudsman Assosiasiyasının vitse-prezidenti seçilib.
İclasda çıxış edən komitə sədrinin müavini Yevda Abramov, deputatlar Əflatun Amaşov, Flora Qasımova, Tahir Kərimli, Hikmət Məmmədov, Astan Şahverdiyev məruzə barədə fikirlərini açıqlayıblar. Millət vəkilləri Ombudsman Aparatı strukturunun təkmilləşdirilməsi ilə bağlı bir sıra təklif və tövsiyələrini veriblər. Qeyd olunub ki, Ombudsman İnstitutu 2016-cı ildə öz fəaliyyətini səlahiyyətləri çərçivəsində yüksək səviyyədə həyata keçirib.
Daha sonra “Siyasi partiyalar haqqında” və “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanunlara dəyişikliklər müzakirə edilib. Bildirilib ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Bununla bağlı “Dövlət qulluğu haqqında” Qanunda 2016-cı il oktyabrın 14-də edilən dəyişikliklərə əsasən həmin qanunun 2.3-cü maddəsindən “milli təhlükəsizlik” sözləri çıxarılıb, “dövlət təhlükəsizliyi xidməti və xarici kəşfiyyat xidməti” sözləri əlavə edilib. Təqdim olunan hər iki sənədə müvafiq düzəlişlərin edilməsi nəzərdə tutulub. Təklif edilən dəyişikliklər müsbət dəyərləndirildi və qanun layihələri Milli Məclisin plenar sessiyasına tövsiyə olunub.
Tədbirin sonunda vitse-spiker Bahar Muradova bir necə gün əvvəl Cocuq Mərcanlı kəndinə səfər etdiyini söyləyib. O, burada yaşayan insanlarla keçirdiyi görüşlər barədə xoş təəssüratlarını bölüşüb, kənddə aparılan quruculuq işlərini yüksək dəyərləndirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

